Azərbaycanın dostu Mariya Suvorovskaya
“Üzümlüyün yanındakı ev“ adlı yeni
kitabını təqdim edəcək
Azərbaycan
mədəniyyətinə və adət-ənənələrinə
aşiq olan, Rusiyada yaşayan yazıçı, ictimai xadim,
biznes- ledi Mariya Suvorovskaya oxucularını heyrətləndirməkdə
davam edir. Onun "Xəzər üzərində yelləncək"
adlı kitabı populyarlıq qazandıqdan sonra,
dekabr ayında növbəti, "Üzümlüyün yanındakı ev" adlı yeni
kitabı nəşr olunacaq. Əsər
Azərbaycanda şərabçılıqla əlaqəli bir sevgi hekayəsi
haqqındadır.
- Mariya
xanım, niyə şərabçılıq?
-
Çünki şərab təkcə içki deyil,
bütöv bir fəlsəfədir. Azərbaycanda şərabçılıq
yeni populyarlıq dalğası yaşayır. Alkoqol içmirəm,
amma Azərbaycan şərablarının dünyada və təbii
ki, Rusiyada necə sevildiyini bilirəm. Şərab bir məcazdır.
Kompleks zövq, böyümək, yenidən düşünmək,
axtarış, çoxyönlüdür. Hekayənin əsasını,
son dövrlərdə çox rast gəldiyimiz , həyatı
yenidən başlamağı qərara almış iki yetkin
insanın sevgi hekayəsi təşkil edir. Yenidən boş
bir vərəq götürmək, tapmaq, sevmək və itirməmək
heç vaxt gec deyil.
- Sevgi haqqında yazmaq
üçün bunu hiss etmək lazımdır. Sizin
üçün sevgi nədir?
-
Sevgi ailəm, sevimli ərim, üç övladım,
valideynlərim, komandam, işimdir. Sevgi hər gün tapıla
bilən, dünyanın gözəlliyidir. Düşən
payız yarpaqlarında, axşamın sükutunda və
qürub rəngləri... Dənizin səsi və bir qurtum ətirli
çay... Sevgi ətrafımızdadır, lakin biz həmişə
onu görə bilmirik.
- "Üzümlüyün
yanındakı ev" adlı yeni kitabı haradan və nə
vaxt tapmaq olacaq?
-
Kitab dekabr ayında təqdim ediləcək, mağazalara və
elektron qaynaqlara yerləşdiriləcək. İndi Bakıda,
“Əli və Nino” şəbəkəsində və Bakı
Kitab Mərkəzində “Xəzər üzərində yelləncək”
kitabını tapa və əldə edə bilərsiniz. Azərbaycan
kitab mağazalarına və ölkənin bütün
oxucularına işimə göstərdikləri dəstəyə
və diqqətə görə təşəkkür edirəm.
Bu, şübhəsiz ki, məni çox ruhlandırır.
Kitab soruşulur, axtarılır və biz daim Bakıya yeni
nüsxələr göndəririk. Dekabr ayında Bakıda
yeni bir hekayəni də təqdim edəcəyik.
Düşüncələriniz oxuculara yaxın olduqda, bu, bir
yazıçının xoşbəxtliyidir. Çox rəy
alıram. Mən isti, alovlu hisslərin, sevginin bu
dünyanı idarə etdiyini başa düşürəm. Həm
də hər kəsin qəlbində rahat bir köşəsi,
öz "üzümlüyünün yanında evi" var.
Fuad Hüseynzadə
Palitra
2019.- 17 sentyabr.- S.7.