“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir

Xəbər verildiyi kimi, Azərbaycan Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü gözlənilir. Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya açıqlamasında gözlənilən bu görüşü şərh edib: "Belə bir fikir var ki, BMT Baş Assambleyası çərçivəsində Azərbaycan Ermənistan xarici işlər nazirləri səviyyəsində bir görüş keçirilsin. Biz bunu daha çox görüş adlandırırıq. Çünki gördüyümüz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur, danışıqlar prosesinin pozulması istiqamətində provokativ addımlar atılır".

H. Hacıyev əmin olduğunu bildirib ki, qarşıdan gələn bu görüşdə Azərbaycan tərəfinin mövqeyi həmsədrlərə , Ermənistan tərəfinə çatdırılacaq: "Xüsusən Ermənistan tərəfinin səsləndirdiyi destruktiv açıqlamalar fonunda..."

Görüşün tarixinin hələlik açıqlanmadığını qeyd edən şöbə müdiri bildirib ki, tərəflər qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra Xarici İşlər Nazirliyi səviyyəsində görüş barədə ictimaiyyətə məlumat verəcək.

Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı isə H. Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən o qədər qeyri-ciddi, o qədər əsası olmayan, cəfəng açıqlamalar səsləndirilir ki, bəzən bu açıqlamalara şərh verməyə belə ehtiyac qalmır.

Ermənistan bütün dünyada Azərbaycan ərazilərinin böyük bir hissəsini qanunsuz hərbi yolla işğal edən ölkə kimi tanınır

Yeri gəlmişkən, Amerikanın “Jewish Journal” nəşri Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin “Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidirsərlövhəli məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, M.Yevdayev öz məqaləsində sentyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın Los-Anceles bələdiyyəsinin binası qarşısında yerləşən Qrand-Parkda federal, dairə şəhər məmurlarının müşayiəti ilə çıxış edəcəyini yazıb. Qrand-Park Los-Anceles dairəsi şəhər administrasiyasının birgə idarə etdikləri ictimai məkandır. Müəllif yazır ki, bu cür şərait xarici ölkənin başçısı üçün ilk dəfədir yaradılır. Əgər Ermənistan Birləşmiş Ştatların həqiqi müttəfiqi demokratik dəyərlərə sadiq ölkə olsaydı, burada təəccüblü heç bir şey olmazdı. Lakin bu, heç belə deyil.

M.Yevdayev qeyd edir: “1991-ci ildə müstəqillik əldə etdiyindən bəri Ermənistan Cənubi Qafqaz regionunda beynəlxalq arenada ABŞ-ın maraqlarına daim zidd olan xarici siyasət yürüdür”.

Daha sonra qeyd olunur ki, Ermənistan bu gün nasist-kollaborasionistlərin mədhi siyasətini davam etdirir. Ermənistanın paytaxtı Yerevanın mərkəzində erməni mənşəli nasist general Qaregin Njdeyə böyük heykəl ucaldılıb. Heykələ əlavə olaraq, Yerevanda milli qəhrəman hesab edilən Njdenin adına meydan metro stansiyası verilib, onunirsiisə Ermənistanın dövlət məktəblərində uşaqlara tədris edilir. Njde Vermaxtınerməni legionukomandirlərindən biri kimi nasistlərlə əməkdaşlıq edib. Bu hərbi hissə Krımda, Qafqazda Fransanın cənubunda döyüşüb. Hərbi cinayətlərinə nasistlərlə əməkdaşlıq etdiyinə görə sovet məhkəməsi ona 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Müəllif yazır ki, Ermənistan digər erməni nasist generalıDrastamat Kanayanı da (həmçinin general Dro adı ilə tanınır) mədh edir. Ermənistan hökuməti Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu da yaradıb, müdafiə nazirliyi isə onun adından hərbi qulluqçuları hərbi təlimlərdə müvəffəqiyyət qazanmış mülki şəxsləri təltif etmək üçün medal təsis edib.

M.Yevdayev əlavə edib ki, Ermənistanda antisemitizm meyilləri güclənir. Təsadüfi deyil ki, məhz bu səbəbdən 1991-ci ilədək sayı 5 mindən çox olan Ermənistanın yəhudi icması indi cəmi 100 nəfərdən ibarətdir.

Bundan başqa, Ermənistan bütün dünyada Azərbaycan ərazilərinin böyük bir hissəsini qanunsuz hərbi yolla işğal edən ölkə kimi tanınır. Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır deyil. Əksinə, onun ilk addımlarından biri öz oğlunu işğal altında olan Qarabağ bölgəsində hərbi xidmətə göndərmək olub. Ötən ay isə baş nazir hətta Azərbaycanın işğal olunmuş həmin ərazisinin Ermənistana ilhaq ediləcəyinə eyham vurub.

Məqalənin sonunda Yevdayev ümidvar olduğunu bildirib ki, Los-Ancelesin 600 minlik yəhudi icması Paşinyanın səfəri ilə bağlı, həmçininçox gözəl Los-Anceles şəhərini təhqir edən bu iyrənc rüsvayçı aktaqarşı öz etirazını ifadə edəcək.

Misir KİV-ləri: Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi daha artıq dəstəklənir

Misirdə populyar olanƏl-MəsriyyəƏl-Omaxqəzetlərinin saytlarında isə AZƏRTAC-ın xüsusi müxbiri Asya HacızadəninAzərbaycan Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət hökumət başçılarının XVIII zirvə görüşünə ev sahibliyi etməyə hazırdırsərlövhəli məqaləsi dərc edilib.

Bakıda keçiriləcək bu nüfuzlu beynəlxalq tədbirdə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət hökumət başçıları iştirak edəcək Azərbaycan 2019-2022-ci illərdə bu qurumda sədrlik edəcək.

Məqalədə bildirilir ki, növbəti zirvə görüşünün Bakıda keçirilməsi bu qurumda sədrliyin həmin görüşdə Azərbaycana verilməsi barədə qərar 2016-cı ildə XVII zirvə görüşündə yekdilliklə qəbul edilib. Bu qərar Prezident İlham Əliyevin yürütdüyü, Azərbaycan xalqının milli maraqlarına, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə, ölkələr arasında əməkdaşlığın təşviqinə, bütün dünyada sülhün, sabitliyin təhlükəsizliyin təmin olunmasına kömək əzminə əsaslanan müdrik tarazlaşdırılmış siyasətin qanunauyğun nəticəsidir. Materialda xüsusi vurğulanır ki, bu fakt ölkəmizə böyük etimad hörməti parlaq şəkildə nümayiş etdirir, Azərbaycanın beynəlxalq arenada böyük nüfuzunun tanınmasını təsdiqləyir.

Məqalədə deyilir ki, beynəlxalq münasibətlərin fəal iştirakçısı, beynəlxalq birlikdə böyük nüfuz sahibi olan Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn əsas prinsip normalarına, o cümlədən ölkələrin suverenliyinə ərazi bütövlüyünə hörmət, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə riayət olunmasına sadiqdir.

Oxucuların diqqətinə çatdırılır ki, ölkəmizin Qoşulmama Hərəkatının üzvü olması bu hərəkatda fəal iştirakı sayəsində hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi daha artıq dəstəklənir. Bu fakt hərəkatın yekun sənədlərində əks olunur. Sözügedən sənədlərdə vurğulanır ki, bu münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməlidir.

Fuad Hüseynzadə

Palitra  2019.- 18 sentyabr.- S.11.