Krasnoyarskdakı “Odlar Yurduxalq mahnı və rəqs ansamblı

Odlar Yurdu” xaricdə "Xalq" adını almış ilk Azərbaycan ansamblıdır

Azərbaycan mədəniyyətinin xaricdə təbliği diasporumuz üçün hər zaman prioritetdir. Rusiyanın Krasnoyarsk şəhərində fəaliyyət göstərən “Odlar Yurduxalq mahnı və rəqs ansamblı da məhz bu missiyanı yerinə yetrir. Məqsəd beynəlxalq arenada mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdir. "Odlar Yurdu" xalq mahnı və rəqs ansamblı 2007-ci ildə Krasnoyarskda ictimai xadim Səadət Qarayeva və tanınmış vəkil Ələkbər Qarayevin təşəbbüsü ilə yerli Azərbaycan milli-mədəni muxtariyyətinin tərkibində yaradılıb. Tarixi Vətəndən uzaqda olan Səadət Qarayeva Azərbaycan xalqının folklorunu, adət və ənənələrini qorumaq üçün "Odlar Yurdu" ansamblını yaradıb. Səadət Qarayeva 1981-ci ildə Bərdə rayonunda anadan olub. Xəzər Universitetinin Hüquq fakültəsini bitirib. Həmçinin Sibir Federal Universitində magistr pilləsi üzrə təhsil alıb. 2006-2017 illərdə Krasnoyarsk şəhərində yaşayıb. İxtisasca hüquqşünas olsa da, diaspor işində də fəaldır. Hazırda ailəsi ilə Moskvada yaşayan Səadət Qarayeva Consulting şirkətinin rəhbəri, "Biznes-Dialoq Media Mərkəzi”nin baş direktorunun Azərbaycan-Turkiyə üzrə müşaviridir.

Ansambl uzun illərdir ki, Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin tərkibində fəaliyyət göstərir. Diaspor on iki ildən çoxdur ki, tədbirlərin təşkili və qastrol səfərlərində ansamblın işinə fəal kömək edir. "Odlar Yurdu" xalq mahnı və rəqs ansamblı bir neçə istiqamətdə işləyir; vokal-xor, xoreoqrafiyainstrumental. Bu gün ansambl təkcə Rusiyada deyil, xarici ölkələrdə də tanınır. "Odlar Yurdu" ansamblının bədii rəhbəri 10 ildən çox ixtisaslı rəqs müəllimi kimi çalışan, Ümumrusiya və beynəlxalq müsabiqələrin qalibi Aqil Cəfərovdur. O, 16 aprel 1991-ci ildə Rusiyanın Krasnoyarsk şəhərində anadan olub. Uşaq yaşlarından anasının istəyi ilə rəqsə və karate idman növünə doğru yönəlib. İdman sahəsində bir çox uğurlar əldə edib. Krate üzrə Rusiya çempionu, Rusiya kubokunun, eləcə də birinci dərəcəli qara kəmərin sahibikarate üzrə idman ustası olmağı bu uğurlarının bariz nümunəsidir. Rəqs fəaliyyətinə də, həmçinin uşaq yaşlarından başlayıb. Beş-altı yaşlarından rəqs edir.

Ansamblın inkişafında Akademik Dövlət Rəqs Ansamblının solisti, xoreoqrafpedaqoq məşqçisi Rauf Zeynalov və Azərbaycan Respublikasının Əməkdar artisti Xanlar Bəşirov da çox böyük rol oynayıblar. Ansamblı Azərbaycanın Xalq artisti Əlibaba Abdullayevin rəqsləri ilə tanış edən və Azərbaycan folklor rəqslərini öyrədənlər məhz onlar olublar. Bu günə qədər Rauf ZeynalovXanlar Bəşirov “Odlar Yurdu” xoreoqraflarına və rəqqasələrə məsləhətlər verirlər. Ansamblın işinə mühüm töhfəni vokal müəllimi və xormeystor Sənubər İsmayılova verib. Ansambl üçün çoxlu sayda Azərbaycan milli geyimlərini isə Şəhla Qasımova tikib.

24 fevral 2009-cu ildə “Odlar Yurdu” ansamblı əldə etdiyi bir çox uğurlara görə "Xalq" ansamblı adına layiq görülüb. 2012 və 2016-cı illərdə bu fəxri ad yenidən təsdiqlənib. Xüsusi olaraq qeyd edək ki, “Odlar Yurdu” xaricdə "Xalq" adını almış ilk Azərbaycan ansamblıdır! Xoreoqrafların zəhməti və inanılmaz səyləri sayəsində ansambl beynəlxalq tədbirlərdə iştirak edib. Belə ki, Türkiyənin Amasiya bölgəsində keçirilən M.K.Atatürk Beynəlxalq Festivalında (2011, 2012 və 2018), eləcə də Ankara və Ankaranın iki bölgəsində, Tailand Krallığında (2015) beynəlxalq mədəniyyət festivalında iştirak ediblər. Bundan əlavə “Odlar Yurdubir çox Krasnoyarsk diyar yarışmalarının da qalibi və laureatıdır. Bunlardan "Divnaqorsk dağlar 2010", nüfuzlu ümümsibir rəqs müsabiqəsi M. Godenko (2012, 2016, 2017 və 2018), beynəlxalq "Sibir dünyası" etnik musiqi və sənətkarlıq festivalı (2013, 2014, 2017, 2018), Ulan-Ude şəhərində "Rəqsetmə Buryatiya" milli festivalı, regional həvəskarlar müsabiqəsi "Gülən ustalar" nominasiyasında "Gənclər yaş qrupu" xoreoqrafik qrupları, Rusiya Xalq Oyunları Çempionatı: Sibir Federal Dairəsi Kuboku və digərlərini qeyd etmək olar. Ansambl 2019-cu ildə isə UNESCO adına 1500 kollektiv arasında keçirilən festivalda birinci yer tutub.

On ildən çoxdur "Odlar Yurdu" ansamblı əla yaradıcı və fiziki formadadır. Bu gün ansamblda 3-25 yaş arasında 100-ə yaxın rəqqas var. Ansamblın hər bir üzvü vətənpərvərlik, dostluq, istedad hissini əsas tutaraq birgə və düzgün istiqamətdə irəliləməyi qarşısına məqsəd qoyub. Bütün bunlar da arzu olunan nəticəni verir.

 

Fuad Hüseynzadə

Palitra  2019.- 18 sentyabr.- S.7.