Turizm gündəlik
5 milyard dollar gəlir
gətirir
Dünyada 5 turistdən 4-ü bölgədəki
destinasiyaya gedir: öncədən bronlama, müştəri məmnuniyyəti,
“hər şey daxil” turist cəlbində
mühüm əhəmiyyət
kəsb edir
Dünya iqtisadiyyatındakı yavaşlamanın
əksinə olaraq turizm sənayesi inkişaf edir. Birləşmiş Millətlər Təşkilatının
Dünya Turizm Təşkilatı (UNWTO) dünya
turizminin mövcud vəziyyətini açıqlayıb.
Burada göstərilir ki, turizm 4 faizlik artımla dünya iqtisadiyyatındakı inkişafın
önündə yer alır və turizm dünyada gündə 5 milyard dollarlıq gəlir gətirir. 2018-ci ildə
səyahət edən
insanların sayının
1 milyard 401 milyon olduğu, ümumilikdə
1 trilyon 451 milyard dollarlıq gəlir yaratdığı bildirilir.
UNWTO-nun baş katibi
Zurab Pololikashvili bildirib ki, bu
məlumatlar turizmin dünya iqtisadiyyatındakı
yerini başa düşmək və turizm sektorunun gücünü göstərmək
üçün əhəmiyyətlidir. O, iqtisadiyyatdakı
yeri və əlaqəli sektorlara verdiyi töhfədən əlavə, bütün ölkələr üçün
problem olan məşğulluğun
yaradılmasında turizmin
mühüm rol oynadığını söyləyib.
Hesabatda göstərilir ki, dünyada turizm 2018-ci ildə ən sürətlə Asiya Sakit Okean və
Afrika bölgələrində
böyüyüb. Dünya turizmində
orta artım 4 faiz olduğu halda, Asiya və
Afrikada artım təxminən iki dəfə - 7 faiz artıb. Fransa 89 milyon insan
ilə dünyanın
ilk 10 ölkəsi arasında
birinci yerdədir.
Yaponiya
ilk dəfə ziyarətçilərin
sayının artması
nəticəsində ilk onluğa
daxil olub.
Asiya və Afrika ölkələri də turizm gəlirlərini ən çox artıran ölkələr olub. Dünyada turizmdən
ən yüksək gəlir əldə edən ölkə 214 milyard dollar ilə ABŞ-dır. İspaniya 74 milyard dollar ilə
ikinci, Fransa isə 67 milyard dollar ilə üçüncü
sırada yer alıb. Dünyadakı turizm gəlirlərinin
40 faizi ən çox turizm gəliri olan ilk 10 ölkədən gəlir.
Çin
277 milyard dollar ilə
dünyada turizm xərcləri ən yüksək olan ölkədir ki, Amerika da Çini
izləyir. Bu gün dünyada 5 turistdən 4-ü bölgədəki
destinasiyaya gedir.
Dünya
səyahətlərinin 58 faizi
hava yolu ilə reallaşır ki, 2000-ci ildə bu rəqəm 46 faiz idi. Viza tətbiq edən ölkələrin dünya
əhalisinə nisbəti
1980-ci ildəki 75 faizdən
2018-ci ildə 53 faizə
düşüb.
İspaniya 83 milyon turist cəlb
etdiyi halda, ABŞ 80 milyon turist qəbul
edib. Dördüncü sırada 63 milyon
ilə Çin yer alarkən onu 62 milyon ilə
İtaliya izləyib.
Turist sayını 22 faiz artıran və bu artımla
siyahıda ən çox artım əldə edərək altıncı sırada yer alan Türkiyəni
41 milyon nəfərlə
Meksika, 39 milyon nəfərlə Almaniya,
38 milyonla Tayland və 36 milyon nəfərlə İngiltərə
izləyib.
AB-də otellərlə bağlı yeni standarta keçilir
Avropa Birliyinə
(AB) üzv ölkələrdəki
otellərin ulduz reytinq sistemində vahid standarta keçiləcək. Belə ki, Avropa Otellər, Restoranlar, Barlar və Kafelər Assosiasiyası Birliyi (HSU) AB üzv ölkələrinin hamısında
otel ulduzlarının
reytinqi üçün
eyni məlumatlardan istifadə edilərək təsnif ediləcək yeni sistem hazırlayır.
HSU sisteminin 250 meyara uyğun hazırladığı ulduzlama
sistemi 1 yanvar 2020-ci ilədək tamamlanacaq və 2021-ci ildən etibarən qüvvəyə
minəcək. Almaniyanın “Deutsche Welle” radiosunda yayılan xəbərə
görə, ortaq standartlar yalnız HSU üzvləri üçün
etibarlı olacaq.
HSU prezidenti Jens Zimmer Christensen, məsələ ilə bağlı may ayında Helsinkidə idarə heyətinin iclasında qərar verildiyini söyləyib: "Yeni təsnifatla meyarları asanlaşdırmaq, ulduz üçün daha çox rahatlıq və şəffaflıq yaratmağı hədəfləyirik.
Yeni sistemin otelləri çətin vəziyyətdə
qoymaması üçün
bir keçid dövrünü gözləyirik.
Yeni standartlarda rəqəmsallaşdırma
da daxil olmaqla bir sıra
yeni meyarlar qoyduq.
Bu sistemdə, ekoloji
cəhətdən təmiz
sistemlərə, məsələn,
elektrikli nəqliyyat vasitələrinin doldurma stansiyaları və ya mobil telefon
istifadəçiləri üçün
hazırlanmış veb
səhifələrə investisiya
qoyan otel müəssisələri daha
çox xal qazana bilər”.
Rusiya Tur Operatorlari Biriliyinin (ATOR) araşdırmasına
görə, 2020-ci il üçün turizm səfərlərində
öncədən bronlama
ilə bağlı müştəri seçimlərində
Türkiyə və
Tunis, İspaniya və
Yunanıstanın yerinə
keçir. Türkiyənin
“hər şey daxil” sistemi səbəbiylə rəqibsiz
olduğu, buradan qaynaqlanan tələbatda artımın gələn
il də
davam edəcəyi, bunun da qiymət
artımına səbəb
olacağı deyilir. Eyni zamanda Türkiyəyə gedən turist sayının artması müştərinin razı
qalmasının göstəricisi
olduğu bildirilir.
O da qeyd edilir ki, 2020-ci ildə Avropada artım trendini davam etdirəcək ikinci ölkə Tunisdir. İngiltərədən Tunisə gedənlərin
sayı 2019-cu ildə
iki dəfə artıb ki, 2020-ci ildə öncədən bronlaşdırma artıq
indidən 25 faiz artıb.
Türkiyə: “Bizim neftimiz, turizmdir”
Turizmin inkişaf etdiyi ölkələrdən biri
Türkiyədir ki, cari ilin 7 ayında
təkcə İstanbul
8,4 milyondan çox xarici turist qəbul
edərək son 5 ilin
ən yaxşı performansını əldə
edib. Türkiyə Otelcilər Federasiyasının
(TÜROFED) direktor müavini
və Cənubi Ege Turistik Otelcilər
və Administratorlar Birliyi (GETOB) sədri Bülent Bülbüloğlu,
dünyada turizmin 3- 4 faiz artdığını,
Türkiyənin bu böyümədə ilk sırada
yer aldığını
söyləyib. 2019-cu il
turizm ilinin həm Cənubi Ege, həm də
Aralıq dənizi bölgəsində çox
yaxşı keçdiyini,
Marmaris, Bodrum, Fethiye və Dalaman da daxil
olmaqla cənub bölgəsinə olan tələbatın artdığını
deyib: "Bu il mövsümün əvvəlində
bir az sakitlik
hökm sürürdü.
Səbəbi isə Yunanıstan,
İspaniya və İtaliya kimi rəqiblərimizin önünə
keçməmizlə bağlı
verdikləri reaksiya nəticəsində qonaqlama
qiymətlərində endirim
edilməsi idi. Aprelin ortalarından etibarən Avropa başda olmaqla, xüsusilə Serbiya, Belçika, Polşa, Danimarka və İsveçrəyə
kimi bazarlardakı artım, böyümə
sürətimizi artırdı”.
Bu il iyun,
iyul və avqust çox məhsuldar və gəlirli olduğunu deyən Bülbüloğlu
bu il turizm
mövsümünü çox
yaxşı keçirdiklərini
bildirib: “Cənubi Ege bölgəsi üçün ingilis bazarı birinci sıradadır. Ölkəmizə yay aylarında
gələn 5 milyon ingilisin yarısı məhz bu bölgəni
seçir. İngilis
ailələri bir il əvvəldən
tətil planı hazırlayırlar. Bu planlara
görə, gələn
il üçün
əvvəlcədən sifarişlərdə
ciddi artım var. Keçən ilin yaşanan iqtisadi problemlərin öhdəsindən
gəlirik. Bu iqtisadi çətinliklərin
öhdəsindən gəlməyimizdə
ən böyük təsiri olan amillərdən biri turizmdir. Turizm sektoru bacasız
sənayedir. Bizim neftimiz,
turizmdir. Ölkəmizi tanıdan və iqtisadiyyatı lokomotivi olan turizm sektorudur.
Müxtəlif ölkələrdən nə qədər çox yeni turist gəlirsə, o qədər çox Türkiyə gözəllikləri
tanınır. Yeni turistlər
qonaqpərvərliyimizi, mədəniyyətimizi,
təbiətimizi və
gözəlliklərimizi görür.
Cari turizm mövsümünü çox
yaxşı keçirdik
və 2020-ci il
üçün çox
böyük ümidlərimiz
var”.
8 ay ərzində Azərbaycana
səfər edən xarici vətəndaşların
sayı 8.3 faiz artaraq 2.1 milyona çatıb
Ölkəmizdə də turizm sektoru davamlı olaraq inkişafdadır. Cari ilin
avqust ayında Azərbaycana 361 min əcnəbi
qonaq gəlib ki, bu da
2018-ci ilin avqustuna nisbətən 42 min və
ya 13.2 faiz artım deməkdir. Səyahət edənlərin ən
böyük qismini 9.3
faiz artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil
edib. Ən böyük artım
82.2 faiz və ya 17 min nəfərlə İrandan gələnlər
(37 min) arasında müşahidə
olunub. Yüksək artım, həmçinin
Gürcüstan vətəndaşları
üçün də
xarakterikdir. Belə ki,
avqust ayında Gürcüstandan gələnləri
sayı 68 minə çatıb ki, bu da keçən
ilə nisbətdə
11 min və ya 20 faiz artım deməkdir. 2019-cu ilin yanvar-avqust dövrü ərzində
Azərbaycana səfər
edən xarici vətəndaşların sayı
8.3 faiz artaraq 2.1 milyona çatıb.
Gələn əcnəbilərin yarısından çoxu,
daha dəqiq desək, 53 faizini Rusiya (653 min) və Gürcüstanın (472 min) payına
düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn
əcnəbi qonaqların
sayında 22.8 faiz və ya 87 min artım müşahidə
edilib. Mərkəzi
və Cənubi Asiya ölkələrindən
gələnlərin sayı
40.4 və 38.1 faiz artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb.
Nigar Abdullayeva
Palitra 2019.- 18 sentyabr.- S.6.