Cəfər Cəfərov: “Yeni tədris ilində tələbə qəbulunda
uğurlu nəticələr əldə edilib”
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-2020-ci tədris ilinin başlanmasına və “Bilik günü”nə həsr edilmiş tədbir keçirilib. ADPU-dan bildirilib ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri ADPU-nun rektoru, professor Cəfər Cəfərov açaraq tələbələri və onların valideynlərini təbrik edib, gənclərə həyatda və təhsildə uğurlar arzulayıb.
Rektor qeyd edib ki, təhsil Azərbaycanın dövlət
siyasətinin və milli inkişaf
strategiyasının prioritet istiqamətlərindən
birinə çevrilib. 2019-2020-ci tədris
ilində ADPU-ya ali təhsilin
bakalavriat səviyyəsində 8 fakültə,
22 ixtisas üzrə 2298 tələbə
qəbul olunub. Onlardan
1442-si dövlət sifarişi, 856-sı
isə ödənişli əsaslarla oxuyur.
Yeni tədris ilində tələbə qəbulunda
uğurlu nəticələr əldə edilib. Bu il
universitetə qəbul planı 96,4 faiz dolub. Son illər yüksək
bal toplayan abituriyentlər
arasında Pedaqoji Universiteti
seçənlərin sayı artıb. Bu il
338 gənc 500-dən çox
bal toplayaraq universitetə
qəbul olunub. Ali təhsilin magistratura
səviyyəsində qəbulun
nəticələri də
qənaətbəxşdir. Magistratura səviyyəsində 20 ixtisas,
22 ixtisaslaşma üzrə
310 nəfər qəbul
edilib. Onlardan 125-i dövlət sifarişi əsasında,
185-i isə ödənişli
əsaslarla daxil olub. Magistraturaya qəbul planı 91,4 faiz dolub.
Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin
bakalavriat səviyyəsində,
həm də magistratura səviyyəsində
uğurlu göstəricilərdir.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin
Azərbaycan tarixi kafedrasının müəllimi
Samirə Ramazanova, 608
balla Riyaziyyat fakültəsinə qəbul
olunmuş Gülnar Qasımzadə, övladı
ADPU-ya qəbul olunmuş Cocuq Mərcanlı kənd sakini Elman Piriyev, Tələbə Gənclər
Təşkilatının sədri
Nurlan Hüseynov çıxış edərək
müəllim və tələbələri yeni
tədris ilinin başlanması münasibətilə
təbrik edib, onlara uğurlar arzulayıblar.
Nigar
Palitra 2019.- 17 sentyabr.- S.12.