“News Blaze” nəşri: “Ermənistanda
nasist veteranları “qəhrəman” hesab edirlər”
ABŞ-da çıxan
“News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin “Ermənistanın Baş naziri Nikol Paşinyan
Los-Ancelesdə persona non-qrata
elan edilməlidir” sərlövhəli məqaləsi
dərc olunub. AZƏRTAC xəbər verir ki, materialda Ermənistanın Baş nazirinin Los-Ancelesə qarşıdakı səfərindən
və nasizmi, irqçiliyi təşviq
edən Ermənistan rəhbərliyinin biabırçı
reputasiyasından bəhs
edilir. Müəllif yazır ki,
sentyabrın 22-də Los-Ancelesə
birgünlük səfər
edəcək Paşinyan
Los-Ancelesdəki Qrand-parkda
Cənubi Kaliforniyanın
erməni icması ilə görüşəcək.
Qringer vurğulayır ki, Ermənistanın Los-Anceles
hakim dairələri tərəfindən
bu böyük şərəfə layiq görülməsinə yol
verilməməlidir və
bunun səbəbləri
çoxdur.
Avropa ölkələrinin
çoxunun keçmişi
nasizmlə bağlıdır. Lakin həmin
ölkələrin əksəriyyəti
bu keçmişi və onun iştirakçılarını
pisləyiblər. Həmin ölkələr
nasistlərin hər hansı şəkildə
mədh olunmasından
çəkinməyə çalışır.
Ermənistan isə bu baxımdan istisnadır.
Bu ölkədə nasist veteranları “qəhrəman” hesab edirlər. Ermənistan nasistlərə kömək
etmiş, onlarla əməkdaşlıq etmiş
və nasistlərin törətdiyi dəhşətli
cinayətlərdə fəal
iştirak etmiş erməni hərbi rəhbərlərini pisləməyə
heç vaxt cəhd göstərməyib.
Üstəlik, Ermənistan belələrini
tərifləməkdə, bu
“veteranları” “milli qəhrəman” elan edərək onların “irs”lərini məktəblərdə
erməni uşaqlarına
öyrətməkdə davam
edir. Məsələn, 2016-cı ildə Yerevanda nasizm fanfarları fonunda erməni millətçisi
və inqilabçısı,
nasistlərin törətdiyi
cinayətlərin iştirakçısı
olmuş Qaregin Njdeyə heykəlin açılışı mərasimində
Ermənistanın rəsmi
şəxsləri də
iştirak ediblər.
Qringer göstərib ki, İkinci Dünya müharibəsi illərində erməni hərbi canilər Qaregin Njde və
general Dro təqribən
30.000 nəfərdən ibarət
bədnam “erməni legionu” yaradıb və onu kütləvi
qətllər törədilməsi
üçün nasistlərin
ixtiyarına veriblər.
Erməni legionu alman Vermaxtının tərkibində Krımda,
Qafqazda və Fransanın cənubunda vuruşub, yəhudiləri
və digər “arzuolunmaz” etnik qrupların nümayəndələrini
toplamaqda nasistlərə
fəal kömək edib, cəza düşərgələrində “yəhudilərə ölüm
marşları” təşkil
ediblər.
Anası yəhudi olan Los-Anceles meri Erik Qarsetti və amerikalı yəhudilərin
də daxil olduğu Los-Anceles Şəhər Şurası
bir fakta görə narahat olmalıdırlar ki, nasist canilər Njde və Dro
Ermənistanda böyük
qəhrəmanlar elan ediliblər. Antidiffamasiya Liqası müəyyən
edib ki, Ermənistanın 2,2 milyon yaşlı sakininin 1,3 milyonu antisemit əhval-ruhiyyəli
insanlardır. Bu, Ermənistanın Avropada ikinci antisemit ölkə olması deməkdir. 2018-ci ildə
Pyu Tədqiqat Mərkəzinin apardığı
araşdırma nəticəsində
məlum olub ki, ermənilərin 32 faizi yəhudiləri öz həmvətənləri
kimi qəbul etmir və Ermənistanda
“yəhudi problemi” var.
Erməni təcavüzü və Azərbaycan ərazilərinin
Ermənistan qoşunları
tərəfindən hərbi
işğalı etnik
azərbaycanlıların kütləvi
şəkildə qətlə
yetirilməsi ilə müşayiət olunub. Belə faciələrdən
ən dəhşətlisi
1992-ci fevralın 26-da Azərbaycanın
Xocalı şəhərində
baş verib. Müəllif vurğulayır ki,
o vaxt erməni silahlı qüvvələri
bu şəhərə
soxulub və Azərbaycanın 613 nəfər
mülki vətəndaşını
qətlə yetiriblər.
BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul
edilmiş 822, 853, 874 və
884 nömrəli 4 qətnaməsində
Azərbaycanın ərazi
bütövlüyü təsdiqlənir,
erməni işğalçı
qüvvələrinin işğal
edilmiş bütün
regionlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması
tələb edilir. Qringer məqalənin sonunda təəssüflə yazır
ki, bu günə
qədər Ermənistan
BMT Təhlükəsizlik Şurasının
hüquqi baxımdan məcburi olan bu qətnamələrini yerinə yetirməyib.
“Orduda baş verən özbaşınalıq,
intihar, korrupsiya, cinsi və fiziki
təcavüz hallarının
artması kimi hallar erməni ictimaiyyətində böyük
narazılıqlara səbəb
olub”
Yeri gəlmişkən, analitik
Ehtiram Aşırlı
“Palitra”ya bildirib ki, son bir neçə
gündür, hətta
bir neçə aydır Ermənistanın
daxili siyasətində
təlatümlər yaşanır:
“Hazırda Ermənistan
daxili siyasətindəki
mövcud vəziyyət
belədir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanı
yenidən həbs edilib. Bunun timsalında Köçəryanın
tərəfdarları hakimiyyət
nümayəndələrinə təzyiqlər edir və məhkəmə binasının qarşısında
durmadan etiraz aksiyaları keçirirlər.
Məhkəmə sisteminin düzgün işləməməsi və islahatların aparılması üçün məhkəmələr bağlanmalıdır şəklində Paşinyan tərəfindən edilən açıqlamanın xalq və bəzi müxalifət nümayəndələri tərəfindən narazılıqla qəbul edilməsi, 2008-ci il 1 mart hadisələri ilə əlaqədar köhnə hakimiyyət nümayəndələrindən keçmiş müdafiə naziri Seyran Ohanyan və sabiq silahlı qüvvələrin baş qərargah rəisi daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsinin Təşkilatının katibi olmuş Yuri Xaçaturovun dindirilməsi prosesi də birmənalı qarşılanmır”.
O qeyd edib ki, orduda ərzaq probleminin, xüsusilə də qidanın keyfiyyətinin aşağı olması hərbi hissələrdə əsgərlər və hətta yüksək rütbəli zabitlər tərəfindən narazılığa səbəb olur: “Orduda baş verən özbaşınalıq, intihar, korrupsiya, cinsi və fiziki təcavüz hallarının artması həmçinin əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən döyülərək öldürülməsi kimi hallar erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olub. Xüsusilə də erməni anaları övladlarını öldürənlərin cəzalandırılması, ədalətin təmin olunması üçün hökumət və MN binası qarşısında etiraz aksiyaları keçirərək Paşinyanla və Tonoyanla görüşmək istədiklərini bildirsələr də nə Paşinyan nədəki Tonoyan onları qəbul etmir. Belə olan təqdirdə analar Paşinyana inandıqları üçün yanıldıqlarını və onların keçmiş hakimiyyətdən heç nə ilə fərqlənmədiklərini bildirirlər.
Ermənistan Müdafiə Nazirliyi daxilində ən əsas problemlər hərbi qulluqçuların sosial təminatlarının aşağı olması və məzuniyyət kompensasiyalarının verilməməsi, evlə təmin edilməməsi kimi məsələlərdir ki, hərbi qulluqçuların MN binası qarşısında aclıq aksiyası keçirmələrinə gətirib çıxarır”.
“Paşinyan hakimiyyəti tamamilə çökməkdədir”
Analitikin fikrincə, Ermənistan ictimaiyyətində Paşinyana olan inam günü-gündən azalır: “Son zamanlar keçirilən sorğulara görə onun reytinqinin 50%-dən aşağı olduğu qeyd edilir: “Paşinyanın kreslosunun lax dığı bir vaxtda Amulsar mədənin istismarı ilə bağlı xalq arasında narazılıqların yaranması, bunun timsalında parlament və hakim partiya arasında fikir ayrılıqlarının yaranması son zamanlar erməni mətbuatında Paşinyanın ehtiyat qüvvə topladığı, yenidən seçkilərə gedə biləcək kimi fikirlər səslənməsinə gətirib çıxarıb. Baxmayaraq ki,Paşinyan xalqa müraciət edərək Amulsar mədəninə gedən yolu açmalarını xahiş etdi və xalq bu dəfə onun xahişinə məhəl qoymadı.
Bu məsələ Paşinyan və komandası arasında anlaşılmazlıqlara səbəb olub. Belə ki erməni mətbuatında çıxan xəbərlərə görə parlamentin vitse-spikeri, “Mənim addımım” blokunun üzvü Lena Nazaryan mədənin istismara açılması fikri ilə razı olmadığını və əksini düşündüyünü Paşinyanın özünə bildirib.
Bu məsələ özlüyündə hakimiyyət daxilində istefaların olmasına gətirib çıxardı. Belə ki, Ermənistanın polis rəisi Valeri Osipyanın istefaya getməsilə nəticələndi. Erməni KİV-də yayılan məlumatlara görə ictimaiyyət əgər Amulsar mədəninə gedən yolu açmasa, o zaman Paşinyan polis qoşunlarını oraya daxil edərək xalqa qarşı zor tətbiq edəcəkdir. Sentyabrın 17-də Paşinyanın rəhbərliyi ilə keçirilən təhlükəsizlik şurasının iclası zamanı bu məsələ ilə bağlı Paşinyanla Valeriy Osipyan arasında keçən söhbət əsnasında polis rəisinin istefa verməsinə qərar verilib. Erməni mətbuatında yayılan məlumatlara görə, Paşinyan polis rəisinə əgər sən “polisi ora daxil edə bilməyəcəksənsə” və “mənim qərarlarıma şübhə ilə yanaşırsan” şəklində sərt ifadələr işlətməsi Valeriy Osipyanın vəzifədən uzaqlaşması ilə nəticələnib.
Hakimiyyət daxilindəki istefalardan biri də Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın istefa verməsidir”.
Ehtiram Aşırlı qeyd edir ki, Paşinyan hakimiyyəti tamamilə çökməkdədir və bu ölkə daxilində parçalanma, hətta vətəndaş müharibəsinə gətirib çıxaracaq hadisələrin yaşanması ehtimalı yüksəkdir.
Fuad Hüseynzadə
Palitra 2019.- 20 sentyabr.- S.11.