Pərviz Şahbazov:
“Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi
həyatında müstəsna xidmətləri olub
Energetika
naziri Pərviz Şahbazov
“Əsrin müqaviləsi”nin 25 illiyi ilə
bağlı sentyabrın 19-da Yeni Azərbaycan
Partiyasının İcra Katibliyində
keçirilən mətbuat konfransında deyib.
Nazir 25 illiyi
qeyd olunan “Əsrin
müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi
həyatında müstəsna xidmətlərindən
danışıb. O deyib ki,
bu tarixi müqavilə
ulu öndər Heydər Əliyevin
uzaqgörən siyasəti sayəsində ərsəyə gəlib:
“Həmin müqavilə beynəlxalq aləmdə Azərbaycanın
rolunu gücləndirib. Ölkəmiz dünya neft bazarında
özünəməxsus yeri tutub. Bu müqavilənin həyatımızda
və Azərbaycanın taleyindəki rolunu
aydın görə bilirik. “Azəri”,
“Çıraq” və “Günəşli” yataqları işlənilməsinə
62 illik təminat alıb, indiyədək ən
azı 36 milyard ABŞ dolları sərmayə
qoyulub və daha 40 milyard dollar
investisiyanın yatırılacağı, ölkəyə 143
milyard dollardan çox gəlir qazandırmış unikal layihələrdən biridir.
“Azəri-Çıraq-Günəşli” istismara
veriləndən indiyədək 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib”.
P.Şahbazov Azərbaycanın neft-qaz, elektroenergetika sektorunun
hazırkı vəziyyəti və növbəti illərdə
inkişaf perspektivləri, eləcə də
energetika sektorunda
islahatların sürətləndirilməsi ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin
tapşırığı ilə görülən işlər
barədə məlumat verib. Bildirib ki, 2020-2021-ci illərdə
ölkədə neft hasilatının həcmi,
təxminən 39 milyon ton
proqnozlaşdırılır. Qaz
hasilatının bu il
19 faiz artacağı, 2020-ci ildə 40,2 milyard kubmetrə, 2021-ci ildə isə 45 milyard kubmetrə çatacağı gözlənilir”.
“Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına
çevrilməsində “Şahdəniz” qaz
yatağı mühüm rol
oynayır. İstismara veriləndən bu
vaxta yataqdan 110,8 milyard kubmetr qaz, 26,8 milyon ton kondensat hasil edilib. “Şahdəniz” yatağında qaz hasilatının artması
Türkiyəyə ixracla bağlı göstəricilərə
əhəmiyyətli dərəcədə
təsir göstərib,
nəticədə ötən
ilin müvafiq dövrünə nisbətən
cari ildə qardaş ölkəyə
33,8 faiz çox, yəni 5,7 milyard kubmetr qaz satışı
həyata keçirilib”.
Nazir islahat tədbirləri çərçivəsində bərpaolunan enerji mənbələrindən istifadənin
təşviq edilməsi,
bu sahədə əlverişli investisiya mühitinin yaradılması
və özəl sahibkarlıq fəaliyyətinin
dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan
liberal bazar modelinə
mərhələli keçidlə,
eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlandığını
da diqqətə çatdırıb: “Hesab
edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması
və təchizatı
sahələrində təkmilləşdirilmiş
institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin
tətbiqinə, özəl
investisiyaların cəlb
edilməsinə və
səmərəliliyə əlverişli
şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini
və beynəlxalq təcrübə nəzərə
alınmaqla hazırlanmış
“Elektroenergetika haqqında”,
“Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici
haqqında” Qanun layihələri razılaşdırma
mərhələsindədir. Enerji səmərəliliyi ilə
bağlı tədbirlər
çərçivəsində hazırlanmış “Enerji
resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsinə də baxılmaqdadır. “Qaz
təchizatı haqqında”
Qanunun yeni layihəsinin hazırlanması
üzrə də müvafiq işlər görülür”
Palitra 2019.- 20 sentyabr.- S.10.