Qaxda III Bal
bayramı
Əsrarəngiz
təbiəti və zəngin milli mətbəxi ilə
seçilən Qax rayonunda III Bal bayramı keçirilir.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, Qax Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət
və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan
Arıçılar Assosiasiyasının dəstəyi ilə
reallaşan bayramın keçirilməsində əsas məqsəd
rayonun kənd təsərrüfatının ənənəvi
sahələrindən olan arıçılığın təbliği,
bu sahəyə marağı artırmaq, həmçinin
Qaxın iqtisadi, mədəni və turizm potensialını
daha geniş nümayiş etdirməkdir.
Bayramda
nazirlik və dövlət qurumlarının rəsmiləri,
Milli Məclisin deputatları, qonşu rayonlardan dəvət
olunmuş qonaqlar, bölgənin arıçılıq
birliklərinin nümayəndələri, bal
istehsalçıları və rayon sakinləri iştirak edirlər.
Rəsmi
açılış mərasimindən sonra bal və
arıçılıq məhsullarının,
arıçılıqda istifadə edilən avadanlıq sərgiləri
ilə tanışlıq olacaq, balın süzülməsi
prosesi əyani şəkildə nümayiş etdiriləcək.
Baldan hazırlanmış geniş çeşiddə mətbəx
nümunələri, şirniyyat və xörəklər təqdim
olunacaq, sənətkarların əl işləri sərgilənəcək.
Bal
bayramı respublikanın tanınmış incəsənət
ustalarının təqdim etdiyi geniş konsert proqramı ilə
başa çatacaq.
Palitra
2019.- 20 sentyabr.- S.12.