Ədəbiyyat İnstitutunda
Hindistan günü keçirilib
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
Hindistan günü keçirilib. Bu barədə
AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq
Azərbaycan-Hindistan əlaqələrinin
inkişafından danışıb. Akademik bildirib
ki, Azərbaycan Milli Elmlər Akademiyasının əksər
institutlarının Hindistanla
özünəməxsus elmi
əlaqələri var. Həmçinin
Ədəbiyyat İnstitutu
da Hindistanla əlaqələrini qurub və inkişaf etdirir. “Azərbaycanla
Hindistan əlaqələrinin
qurulmasında səfirlərin
çox böyük rolu var. Bizim institutda Hindistan tədqiqat mərkəzi yaradılıb. Eyni zamanda,
institutumuzda bir neçə ildir ki, hind dili tədris
olunur. Bu işdə böyük əməyi keçən
Hindistanlı müəllimin
işindən çox
razıyıq. İnstitutumuzun əməkdaşı Şəhla
Qurbanova Hindistanla bağlı elmi tədqiqat işi yazır. İnstitutumuzun alimləri Hindistanlı
həmkarları ilə
birgə böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş kitab üzərində çalışırlar”, - deyə
akademik bildirib.
O, həmçinin qeyd edib ki, dünyanın
yeddi möcüzəsindən
biri olan Tac-Mahal abidəsi türk-müsəlman sivilizasiyasının
böyük nümunəsi
kimi Hindistanda qorunur və ora çoxlu turistlər cəlb olunur. Mən Tac-Mahal abidəsini
ziyarətdən böyük
təəssüratla qayıtdım.
Hindistan Dövlət Universitetində
Türk dili və ədəbiyyatı
bölməsi yaradılıb.
Həmin
bölümün rəhbəri
Oğuz Xan bizim institutda qonağımız oldu.
Bu il martın
23-də mən həmin
universitetdə Azərbaycan
ədəbiyyatından dərs
dedim. Biz istərdik
ki, institutumuzda nümayiş etdirmək üçün bizə Rabindranat Taqor haqqında film bağışlayasınız”,
- deyə İ.Həbibbəyli
əlavə edib.
Hindistanın ölkəmizdəki səfirliyinin
Təhsil və Mədəniyyət üzrə
ikinci katibi Sujesh Chandra Sinha çıxış edərək
tədbir üçün
təşəkkürünü bildirib və Rabindranat Taqorla bağlı filmlərin instituta təhvil verilməsinə yardım
edəcəyini deyib.
Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin müdiri,
professor Bədirxan Əhmədli
2016-cı ildən fəaliyyət
göstərən şöbənin
bu istiqamətdə artıq bir sıra uğurlara imza atdığını
qeyd edib. O, Hindistan
ədəbiyyatı ilə bağlı dissertasiyalar
yazıldığını nəzərə
çatdırıb.
Daha sonra
institutun əməkdaşlarından Leyli Əliyeva, Leyla Həsənzadə
və Leyla Primova hind dilində şeir
söyləyiblər. Eyni zamanda,
tədbirdə hind mahnısı səsləndirilib.
Nigar
Palitra.-2019.-24 sentyabr.-S.6.