Baş katib: “İƏT Ermənistanın
Azərbaycana qarşı təcavüzünü hər zaman pisləyib”
Pakistan xarici
işlər nazirindən BMT-də cağırış: “Ermənistanı
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
uyğun olaraq
qoşunlarını Dağlıq Qarabağdan
çıxarmalı və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə
hörmət etməlidir”
“İƏT Ermənistanın təmas
xəttində mütəmadi olaraq atəşkəsi
pozması hallarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılması istiqamətində Azərbaycanın
bütün səylərini, həmçinin
Azərbaycan tərəfindən vaxtaşırı olaraq bu pozuntular
ilə bağlı ətraflı hesabatların dərc
edilməsini dəstəkləyir”
“İlk olaraq, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT-in bu görüşündə iştirak etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Bu İƏT üçün Azərbaycan Respublikası ilə öz həmrəyliyini və ona davamlı dəstəyini bir daha nümayiş etdirmək, eləcə də bu böhranın sülh yolu ilə nizamlanmasına töhfə vermək üçün bir imkandır”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu fikri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Kontakt Qrupunun görüşündəki çıxışında deyib. O qeyd edib ki, İƏT bu böhranı 1992-ci ildən etibarən izləyir. İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, Ermənistanın Azərbaycan ərazilərinin böyük hissəsinin işğalını qeyri-qanuni hesab edib və öz etirazını bir çox platformalarda bildirib. İƏT-ə üzv dövlətlər bir daha bu məsələdə öz maraqlarını ifadə edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə, Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağırış etmişlər.
Baş katib deyib: “İƏT Ermənistanın təmas xəttində mütəmadi olaraq atəşkəsi pozması hallarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycanın bütün səylərini, həmçinin Azərbaycan tərəfindən vaxtaşırı olaraq bu pozuntular ilə bağlı ətraflı hesabatların dərc edilməsini dəstəkləyir. İƏT-in Ümumi Katibliyi Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərin əziyyətlərini dərin narahatlıqla izləyir. İƏT Katibliyi, üzv dövlətlərinə və onların müvafiq orqanlarına Azərbaycanda zərər çəkənlərə lazımi maddi və humanitar yardımın göstərilməsinə dair çağırış edib.
Dağlıq-Qarabağ münaqişəsinin hər zaman ədalətli və sülh yolu ilə həll edilməsinə çağıran İƏT bu xüsusda bütün səyləri və təşəbbüsləri təşviq edir. İƏT Kontakt Qrupunun bu məsələyə lazımi əhəmiyyətin verilməsi üçün israrlı təkidi ilə, sonuncu görüşlərdən keçən müddət ərzində bizim Azərbaycana dəstək və həmrəyliyimiz, eləcə də istər BMT Baş Assambleyası, istərsə də İƏT qətnamələrinin yerinə yetirilməsi istiqamətində səylərimiz yenidən nəzərdən keçirildi. Xüsusilə vurğulanmalıdır ki, 2019-cu ilin may ayında Məkkə şəhərində keçirilmiş İslam Zirvə Görüşü Konfransının 14 sessiyasında Kontakt Qrupunun görüşləri təqdirəlayiq hesab edilib və onun fəaliyyətinə tam dəstək ifadə olunub. Ümid edirəm ki, bu günki müzakirələrimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmağa vadar etmək məqsədilə İƏT üzv dövlətlərinin kollektiv və individual səyləri üzrə tövsiyə və təkliflərə dair razılığın əldə olunması üçün şərait yaradacaqdır”.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı bəyanat Beynəlxalq Sülh Bürosuna təqdim edilib
Qeyd edək ki, Berlində Beynəlxalq
Avrasiya Mətbuat Fondu
(BAMF) və Avropa İttifaqının dəstəyi
ilə Beynəlxalq Sülh Bürosu və Asiya-Avropa Xalq Forumu (AAXF), AsienHaus, Rosa Lüksemburq Fondu tərəfindən
təşkil olunan "Avrasiyada
ortaq təhlükəsizlik siyasətinə
çağırışlar" adlı seminar
keçirilib. Tədbir Asiya və Avropadakı ən aktual
təhlükəsizlik problemlərini, o
cümlədən mövcud münaqişələr
və miqrasiya məsələlərini
müzakirə etmək məqsədi daşıyıb. Bu barədə AZƏRTAC-a BAMF-dan
məlumat verilib. Beynəlxalq
Avrasiya Mətbuat Fondunun
prezidenti Umud Mirzəyev
və politoloq, Fondun prezidentinin köməkçisi Anastasiya Lavrina seminarda iştirak edərək
bölgənin hərbiləşdirilməsinin səbəblərindən
birinə çevrilən Ermənistanın Azərbaycana
qarşı işğalı ilə bağlı bəyanat
veriblər. Anastasiya Lavrina Beynəlxalq Avrasiya Mətbuat Fondunun bəyanatını
təqdim edib və Ermənistanın Azərbaycana
qarşı təcavüzkar siyasətinin
dayandırılmasının zəruriliyini bildirib.
“Çox güman ki, Sovet
İttifaqının dağılmasından sonra
yaranan ilk
münaqişələr vaxtında həll edilməsi üçün beynəlxalq ictimaiyyətin
diqqətini cəlb etsəydi, bir çox yeni münaqişələrin
yaranmasının qarşısını ala
bilərdik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təxminən
30 il əvvəl Dağlıq Qarabağ və ətraf 7 rayon
da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi.
Lakin Ermənistanın
beynəlxalq norma və standartlara
riayət etməməsi, münaqişənin həlli və müvafiq olaraq bölgənin
gələcək inkişafı üçün
əsas sayılan BMT Təhlükəsizlik
Şurasının bütün qətnamələrini
qulaqardına vurması vəziyyəti gərginləşdirir,
bölgənin hərbiləşdirilməsinə səbəb
olur” - deyə o qeyd edib. A.Lavrina,
eyni zamanda, Azərbaycanın
Avrasiyada çox vacib tranzit və logistika mərkəzinə çevrildiyini,
bölgədə sülhün və sabitliyin qorunmasında mühüm
rol oynadığını
vurğulayıb: “Sovet
İttifaqının dağılmasından sonra
ilk olaraq qonşu təcavüzkar ölkənin
işğalçılıq siyasəti qarşısında
Azərbaycan daimi diplomatik
əlaqələr olmadan güclü
iqtisadiyyatı və inkişaf etmiş enerji siyasəti
ilə müstəqil bir dövlət ola bildi. Azərbaycanın
güclü ordusu var və hərbi gücünü
işğal olunmuş
torpaqları geri qaytarmaq
üçün istifadə etmək hüququna malikdir. Lakin Azərbaycan
təcavüzkar siyasət yürütməyə
çalışan Ermənistandan fərqli olaraq
münaqişənin sülh yolu ilə həllini dəstəkləyir”.
Çıxışdan sonra Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən
hazırlanmış “Güllələnmiş məzar
daşları” filmi nümayiş
olunub. Filmdə Füzuli
rayonunun Aşağı Əbdürrəhmanlı
kəndindəki dağıdılmış evlər, abidələr,
habelə güllələnmiş qəbiristanlıq kimi Ermənistanın törətdiyi həqiqi
vandalizm aktları göstərilib. Filmdə
XX əsrin sonlarında Azərbaycanda və XX əsrin əvvəllərində
Fransada törədilmiş vandalizm arasında paralel
aparılır. Filmin müəllifi, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun
prezidenti Umud Mirzəyev
özünün yaşadığı kədərli
anlardan bəhs edib. Film və A.Lavrinanın təqdimatı Beynəlxalq
Sülh Bürosunun rəsmi
saytında yerləşdirilib. Beynəlxalq Sülh Bürosu 1891-ci ildə
yaradılıb və müxtəlif ölkələrin cəmiyyətləri
arasında əlaqə rolunda
çıxış etdiyinə görə 1910-cu ildə Nobel Sülh
Mükafatına layiq görülüb.
13 məşhur Nobel Sülh
Mükafatçısı Beynəlxalq Sülh
Bürosunun üzvü
olub. Beynəlxalq Avrasiya
Mətbuat Fondu 2001-ci ildən Beynəlxalq
Sülh Bürosunun üzvüdür. Fondun prezidenti Umud Mirzəyev isə
2013-cü ildən Baş Şuranın üzvü və Qərbi Asiyanın 18 ölkəsində
Büronun nümayəndəsidir.
Pakistanın xarici işlər
naziri Ermənistanı qoşunları
Dağlıq Qarabağdan
çıxarmağa çağırıb
Bi məsələni də qeyd edək ki, Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Ermənistanı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb. Nazir bunu Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı deyib. Ş.M.Kureşi bildirib ki, Pakistan Ermənistanın Dağlıq Qarabağda coğrafiyanın, əhalinin, iqtisadi, sosial və mədəni vəziyyətin və institusional strukturun dəyişdirilməsi üzrə hərəkətlərinə qarşıdır. Nazir Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə hörmət etməyə çağırıb. O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitlik üçün təhdiddir.
A.Miriyev
Palitra 2019.- 25 sentyabr.- S.11.