“Fərman Salmanovun davamçıları indi
də var”
Eldar Əhədov: “Kitablarla
maraqlanan ağıllı
oxucu bütün ədəbiyyata maraq göstərir…”
İxtisasca markşeyder (mədən mühəndisi) olan Eldar Əhədovu əksər insanlar şair kimi tanıyır. Hətta 1986-cı ildən yaşadığı Krasnoyarsk şəhərində də
o, şair kimi məşhurdur. Yeri gəlmişkən, Krasnoyarsk vilayətinin
qubernatoru Aleksandr Uss bu ilin aprelində qəzetimizə eksklüziv
müsahibəsində ədəbiyyatsevərlər
arasında şair və yazıçı Eldar Əhədovun yaradıcılığının məşhur olduğunu demişdi. Xatırladaq ki, Əhədov Eldar Əlixas oğlu 1960-cı il iyulun 19-da Bakıda anadan olub. 1983-cü ildə
Leninqrad Dağ-mədən
İnstitutunu bitirib.
E.Əhədov yaradıcılıq fəaliyyəti ilə yanaşı, ixtisası üzrə də işləyib. Qütbarxası sahələrdən tutmuş
monqol çöllərinə
qədər, Yamaldan Tıvayadək tayqanın
və tundranın bütün əlçatmaz
yerlərində olub.
10 il ərzində
(2000-2010) Krasnoyarsk Diyar Xalq
Yaradıcılığı Dövlət Mərkəzi
Ədəbiyyat Birliyinin
və korlar və zəif görənlər üçün
“Bılina” ədəbiyyat
studiyasına rəhbərlik
edib. Sibir Yazıçılarının
IV Qurultayının (2002) nümayəndəsi
olub. Sibir Yazıçıları Assosiasiyasının
Krasnoyarsk Diyar Yazıçılar
Təşkilatının (1998), Rusiya Ədəbiyyat Fondunun üzvü, Rusiya Yazıçılar
İttifaqının Krasnoyarsk regional bölməsinin (2003-2008) üzvüdür.
Rusiya Markşeyderlər İttifaqının
üzvüdür.
E.Əhədov 2010-cu ildə “Mirı Eldara” saytını və “Ozareniye” beynəlxalq rusdilli poetik müsabiqəsini yaradıb. Yazıçı
poeziya və nəsrin müxtəlif janrlarında yazılmış
30-dan çox kitabın,
o cümlədən “Moya
azbuka”, “Veşşiy
son”, “Skrijali vetra”, “Kamennaya azbuka”, “Posmotri mne v qlaza”, “Molitva o tebe”, “Derjavnıy panteon”, “Slavyanskiy panteon”, “Nemetskiy panteon”, “Kniqa lyubvi”, “Puteşestviye oçarovannıx starikov”,
“Kuyumba”, “Vasilkovoye nebo”, “Dobrıye skazki”, “Severnıye rasskazı i povesti”, “Na Kraynem Severe” və digər kitabların müəllifidir.
2012-ci ildə E.Əhədovun beşcildlik
seçilmiş əsərləri
işıq üzü
görüb. Yazıçının iki kitabı ABŞ-da, bir çox
əsərləri isə
Bolqarıstan, İsrail,
Almaniya, Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycanda nəşr edilib.
Onun “Sənə
dua edirəm” əsəri dünyanın
13 dilinə, o cümlədən
ərəb, yunan, ingilis, ispan, Çin dillərinə tərcümə olunub. Sibirin Sayan
bölgəsində Tyoplaya
çayının iki
qoluna E.Əhədovun
adı verilib.
- Bu gün Rusiyada Fərman Salmanovun davamçılarının
olmasına ümid edə bilərikmi?
- Onlar olub və
indi də var. Sibir tayqasında və tundrasında minlərlə azərbaycanlı
çalışır.
- Siz markşeyder olaraq Rusiyaya nə kimi töhfə veribsiz?
- Mən markşeyder olaraq çoxlu Sibir yatağının kəşfində iştirak
etmişəm.
- Hazırda hansı istiqamətlərdə
tədqiqatlar aparırsız?
-Mən Uzaq Şimalın veteranıyam. Bir ay əvvəl
təqaüdə çıxdım.
- Siz həyata markşeyder kimi atılıb sonradan şair olubsuz, yoxsa əksinə...?
-8 yaşımdan bəri şeir yazıram. 18 yaşımda ikən
markşeyder ixtisasını
seçdim.
- Hər hansı azərbaycanlının
şeir və ya nəsr əsəri
rus oxucusu üçün nə dərəcədə maraqlı
ola bilər?
-Kitablarla maraqlanan ağıllı oxucu bütün ədəbiyyata
maraq göstərir, o
cümlədən Azərbaycan
ədəbiyyatına da.
Bålə hər zaman olub və
həmişə də
olacaq.
- Siz Rusiyada, eləcə də digər ölkələrdə keçirilən
şeir müsabiqələrində
iştirak edirsizmi?
- Bəli. Mən mütəmadi olaraq
müsabiqələrdə iştirak
edirəm. Yamal-Nenets
Muxtar Dairəsi Qubernatorunun Dövlət Ədəbi Mükafatı
laureatı, "Rusiyanın
gümüş lələyi",
"Dünyanın xeyirinə"
milli mükafatları
laureatı, "Şimal
sərhədsiz bir ölkədir" (İsveç
– Rusiya) , "Homer" mükafatı
(Yunanıstan), "Za-Za
Verlag" Nəşr
Mükafatı (Almaniya),
Ümumrusiya ədəbi
festival festivalının gümüş
medalını missal göstərmək
olar.
SƏNƏ DUA EDİRƏM
Allahım, Sənə yalvarıram,
hal-hazırda bu sətirləri oxuyan şəxsə Səndən
xahiş etdiyi hər şeyi əta et! Bunu
ona tam şəkildə
ver, çünki yalnız Sən bu cür əta
etməyə qadirsən!
Və qoy o həyatının bütün günlərində,
və əgər mümkün olmazsa, heç olmasa müəyyən həddə
xoşbəxt olsun.
Ona möhkəm can sağlığı və
yaxınlarının məhəbbətini,
onlar tərəfindən
anlayışla qarşılanmaq
və mərhəmət
hissi qismət et… Elə et
ki, onun qəlbi bütün mövcudiyyətə yalnız
məhəbbətlə alovlansın.
Onu təhqiredici sözlərdən, haqsızlıqlardan
və paxıllıqlardan,
müharibə və ölümlərdən, cismani
və ruhi ağrılardan hifz et. Hətta bütün
bunlar qaçılmaz
olsa belə, o zaman da onu
tərk etmə, ona təsəlli ver. Ona yer üzərində
qiymətli, əziz olan hər şeyi
onun üçün hifz et. Əgər bu
barədə xahiş
etmək gecdirsə, onu hafizəsindən məhrum etmə … Bu duanı hal-hazırda oxuyan şəxsin Sənə inanıb inanmadığı mənə
məlum deyil. Hətta əgər inanmırsa belə: ona yardım et! Qoy o yalnız
olmadığını, lazımlı
insan olduğunu və sevildiyini hiss etsin... Mənim mərhəmətli və
rəhmli Allahım! Mənim bu arzumu
yerinə yetir! Elə yerinə yetir ki, gözlərimi
yummazdan öncə: “Sənə Şükürlər
olsun, Allahım! Sən dualarımı eşidirsən...” deyə
bilim!
KAĞIZDAN ATA
Rəfdə nə papaq var, nə də
ki, əlcək,
Çoxdandı yanmayır buxarı ocaq.
"Ay ana, bəs atam
nə vaxt gələcək?"
Soruşur anadan bu körpə
uşaq.
Bayırda payızın nəfəsi
gəlir,
Gecələr şaxtalar andırır
qışı,
Nə desin?...Ananın
qəlbi kövrəlir,
Boğur
qəhər ilə onu göz yaşı...
Sükutu
uşağın təkidi
pozur:
"Gəl mənə kağızdan ata düzəldək,
(Ananın halını o, özü yozur)
Amma bunu heç kim bilməsin
gərək.
Hər yerdə özümlə gəzdirəcəyəm,
Onu gəzdirmək
də çünki asandır.
Nə olsun, kağızdan olanda, bəyəm?
O ki, həm cəsurdur,
həm pəhləvandır."
SƏNDƏN SAVAYI...
Bütün şəkillərini bir-bir cırıb tulladım,
Bu olmadı imdadım... Səni unudammadım.
Acı şərabdan, meydən içdim, içənə
kimi,
huşum itənə
kimi. Küçədə
sərxoş yatan
yazıq pinəçi
kimi, Nə bilim nəçi kimi,
nə bilim nəçi kimi. Bu olmadı imdadım,
Səni unudammadım. Evləndim, həyatıma
ailə, uşaq doldu, vim, eşiyim oldu.
Bu olmadı imdadım,
Səni unudammadım.
İndi
mən qocalıram... Çalışsam da havayı
Hər şey yadımdan çıxır, Hər şey,
Səndən savayı...
GƏNCLİK VƏ QOCALIQ
Çılğın gəncliyimi salıram yada.
Göy səma altında, bu gen dünyada,
Necə
də qayğısız
bir cavan idim,
Aləmə, dünyaya mən heyran idim.
Həzin
bir ahəngi vardı zamanın,
Qədrini bilməzdim onda hər anın.
Qorxmadan heç nədən, sanki, nə dərdim?
Göz yaşı tökmədən
köçüb gedərdim...
İndi
əldən salıb qocalıq məni,
Düşünüb, anıram olub, kecəni.
Həyatın mənası nə
dərin imiş,
O, keçən illərim nə şirin imiş.
Hər baxış, hər bir an mənə təsəlli,
Tuturam həyatdan
indi cüt əlli.
MÖCÜZƏ
Bütün həyat ümidlərin
əlində,
Gözləyirik, olmayanlar olacaq.
Qəfil
gələr möcüzələr,
gələndə
Qapımızdan, bacamızdan dolacaq.
Şad xəbərlər qarşısında
qaçar şər,
Yaman günün ömrü azdı, şübhəsiz
Darıxma, dost, yaman günlər
ötüşər,
Birgə gülüb, sevinərik onda biz.
Sevinc gələr bu məkana, bu elə,
Nur ələnər çölə,
düzə, səmaya,
Qədəm qoyaq onda verib əl-ələ,
Möcüzələr baş verdiyi dünyaya.
Möcüzələr yaradacaq yaradan,
Öz-özünə yetişəndə zamanı.
Soruşma ki, axır gəldi
haradan?
Çünki olmur möcüzənin ünvanı.
HƏKİM ÇAĞIRMAQ
Həkim
çağırmaq olar,
Təcili yardım gələr.
Qulluqçu çağırarsan,
Köməyin ola bilər.
Duelə
çağırarsan
Qəzəblənib kimsəni...
Taksi çağırsan əgər,
Gəlib aparar səni.
Yağış da çağırarsan,
Təbiətə can verər,
Polis də çağırarsan,
Qoymaz çəkəsən
zərər.
İstədiklərin olar,
Çağırmağına baxır,
Gülüş, qəzəb, ya
qorxu,
Nə istəyirsən
çağır.
Nə desən çağırarsan,
Sən belə vərdiş ilə,
Bir Tanrı, bir məhəbbət,
Gəlməz sifariş ilə!
ANLARSAN...
Bir gün anlayarsan, həqiqətən də
Haqqı, ədaləti çox olar danan.
Kövrək bir könül
var güclü bədəndə,
İncidərlər, sındırarlar nagahan.
Keçmişlə gələcək
arasında sən
Boşluqlar görsən də, tanrı pənahdı.
Çalış ki, uzaq ol qəmdən, qüssədən,
Boş şeyin
dərdini çəkmə,
günahdı.
Dünyanın sehrini duy, sevinc ilə,
Aləm bizimlədir, bizimlə inan.
Keçək gülə-gülə, verib əl-ələ,
Zamanın bu eniş, yoxuşlarından...
Fuad Hüseynzadə
Palitra 2019.- 25 sentyabr.- S.7.