Ermənistan tərəfinin bütün arqumentləri bitib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Azərbaycan Ermənistan xarici işlər nazirləri arasında görüşlə bağlı bəyanat yayıb: “ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti ABŞ-dan Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda birgə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşüblər”.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumatına görə, onlar həmçinin ATƏT-in baş katibi Tomas Greminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər:

Bəyanatda qeyd olunur ki, həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüşdən sonra, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar təhlükəsizlik aspektləri üzrə Paris Cenevrədəki son müşavirələrdən sonra fəaliyyətləri barədə məlumat veriblər:

"Həmsədrlər nazirlər gərginliyi azaltması barışığa əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirə etməyə davam ediblər". Həmsədrlərin yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətində olduğu da deyilir.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı göstərir ki, onlar Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev isə AZƏRTAC-a açıqlamasında deyib ki, bu bəyanat həmsədirlərin Ermənistan baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd etdiklərini göstərir. Həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildirərək, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər.

Beləliklə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik. Lakin bir sual yenə açıq qalır- bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?”,- deyə Fərid Şəfiyev vurğulayıb.

Bütün üzv dövlətlərin BMT TŞ-nin qətnamələrini yerinə yetirmələri çox vacibdir

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxış edib. O deyib ki, bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir.

Nazir bildirib ki, BMT regional təşkilatlar arasında əməkdaşlıq, BMT-nin məqsəd prinsiplərinin təşviq edilməsi baxımından zəruridir: “Bir sıra hallarda aydındır ki, regional sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir. Bununla yanaşı, ciddi problemlər hələ mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi institusional potensialına sahib deyillər. Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir. Onlar həmçinin terror əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə hər hansı bir bəhanə ya sipər altında, bilavasitə ya dolayı yolla dəstəklənməsi ya maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilməmədiyindən əmin olmalıdırlar”.

“Danışıqlar ərəfəsində Ermənistan buya digər formada təxribatlar törədir”

Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov isə Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayıb. O bildirib ki, birinci hal deyil ki, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistan buya digər formada təxribatlar törədir:

“Məqsəd danışıqlar prosesinə ziyan vurmaq və pozulmasına nail olmaqdır. Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitibdir. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqları pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışırlar”.

Ə.Əhmədov vurğulayıb ki, beynəlxalq ictimaiyyət bunu kəskin tənqid edir: “Azərbaycan tərəfi qəti şəkildə dəfələrlə bəyan edib ki, biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr, Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək”.

Baş nazirin müavini əlavə edib ki, ATƏT-in Minsk qrupu yumşaq şəkildə desək, öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir.

Soğoman Tehliryana Yerevanda abidənin ucaldılması ümumtürk düşmənçiliyinin davamıdır”

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar isə ermənilərin terrorçu əməllərini pisləyib. O deyib ki, Birinci Dünya müharibəsi dövründə düşmənlərimizlə əlbir olaraq Osmanlı dövlətinə xəyanət edən ermənilər sonrakı illərdə qəhrəman övladlarımızı qətlə yetirdilər: “Dövlət və siyasi xadimlərimiz məqsədli şəkildə erməni terrorunun hədəfinə çevrildi. Bütün bunlar azmış kimi dünya ictimaiyyətini aldatmaq üçün dondan-dona girdilər. Özləri haqqında “əzabkeş” obrazı yaratmağa çalışdılar”.

Osmanlı dövlətinin Baş Naziri Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidənin ucaldılmasını ümumtürk düşmənçiliyinin davamı kimi dəyərləndirən B.Dündar diqqətə çatdırıb ki, sözügedən abidənin quruluşunda Tələt Paşanın şəxsiyyətinin təhqir olunması, əslində müasir dünyada bütün humanizm prinsiplərinə qarşı bir həqarətdir. Dərnək sədri qeyd edib ki, Tələt Paşanın qətlindən təxminən 100 il sonra belə bir abidənin ortaya çıxması bir daha təsdiq edir ki, dünyadakı havadarlarına güvənən ermənilər bizimlə sülh şəraitində yaşamaq niyyətindən çox uzaqdırlar. Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox azərbaycanlının öz dədə-baba yurdundan didərgin salınması bu düşmənçiliyin nümunələrindəndir. Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənə, təcavüzkar Ermənistan tərəfi Xocalı soyqırımını tanımayana qədər Ermənistanla sülh məsələsi Türkiyədə mövzu ola bilməz.

Fuad Hüseynzadə

Palitra.-2019.-27 sentyabr.-S.11.