Made in Azerbaijanbrendi Rusiyada getdikcə daha çox tanınmağa və sevilməyə başlayır”

Mariya Suvorovskaya: “ Bu brend rusların düşüncəsində yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsuldur”

Xəbər verildiyi kimi, hazırda Moskva Beynəlxalq Qida Sərgisi (World Food Moscow) keçirilir. Sərgidə Azərbaycanın qida məhsulları da nümayiş olunur. Sərgidə iştirakın əsas məqsədi yerli istehsal olan qida məhsullarının tanıdılması və yeni beynəlxalq əməkdaşlıqların yaradılmasıdır. Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, ekspert Mariya SuvorovskayaPalitraya bildirib ki, bu sərgi Azərbaycanın yeni beynəlxalq əməkdaşlıqlarının yaradılmasında əhəmiyyətli rol oynayır: “Ənənəvi olaraq keçirilən World Food-2019 sərgisi müxtəlif ölkələrin ərzaq istehsalçılarını bir araya gətirdi. Xüsusilə bu il Azərbaycanın təmsil olunduğu ekspozisiya seçilir. "Made in Azerbaijan" brendi Rusiyada getdikcə daha çox tanınmağa və sevilməyə başlayır. Mənim fikrimcə, bu brend rusların düşüncəsində yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsuldur. Bu, hər şeydən əvvəl, təzə, xoş və ahəngdar bir ləzzətin yaranmasına töhfə verən Azərbaycanın təbiətinə bağlıdır. Şərablar, meyvələr, tərəvəzlər və şirniyyatlar”.

Mariya Suvorovskaya Azərbaycanın qida məhsullarının Rusiya bazarında tanınmasında sərginin əhəmiyyətinə də diqqət çəkib: Birincisi, World Food 2019-da ən maraqlı məhsullar haqqında danışmaqdan məmnun olan çox sayda media var. İkincisi, sərgi istehsalçıların və pərakəndə satışçıların görüşdüyü bir danışıq platformasıdır. Üçüncüsü, ölkənin özünün qida istehsalçısı kimi populyarlaşmasıdır. Düşünürəm ki, bu il sərgidə təmsil olunan üç Azərbaycan şirkəti üçün bu, məhsullarının təqdim edilməsi və ümumilikdə, Rusiyaxarici bazarlarda mövqe tutması üçün əlverişli bir formatdır”.

Məlumat üçün bildirək ki, Moskva Beynəlxalq Qida Sərgisi qlobal qidaiçki sənayesinə xidmət edən böyük bir sərgidir və 1991-ci ildən keçirilir. Sərgi təşkil olunduğu ilk gündən etibarən böyük Rusiya bazarına çıxmaq istəyən beynəlxalq istehsalçıların əsas əməkdaşlıq mərkəzinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən olan qidaiçki məhsulları istehsalçıları öz məhsullarını tanıtmaq üçün bu platformada iştirak edirlər.

Fuad Hüseynzadə

Palitra.-2019.-27 sentyabr.-S.7.