Niderland radiosunda
işğal altında
qalan torpaqlarımızdan
danışılıb
Ermənistanda sülhməramlıların xidmət
etdikləri hərbi hissənin İrəvandan
çıxarılaraq, başqa
əraziyə köçürülməsi
burada xidmət edən hərbi qulluqçuların ciddi etirazlarına səbəb
olub. Yaranan vəziyyəti AZƏRTAC-a şərh edən analitik Ehtiram Aşırlı bildirib ki, Ermənistanda hökumətin dəyişməsinə
baxmayaraq, ölkədə
heç bir sahədə islahatlar aparıla bilmir. Əksinə,
bütün sahələrdə
tənəzzül get-gedə
daha da dərinləşir.
Xüsusilə ordunun vəziyyəti
gündən-günə acınacaqlı
hal alır. Ermənistan mətbuatında
bu yaxınlarda yer alan
məqalədə bildirilir
ki, yaxın vaxtlaradək Ermənistan silahlı qüvvələrinin
İrəvandakı hərbi
hissələrinin birində
qeyri-sağlam və gərgin atmosfer yaranıb. Müqavilə əsasında xidmət
edən hərbi qulluqçulardan ibarət
hərbi birləşmədə
400-dən çox hərbçi
xidmətdən kənarlaşdırılıb
və ya belə bir tələblə
komandirə müraciət
edib. Sülhməramlı birləşmə ötən ilin avqustundan etibarən İrəvandan çıxarılaraq
yaxınlıqdakı yaşayış
məntəqələrinin birində yerləşdirilib.
Məlumdur ki, bu hərbi hissədə xidmət edən hərbi qulluqçular, əsasən, Ararat, Araqoçodni
və Armavir vilayətlərinin sakinləridirlər.
Müdafiə Nazirliyinin hərbi
hissənin yerinin dəyişdirilməsi barədə
qərarı hərbçilər
arasında ciddi narazılığa səbəb
olub.
Hərbi hissənin uzaq ərazidə yerləşdirilməsi
oraya xidmətə gedən hərbçilərin
xərclərinin artması
ilə nəticələnib. Çünki hərbi hissənin köçürüldüyü əraziyə getmək üçün hərbçilər
yalnız taksi və ya şəxsi
maşından istifadə
etmək məcburiyyətində
qalırlar. Xidmətdən ayrılmazdan əvvəl hərbi qulluqçular məsələ ilə bağlı hərbi hissənin yeni komandiri, polkovnik Artak Tonoyana da müraciət ediblər. O isə bildirib ki, bu,
onun problemi deyil. “Köhnə
qulluqçuları vəzifədən
çıxararaq, yeniləri
ilə əvəz edəcəyəm və onlarla istədiyim kimi xidmət aparacağam. İndi kimin
maşını yoxdur
işə gəlməyəcək”,
- deyə A.Tonoyan hərbçilərə belə
cavab verib.
Əslində, hərbi hissənin yerinin dəyişdirilməsi
komandir A.Tonoyanın qərarı deyil. Buna baxmayaraq, A.Tonoyan məsələnin həlli
üçün Müdafiə
Nazirliyi ilə danışıqlar aparmağa
da çalışmır.
“Hökumət nə qədər ailənin ac qalacağı
ilə maraqlanmır.
Evə gedəcəyik və niyə çörək
ala bilməyəcəyimizi uşaqlarımıza söyləyəcəyik.
Bu sualın cavabını
nazir və Baş nazir bilir”, - deyə hərbçilərdən biri
bildirib.
Sülhməramlı qüvvələrin İrəvandan
çıxarılması barədə
söz-söhbətlər illərdir
gəzir. Lakin bu məsələ
çevriliş baş
verəndən və müdafiə naziri dəyişdikdən sonra reallaşdı. Daha bir maraqlı fakt ondan ibarətdir ki, bu hərbi
hissədə xidmət
edən hərbçilər
“məxməri inqilab”
zamanı xalqla əlbir hərəkət
edirdi. Məhz hərbi qulluqçuların
dəstəyi Sarkisyan
hakimiyyətinin devrilməsində
mühüm rol oynadı. Köhnə iqtidar - Ermənistanın
Respublikaçı Partiyası
öz tərəfindən
sülhməramlı qüvvələri
siyasi proseslərə
cəlb etməyə cəhd göstərdi.
Fövqəladə vəziyyət elan
edildikdən sonra sülhməramlı qüvvələri
aksiya iştirakçılarına
qarşı istifadə
etmək məqsədilə
polis bir neçə dəfə hərbi hissədə olub. Lakin hərbi hissənin şəxsi heyəti polisə qarşı çıxaraq
çevriliş tərəfdarlarına
dəstək verdi.
Yeri gəlmişkən,
Ukraynanın nüfuzlu
telekanallarından biri
olan “5 kanal”da Azərbaycanın bu ölkədəki səfiri
Azər Xudiyevin müsahibəsi yayımlanıb. AZƏRTAC xəbər
verir ki, diplomat müsahibəsində “Bakı
Prosesi”nin əhəmiyyətindən, Azərbaycanın
iqtisadi inkişafından,
turizm və hərbi sənaye sahələrində əldə
etdiyimiz nəticələrdən
bəhs edib.
Diplomat müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
geniş yer ayırıb. O deyib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan münaqişə
ilə bağlı bəyanatlarında diqqətli
olmalıdır. Ermənistanın
indiki hakimiyyətinin mövqeyi bölgədə
münaqişənin yenidən
alovlanmasına səbəb
ola bilər.
Qeyri-konstruktiv mövqe nümayiş
etdirən Ermənistan
işğalçılıq siyasətini davam etdirir. Təəssüf ki, münaqişənin
həlli ilə məşğul olan
ATƏT-in Minsk qrupunun fəaliyyəti
nəticəsiz qalır.
Azərbaycan-Ukrayna əməkdaşlığına toxunan səfir qeyd edib ki,
ölkələrimiz arasında
ən yüksək səviyyədə intensiv
siyasi dialoq və fəal diplomatik əməkdaşlıq
mövcuddur.
Müsahibədə yola saldığımız
ildə və yaxın perspektivdə iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin
inkişafı məsələlərindən
də bəhs olunub.
Diaspor jurnalisti Niderland radiosunda
Bu günlərdə Niderlandda
yaşayan həmyerlimiz,
orda fəaliyyət göstərən ”Connect”(Konnekt)
təşkilatının sədri,
Niderland Jurnalistlər
Birliyinin üzvü Vüqar Abbasov yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu
“Te Gast Bij….ROSD” proqramında canlı yayımda qonaq olub. Proqram bir
saat çəkib və proqram boyunca altı Azərbaycan musiqisi - “Küçələrə su
səpmişəm,” Ü. Hacıbəyovun
“Arazbarı”sı, Röyanın
ifasında bir mahnı, Maestro Ceyhunun ifası, Ənvər Sadıqovun ifası və “Sarı gəlin” mahnıları səsləndirilib. Bu barədə məlumatı
diaspor üzrə araşdırmaçı jurnalist
Elnur Eltürk verib. Onun sözlərinə görə
proqram boyunca 1918-ci ildə qurulmuş ADR-dən, Sovet ordusunun 1920-ci ildə Azərbaycanı işğal
etməsindən, 1988-ci il
meydan hərəkatından,
1990-cı il 20 Yanvar hadisələrindən, torpaqlarımızın
20%-nin işğalda olmasından, ölkəmizdəki
dini azadlıqlardan, turizm imkanlarımızdan,
milli mətbəximizdən
və s-dən söhbət açılıb.
Proqram boyunca Azərbaycandakı
Alban kilsələri, İçərişəhər
və digər yerlər də söhbət mövzusu olub. Eyni zamanda Azərbaycanın
gözəl və füsunkar təbiətindən
söz açan Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə
dəvət edib.
Rəhbərlik etdiyi təşkilatın, “Konnekt”in
gələcək planlarından
danışan soydaşımız,
əvvəllər olduğu
kimi, yerli
iş adamları ilə söhbətlərinə
davam edəcəklərini,
sponsor tapacağı halda,
həmçinin Azərbaycanda
da Niderland mədəniyyət gecəsi
təşkil etməyi
düşündüklərini deyib. Qeyd etdiyimiz kimi,
proqram bir saat davam edib
və sonda Cənubi azərbaycanlı
soydaşımız Parisa
Arslaninin ifasında “Sarı gəlin” mahnısı ilə proqram yekunlaşıb.
Vüqar
Abbasovun dediyinə görə, özü bilərəkdən bu mahnını məhz cənublu soydaşımızın
ifasında seçib təqdim edib ki, bu da
ona Azərbaycanın
1828-ci ildə ikiyə
bölünməsi və
hazırda Azərbaycanın
böyük bir hissəsinin İran ərazisində olmasına
deməyə şərait
yaradıb.
“Wikipedia.org”da Şuşa
şəhəri haqqında
özbək dilində
xüsusi bölmə
istifadəyə verilib
“Wikipedia.org”
Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın
Şuşa şəhəri haqqında
özbək dilində
xüsusi bölmə
istifadəyə verilib.
AZƏRTAC
xəbər verir ki, bölmədə Şuşa şəhərinin
tarixi, qədim abidələri, şəhərin
tanınmış şəxsiyyətləri,
o cümlədən xanəndələri
haqqında məlumat verilir. Qeyd olunur
ki, Şuşa
işğal olunana qədər bu şəhərdə 170 nadir memarlıq
abidəsi, 160 qədim
tikili olub. Bu abidələrin əksəriyyəti ermənilər
tərəfindən məhv
edilib.
Bildirilir
ki, Şuşa
şəhəri 1992-ci il
mayın 7-dən 8-nə keçən
gecə ermənilər
tərəfdən işğal
olunub. Bu gün
öz torpaqlarından
didərgin düşən
şuşalılar Azərbaycanın
müxtəlif rayonlarında
məskunlaşıblar.
Qeyd edək ki, layihə
Daşkənddəki Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin informasiya
təminatı ilə
həyata keçirilir.
“Azərbaycan ədəbiyyatında
erməni xisləti” kitabı Tehranda çap olunub
Filologiya
üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni
xisləti” kitabı Tehranda "Xüdafərin"
jurnalının baş
redaktoru Hüseyn Soytürkün rəhbərliyi
altında fars
əlifbası ilə
çap olunub.
Kitabın elmi redaktoru siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, rəyçiləri
isə filologiya üzrə fəlsəfə
doktoru Ağasən Bədəlzadə və tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı
laureatı Nazim Mustafadır.
Müəllif Mirzə Fətəli
Axundzadənin, Cəlil
Məmmədquluzadənin, Nəriman
Nərimanovun, Cəfər
Cabbarlının, Üzeyir
Hacıbəylinin, Yusif
Vəzir Çəmənzəminlinin
yaradıcılığı əsasında ermənilərin
qorxaqlığı, ikiüzlülüyü,
azərbaycanlıları əsas
hədəf kimi götürmələri, milli
ədavətin qızışdırıcısı
və iştirakçısı
olmaları kimi məsələləri şərh
və təhlil edib.
Bundan başqa,
nəşrdə erməni-müsəlman
münasibəti, ermənilərin
qonşu xalqlara xəyanəti, hazırda yaşadıqları əraziyə
gəlmələri, həmişə
“xristianlıq mərhəməti”ndən
öz mənfəətləri
naminə istifadə etmələri bədii mətnlərə istinadla
oxuculara təqdim olunub.
Fuad Hüseynzadə
Palitra 2019.- 8 yanvar.- S.11.