AMEA-da növbəti seminar 20 Yanvar
faciəsinə həsr
olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət
Heyəti aparatının
ikinci xüsusi şöbəsində növbəti
seminar-məşğələ keçirilib.
AMEA-dan bildiriblər
ki, akademiyanın elmi müəssisə və təşkilatlarının
Mülki Müdafiə
(MM) qərargah rəislərinin
iştirak etdikləri
tədbir 20 Yanvar faciəsinə həsr olunub.
Seminarı şöbənin rəisi
Eldar Quliyev açaraq 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə
ermənipərəst qüvvələrin
və onların
SSRİ rəhbərliyindəki havadarlarının məkrli
planı nəticəsində
Bakıya ordu və xüsusi təyinatlı dəstələrin
yeridildiyini, dinc əhaliyə qarşı
divan tutulduğunu söyləyib.
Diqqətə çatdırıb ki, həmin gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub, nəticədə qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri
öldürülüblər.
Qanlı
hadisəyə ilk olaraq
öz siyasi münasibətini ümummilli
lider Heydər Əliyevin bildirdiyini deyən E.Quliyev Ulu Öndərin
1990-cı il yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində keçirilən
yığıncaqda faciəni
törədən şəxsləri
kəskin şəkildə
tənqid etdiyini vurğulayıb. O, əvvəlcədən
planlaşdırılmış 20 Yanvar qətliamının
Azərbaycan xalqının
demokratiya və milli azadlıq uğrunda mübarizəsini
boğmaq məqsədi
daşıdığını, lakin bu planın
baş tutmadığını
söyləyib.
Sonra iclasda 2018-ci ildə AMEA-nın elmi müəssisə
və təşkilatlarında
mülki müdafiə
və səfərbərlik
hazırlığının (hərbi uçotun, səfərbərlik zamanı
və müharibə dövrü üçün
bron edilmiş hərbi vəzifəlilərin
sayı haqqında illik hesabatın hazırlanması) yekunları
və 2019-cu il
üçün təşkilati
göstərişlər barədə
akademiya prezidentinin müvafiq sərəncamları
barədə müzakirələr
aparılıb.
Şöbənin baş mütəxəssisi
Natiq Mehdiyev hesabatların son vəziyyətinə
dair tədbir iştirakçılarını məlumatlandırıb. Baş mütəxəssis Oqtay Fərzəliyev 2019-cu il üçün elmi müəssisə və təşkilatlar tərəfindən tərtib
olunacaq mülki müdafiə tədbirlər
planı barədə
məlumat verib.
Palitra.- 2019.- 10 yanvar.- S. 3.