“Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmiz qətiyyətli və prinsipial mövqeyini davam etdirir

 

Sahibə Qafarova: “Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır”

 

Xəbər verildiyi kimi, ötən ay Milanda keçirilmiş ATƏT XİN Şurasının iclası zamanı tərəflər arasında 2019-cu ilin əvvəlində görüşün keçirilməsi barədə razılığın əldə olunduğu bildirilmişdi. Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin mümkün görüşünü şərh edib. XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Trend”ə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında əldə edilmiş razılığa əsasən növbəti görüşün tarixiyeri barədə məlumat, zamanı gəldikdə açıqlanacaq.

Yeri gəlmişkən, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova AZƏRTAC-a açıqlamasında deyib ki, dövlətimizin başçısı İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlarımıza söykənən daxilixarici siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənib, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqları təmin edilib, vətəndaşların rifah halının yüksəlməsinə nail olunub. Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizin regiondadünyada tərəfdaşlarının sayını xeyli artırıb. Dövlətimizin başçısının yüksək diplomatik istedadı sayəsində 2018-ci ildə də ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirib. Sahibə Qafarova əlavə edib ki, Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşırlar.

Ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin qətiyyətli və prinsipial mövqeyini davam etdirdiyini xatırladan Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycanın bu məsələdə mövqeyi beynəlxalq hüququn tələblərinə söykənir: "Bu münaqişənin yalnız bir həll yolu var. İşğal olunmuş torpaqlarımız azad edilməli, işğal faktı aradan qaldırılmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir daha vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır".

Bu aradaAzadinforma politoloq Qabil Hüseynli 2019-cu ildə regionda baş verəcək geosiyasi vəziyyəti şərh edib: “2019-cu ildə regiondakı geosiyasi vəziyyət mürəkkəbləşməkdə davam edəcək. Çünki Yaxın Şərq ölkələri, eləcə də qonşu dövlət olan İranda müəyyən hadisələrin baş verəcəyi ehtimalı böyükdür. Suriya hadisələrinin həll variantında, hələ ki, müəyyən bir nəticə əldə edilməyib. Bu səbəblə Suriyada da vəziyyət gərgin olaraq qalacaq”.

O bildirib ki, bundan başqa, əgər İran güzəştə gedib Amerika ilə nüvə silahı və ballistik raket barədə yenidən danışıqlara razılıq verməsə, məsələ pik həddinə çata bilər: “Bununla da İranda müəyyən hadisələrin olması real görünə bilər. Regionda ən mühüm hadisələrdən biri Dağlıq Qarabağ münaqişəsidir. Bu sahədə danışıqlar prosesi yenilənəcək. Ehtimal ki, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edən dövlətlərin və beynəlxalq təşkilatların siyahısı daha da genişlənəcək və ictimai rəy Azərbaycanın xeyrinə dəyişəcək. Amma burada hər şey Ermənistanın və Rusiyanın mövqeyindən asılı olacaq. Bu məsələdə Rusiya tərəddüdlü mövqe tutacaq və Ermənistan da onu yamsılamağa davam edəcək. Beləliklə, bu proseslərdə də irəliləyiş ehtimalı zəifləyəcək”. Politoloq əlavə edib ki, bu il Gürcüstan ətrafında hadisələr müəyyən bir tendensiya üzrə inkişaf edəcək: “Gürcüstanın Qərbmeyilli siyasətinin davam etdiriləcəyi realdır, amma Rusiya ilə münasibətlər gərgin olaraq qalacaq. Bir sözlə, dünyanın əksər nöqtələrində olduğu kimi, regionda da vəziyyətin sadələşməsi, müəyyən həll variantlarının reallaşması, hələ ki, perspektivdə görünmür”.

 

“Ermənistan Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələr içində autsayderlər sırasındadır”

 

Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Aİ-nin Ermənistana münasibəti ənənəvi olaraq istidirartan xətlə inkişafdadır. O bildirib ki, Brüsseldə Ermənistan xarici işlər naziri Aİ təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı F.Moqerini ilə görüşüb, parlament seçkilərini müzakirə edib: “Ehtimal ki, Ermənistandakı parlament seçkilərinə müsbət qiymətin verilməsi həmin vaxt müzakirə olunub. Aİ-nin Ermənistandakı səfiri P.Svitalski Ermənistanda keçirilmiş seçkilərə çox yüksək qiymət verdi. Bir il öncə Ermənistanda keçirilən seçkiyə də P.Svitalski üstün qiymət vermişdi. Aİ-nin Ermənistana münasibətinin kökündə bu ölkəyə təyin etdiyi səfirlərin korrupsiya əməlləri üstünlük təşkil edir. Aİ Ermənistanın şimal regionlarının inkişafı üçün 40 milyon avro vəsait ayırmaq niyyətindədir. Bunlar, əsasən, Azərbaycan və Gürcüstanla həmsərhəd regionlardır. Aİ çoxdandır Ermənistanın Azərbaycanla həmsərhəd regionlarında proqramlar reallaşdırmaqla əhalinin yaşayış yerini tərk etməməsində özünün rolunu oynamaq istəyir”.

Politoloq əlavə edib ki, Aİ 2018-2020-ci illərin proqramı üçün Ermənistana nəzərdə tutduğu 176 min avrodan qarşıdan gələn 2019-cu il üçün 36 milyon avro vəsait ayırdı: Pul investisiya mühitinin yaxşılaşmasına, kiçikorta sahibkarlığın möhkəmləndirilməsinə xərclənəcək. 36 milyon dollardan 5 milyonu 2018-ci ilin sonunadək ayrıldı. Bundan əlavə, Aİ 60 milyon avro qrant ayırdı. Məqsəd Ermənistanda innovasiya texnologiyalarını inkişaf etdirməkdir. Bu barədə Yerevanda keçirdiyi mətbuat konfransında Aİ-nin Ermənistanla əməkdaşlıq üzrə şöbəsinin başçısı Qonzale Serano məlumat verdi. Aİ-nin Ermənistandakı səfiri P.Svitalski də Ermənistan hökumətinin reallaşdırdığı Gümrüdə texnoloji mərkəzin yaradılması layihəsinə dəstək verdi. Aİ səfirinin fikrincə, Ermənistan üçün yüksək texnologiya sahəsində digər dövlətlərlə rəqabət aparmaq çətin olsa da, o bundan çəkinməməlidir. Səfirin fikrincə, kiçikorta biznesin ÜDM-də payına görə Ermənistan Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələr içində autsayderlər sırasındadır və Aİ-nin köməkliyi ilə bu düzələcək. Ermənistan istehsalı toxuculuq və dəri məhsullarının 40%-i Aİ-yə ixrac olunur”.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2019.- 10 yanvar.- S. 11.