“2019-cu ilin Nəsimi ili” elan edilməsi Azərbaycan
mədəniyyətinin təbliğinə çox
böyük töhfədir
Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Bu fikirləri AZƏRTAC-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva bildirib.
O qeyd edib ki, İmadəddin Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyevin tərəfindən atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub.
“Əlbəttə, bu
yeganə hal deyildir. Görkəmli dövlət
xadimi N.Nərimanovun, dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin,
S.Vurğunun, C.Cabbarlının,
M.S.Ordubadinin, Aşıq
Ələsgərin yubileyləri
məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə keçirilib, bəzilərinin ev-muzeyləri
yaradılıb. Hazırda həmin
ev-muzeylərində Azərbaycan
xalqının bu dahi şəxsiyyətlərinin
zəngin irsi və yaradıcılığı
geniş tədqiq və təbliğ edilir. Prezident İlham Əliyevin
2019-cu il 11 yanvar tarixində imzaladığı
Sərəncam Ulu Öndərin bu istiqamətdə gördüyü
dəyərli işlərin
uğurlu davamıdır”,
- deyə A.Məşədiyeva
bildirib.
İnstitutun elmi katibi deyib ki, Azərbaycan poetik dilinin
inkişafına böyük təsiri olan, hürufiliyin
aparıcı simalarından biri, əvəzsiz
şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü,
tolerantlığı və multikulturalizmi
təbliğ edib. İmadəddin Nəsiminin
bədii yaradıcılığının Azərbaycan
dilinin tarixi
inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində
müstəsna rolu var.
Mütəfəkkir şair qüdrətli
söz ustaları Şah
İsmayıl Xətai, Füzuli, Vaqif və başqalarının
yaradıcılığına böyük
təsir göstərib. Prezident İlham Əliyevin 2019-cu ilin
“Nəsimi ili” elan
edilməsi barədə tarixi Sərəncamının
əhəmiyyəti bir də ondan ibarətdir ki, orada dahi şairin
yaradıcılığının bütün
üfüqlərinə işıq salınıb.
Palitra.-2019.-15 yanvar.-S.13.