“Naxçıvan qız məktəbində
şəriət, rus dili,
hesab, tarix, coğrafiya, tə¬biətşünaslıq və
ana dili fənləri
öyrədilirdi”
(əvvəli
ötən saylarımızda)
Qulam Məmmədlinin Azərbaycan teatr mədəniyyətinə aid bu məşhur salnaməsində maraq doğuran faktlardan biri də Naxçıvan qız məktəbinin şagirdləri tərəfindən müstəqil olaraq tamaşa hazırlanmasıdır. 1 fevral 1912-ci ildə şəhərin qız məktəbinin binasında Xanım Hacıbəyovanın nəzarəti altında müsəlman xanımları üçün məktəbli qızlar tərəfindən Zülfüqar Hacıbəyovun ruscadan tərcümə etdiyi “Qırmızı ağcaqayın” əsəri oynanılmış, əldə olunan vəsait yoxsul uşaqlarının məktəb ləvazimatı və geyimlə təmin olun¬ma¬sı üçün ianə edilmişdir .
Bütün bu faktlar göstərir ki, Naxçıvan rus-Azərbaycan qız məktəbi 1912-ci ildən əvvəl fəaliyyət göstərmişdir. Bu faktlar Naxçıvan Dövlət Tarix Arxivinin sənədləri əsasında da təsdiqini tapır.
Araşdırdığımız arxiv sənədləri təsdiq edir ki, şəhərin teatr həvəskarları da qız məktəbinin xeyrinə tamaşalar göstərmişlər. Naxçıvan ikisinifli rus-Azərbaycan qız məktəbinin popeçiteli Antonina Vladimirovna Sorokina və müdiri V.P.Yarmaxova tərəfindən İrəvan quberniya Xalq Məktəblərinin ikinci rayon üzrə inspektoruna 22 fevral 1910-cu il tarixli hesabatında göstərir ki, 6 fevral 1910-cu ildə həvəskarlar tərəfindən rus-tatar (Azərbaycan) ikisinifli qız məktəbinin nəfinə tamaşa göstərilmişdir.
Satılmış biletlərin məbləği 175 rubl, 10 qəpik, proqramın məbləği 21 rubl, 83 qəpik olmuşdur.
Cəmi 196 rubl, 93 qəpik toplanmışdır.
Bu məbləğdən xərclənmişdir:
1) Markalara - 10 rubl, 41 qəpik;
2) Tamaşanın quruluşuna aid xərclər - 35 rubl, 75 qəpik.
Cəmi: 46 rubl, 16 qəpik.
Təmiz gəlir kimi toplanmış pulun 150 rubl, 77 qəpiyi rus-tatar (Azər¬baycan) ikisinifli qız məktəbinin adına Naxçıvan şəhər Əmanət kassasında 5697 saylı kitabçaya köçürülmüşdür .
Göründüyü kimi, bu faktlar Naxçıvan rus-Azərbaycan qız məktəbinin yaranma tarixi haqqında yuxarıda söylənilən fikirləri təkzib edir. Təkcə bu tarixi faktlar sübut edir ki, regionun təhsil tarixinin şərəfli səhifələrindən olan qız məktəbi haqqında həqiqətə uyğun olmayan fikir və mülahizələrin aradan qaldırılması istiqamətində əməli işlər görülsün.
Ümumiyyətlə, XIX əsr və XX əsrin əvvəllərində ədəbi, tarixi, həmçinin pedaqoji tədqiqatlarda bu tədris müəssisəsinin yaranma tarixi haqqında həqiqətə uyğun olmayan fikirlər geniş yayılmışdır. Buna səbəb, yuxarıda qeyd etdiyimiz kimi, ilk mənbələrə və ciddi elmi tədqiqatlara əsaslanmanın olmaması, səthi, populist mövqelərdən çıxış etmə, təsadüfi, heç bir elmi əhəmiyyəti olmayan kitabların və onların müəllifinin problemə “münasibətlərini ifadə etmə səyləridir”. Xüsusilə son illər senzuranın, digər qadağaların olmaması üzündən kitab nəşri mədəniyyəti sahəsində aşınmala, arzu olunmaz meyillər yaranmışdır. Peşəkarlıq, yaradıcılıq imkanları məhdud olan kitab müəllifləri bölgənin, doğulduğu və yaşadığı kəndin tarixinə, mədəniyyətinə aid mənbələrə layiqincə bələd olmadığından layiqli kitablar da ortaya qoya bilmir. Belə bir narahatlıq doğuran vəziyyətə dözülməzlik göstərmək, bu cür yarıtmaz işlərin aradan qaldırılması yolları haqqında düşünməyin vaxtı çatmışdır.
Arxiv sənədləri və dövrü
nəşrlərdəki statistik məlumatlar
Naxçıvan rustatar qız məktəbinin
yaranma tarixi
haqqında həqiqətin müəyyənləşməsinə,
obrazlı desək, qiymətli daşqaşın üzərini
örtmüş pərdənin
götürülməsinə imkan
yaradır. İlk dəfə bizim tərəfimizdən
araşdırılıb üzə çıxarılmış
arxiv sənədləri Naxçıvan rustatar qız məktəbinin 1908–1912-ci illər
arasında təsis olunduğu haqqında
tədqiqatlarda formalaşmış fikirlərin qeyri-dəqiq olduğunu təsdiq edir. Bu tədris müəssisəsinin bəhs olunan əsrin ilk illərində
yaradıldığı haq-qında fikirlərin isə həqiqətə
daha yaxın olduğu
aşkar olur. Naxçıvan Muxtar
Respublikasının Mərkəzi Dövlət Arxivində bu tədris müəssisəsinə aid bir qovluqda
saxlanılan sənədlər fikrimizi təsdiq
edir. 17 yanvar
1904-cü ildə açılmış, 1917-ci ildə
bağlanmış “Нахичеванском женских двухклассом
училищ” adlı bu qovluq
məsələyə aydınlıq gətirmək baxımından
qiymətli tarixi sənəd sayıla bilər.
Qovluqdakı “1905-ci ildə Naxçıvan qız məktəbinin
şəxsi heyətinin siyahısı” adlı sənəddə
verilmiş bir cədvəl
diqqəti xüsusi olaraq
cəlb edir. Bu cədvəl
aşağıdakı qaydada tərtib olunmuşdur:
Məktəbin adı Qəza,vilayət,şöbə, yaxud şəhər, harada yerləşir Təsis olunduğu il
Kişi cinsi
Qadın cinsi Cəmi Ötən il ərzində məktəbin məxaricləri
Naxçıvan ikisinifli qız məktəbi Naxçıvan, İrəvan quberniyası 1904 - 61 61 1989
Cədvəldə ifadə olunan “Təsis olunduğu il - 1904” rəqəmi, təbii ki, təkzibolunmaz fakt hesab olunmalıdır. Görkəmli maarifçi, ictimai xadim Əhməd bəy Ağayevin Naxçıvan “qız məktəbinin layihəsi əllərdə gəzir” fikrinə ən yaxın olan həqiqət də məhz bu göstərilən tarixə daha çox uyğun gəlir.
Qeyd edək ki, bu arxiv sənədində məktəbin pedaqoji heyəti haq¬qın¬da da məlumat verilmişdir. Sənəddən aydın olur ki, məktəbin pedaqoji he¬yə¬ti aşağıda adları qeyd olunan şəxslərdən ibarət olmuşdur:
1. Məktəbin müdiri Mariya Fiyodorovna Vlasova. Ev təhsili almış¬dır. Prixod (məhəllə) və ibtidai məktəb müəllim rütbəsini qazanmışdır. 1904-cü ildən bu vəzifədə çalışır, 423 rubl əməkhaqqı alır.
2. Mariya Nikolayevna Sumik, müəllim, Yekaterinodar şəhər qız gimnaziyasını bitirmişdir. Müəllimlik rütbəsi yoxdur. 1905-ci ildən bu və¬zi¬fə¬də çalışır. 352 rubl əməkhaqqı alır.
3. Alaniya Mixayloviç Ksenadoxova, Provaslov etiqadı üzrə müəl¬lim, Tiflis Ruhani seminariyasını bitirmişdir. 1904-cü ildən bu vəzifədə iş¬lə¬yir.
4. Molla Sadıx Əliyev, Şəriət və Azərbaycan dili müəllimi, 1904-cü ildən bu vəzifədə işləyir. 150 rubl əməkhaqqı alır .
Göründüyü kimi, məktəbin pedaqoji heyətinin üzvlərindən M.F.Vla¬sova, A.M.Ksenadoxova, M.S.Əliyevin təhsil müəssisəsində 1904-cü ildən işlədiyi haqqında verilən məlumat da məktəbin məhz 1904-cü ildən fəaliyyət göstərdiyini təsdiq edə bilən arqument sayıla bilər.
Arxiv sənədləri ilə tanışlıq əsasında məktəbdə təhsilin məzmunu, yəni hansı fənlərin tədris olunduğu məsələsinə də aydınlıq gətirmək mümkündür. İrəvan quberniya xalq məktəbləri direktoruna Naxçıvan və İrəvan ikisinifli rus-Azərbaycan qız məktəblərinin tədris və maliyyə işlərinə aid hesabatda göstərilir ki, hər iki məktəbdə şəriət, rus dili, hesab, tarix, coğrafiya, təbiətşünaslıq və ana dili fənləri öyrədilir. Bu fənlər ikisinifli məktəblərin 31 may 1869-cu ildə təsdiq olunmuş proqramı üzrə aparılır. Digər maraq doğuran cəhət isə ondan ibarətdir ki, hər iki tədris müəssisəsində (İrəvan və Naxçıvan rus-Azərbaycan qız məktəblərində) yuxarıda göstərilən tədris fənlərindən başqa, şagirdlərin əl işlərinə (tikmə, toxuma və s.) də xüsusi diqqət yetirilirdi. Bu tədris müəssisələrində şagirdlərin əl işlərinə ayrıca, ştatda olan pedaqoji rəhbərlik həyata keçirilirdi.
(ardı var)
Vahid Rzayev
Pedaqogika üzrə
fəlsəfə doktoru
Palitra 2019.- 16 yanvar.- S.10.