“Bakının Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasına hazır olması barədə bəyanatına Ermənistanın qarşılıq verəcəyinə ümid edirik

Xəbər verildiyi kimi, ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı Zöhrab Mnatsakanyan arasında görüş olub. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Görüş Fransanın paytaxtı Parisdə keçirilib.

Siyasi-şərhçi Arzu Nağıyev SİA-ya açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən görüşdən münaqişənin həlli ilə bağlı hər hansı irəliləyiş gözlənilməsə də, bu görüş yeni hakimiyyətin münaqişənin həlli ilə bağlı planlarını dəqiqləşdirmək üçün bir platformadır. Siyasi-şərhçi söyləyib ki, məhz bu görüşdən münaqişənin həlli istiqamətində müəyyən proqnozlar vermək mümkündür. Diqqəti Ermənistanda gedən proseslərə yönəldən A.Nağıyev vurğulayıb ki, düşmən ölkədə vəzifə bölgüsündə problemlər olmasına baxmayaraq, faktiki olaraq artıq Paşinyan hökumətə rəhbərlik edəcək: “Artıq Ermənistanda yeni hakimiyyətin istər KTMT, istərsə də iqtisadi problemlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cavabdehliyi artdı və öz vətəndaşını qışdan çıxarmaqla yanaşı, həm də bu problemlərin həlli proqramı ortaya qoyulmalıdır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 2019-cu il münaqişənin həllində bir dönüş ili ola bilər”.

“Ermənistan indiyədək danışıqlar prosesində konstruktiv mövqe tutmayıb”

Politoloq Qabil Hüseynli isə arzu edib ki, bu görüşlər məhsuldar olsunkonstruktiv danışıqlar yönümü alsın. “İstəməzdik ki, bu görüşlər vaxt keçirməyə və vaxt qazanmağa hesablansın”, deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, Ermənistan indiyədək danışıqlar prosesində konstruktiv mövqe tutmayıb və danışıqları pozan, gündəliyə gətirilən məsələləri sabotaj edən bir tərəf kimi tanınıb: “Ermənistanın yeni hökumətinin yeni XİN rəhbəri Zöhrab Mnatsakanyan da, hələ ki, konstruktivliyi ilə nəzərə çarpmır. O da əvvəlki dövrlərin XİN rəhbərləri kimi danışıqlar prosesinin intensivləşdirilməsinə töhfə vermək istəmir. Doğrudur, bu təkcə XİN rəhbərindən asılı deyil, həm də Ermənistan siyasi rəhbərliyinin mövqeyindən asılıdır. Paşinyan artıq baş nazir vəzifəsinə seçilib və mövqeləri möhkəmlənib. Düşünürəm ki, o indi Dağlıq Qarabağ probleminin həllinə daha çox vaxt ayırmalıdır. Hətta onların qəyyumları da danışıqların müsbət reysə yönləndirilməsi üçün səy göstərməlidirlər. Azərbaycan tərəfi məsələnin danışıqlar, sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə özündən asılı olan bütün addımları atır.

Güman edirəm ki, Parisdə XİN rəhbərlərinin görüşündə indiyə qədərki səmərəsiz görüşlərdən fərqli olaraq, səmərəli görüşlər olacaq. Onlar elə bir mövqe ortaya qoyacaqlar ki, hazırladıqları mövqe hər iki ölkənin rəhbərliyinin görüşməsinə imkan verəcək”.

Politoloq İlqar Vəlizadə də “Azadinforma açıqlamasında bildirib ki, bu görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişin əldə olunmasından söhbət gedə bilməz: “Çünki danışıqlar prosesinin indiki mərhələdə gündəliyi çox çiy görünür”.

O bildirib ki, tərəflər hələ gündəliklə bağlı konkret razılığa gəlməyiblər: “Belə olan halda, danışıqlar prosesinin məhsuldarlığından, yaxud real nəticələrindən danışmaq olmaz. Bu görüş zamanı keçirilən son görüşlərdə səsləndirilən təkliflərin konkretləşdirilməsi gözlənilir. Həm Azərbaycan, həm də Ermənistan tərəfi müəyyən təkliflər irəli sürüblər. Bu təkliflər, prosesi indiki donmuş mərhələdən çıxartmalıdır”.

“Paşinyanın Dağlıq Qarabağla bağlı konstruktiv mövqeyə gəlməkdən başqa, çıxış yolu yoxdur

Yeri gəlmişkən, SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib ki, Azərbaycanın 2018-ci ildə beynəlxalq siyasətdə əldə etdiyi nailiyyətlər, Prezident İlham Əliyevin 2019-cu ilin münaqişənin həlli istiqamətində dönüş ili olması ilə bağlı səsləndirdiyi fikirlər cari ildə bu istiqamətdə mühüm irəliləyişlərin olacağından xəbər verir. Politoloq söyləyib ki, 2018-ci ildə Azərbaycanın Dağlıq Qarabağla bağlı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm uğurlar əldə edilib ki, bunun özüproblemin həllində əhəmiyyətli amil hesab olunmalıdır: “Məsələnin həllinə nail olmaq üçün, ilk növbədə onu tanıtmaq mütləqdir. Artıq bütün dünya Azərbaycanı müstəqil siyasət yürüdən, güclü orduiqtisadiyyata malik olan ölkə kimi tanıyır. Artıq beynəlxalq ictimaiyyət münaqişənin həllinin uzanmasında əsl günahkarı tanıyır və onları ifşa edir. Bunun özü problemin həllində əhəmiyyət kəsb edən məsələlərdəndir”.

R.Məmmədov qeyd edib ki, düşmən ölkəyə təzyiq göstərə biləcək əsas amil Azərbaycanın möhkəmlənməsi, Rusiya və Qərbin rəyidir: “Bu üç amilin olması problemin həlli deməkdir. Paşinyanın Dağlıq Qarabağla bağlı konstruktiv mövqeyə gəlməkdən başqa, çıxış yolu yoxdur".

Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə...”

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Qarabağ münaqişəsindən də danışıb (Trend). O deyib ki, Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər.

S.Lavrov bildirib: “Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də Dağlıq Qarabağ nizamlanması ilə bağlı ATƏT Minsk qrupunun işinə verdiyimiz töhfə ilə əlaqədar onlar yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. Fikrimcə, bu istiqamətdə də artıq köhnəlmiş xüsusiyyətləri alan, amma Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə və həmsədrlər qismində beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcək münaqişənin nizamlanmasına kömək göstərə biləcəyik. Fikirləşirəm ki, həll yollarının axtarışına hazırlıqla bağlı səslənmiş bəyanatlar, o cümlədən Bakıdan verilmiş bəyanatlar hər cür dəstəyə layiqdirümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək”.

 

Nikol Paşinyanİlham Əliyevin Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur

Erməni millət vəkili Ruben Rubinyan da parlamentdə çıxışı zamanı rəsmi İrəvanının Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışıb: “Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları yalnız Ermənistanın mövqeyindən çıxış edərək aparacaqbu prinsipə sadiqdir. Daha əvvəl VyanaSankt-Peterburqda əldə olunan razılaşmalar Ermənistan tərəfinin gündəmində qalmaqdadır. Nikol Paşinyanİlham Əliyevin Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur. Məsələ ondan ibarət idi ki, təmas xəttində tərəflər arasında silahlı toqquşmalar aradan qaldırılsın və bu ünsiyyət nəticəsində Yerevanla Bakı arasında xüsusi əlaqə yarandı. Bu, hazırkı mərhələdə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına imkan verdi”.

Bununla belə, deputat ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun N.Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistanın danışıqlarda ciddi güzəştlərə getməli olduğu barədə açıqlamasını şərh etməkdən imtina edib.

Fuad Hüseynzadə

Palitra  2019.- 17 yanvar.- S. 11.