Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə

“SOCAR karbamidzavodunun istehsala başlaması azot gübrəsi idxalını aradan qaldıracaq, istehsalın 70 faizi ixrac ediləcək

Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Bu sahədə reallaşan tədbirlər sektorun daha da inkişafını təmin edir. Rəqabətqabliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı qarşıda duran əsas vəzifələrdəndir. Hazırda bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülməkdədir. Azərbaycanın bir çox regionlarında müasir suvarma sistemləri qurulur, texniki parklar yaradılır, təsərrüfatçılar üçün müxtəlif güzəştlər tətbiq olunur. Artıq kənd təsərrüfatı sahəsində 4,6 faiz artım qeydə alınıb. Ölkə başçısı bildirib ki, həyata keçiriləcək islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcək. Özümüzü təminetmə əmsalı artacaq, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik. Ümumilikdə qeyri-neft sektorunun inkişafı 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb.

Fermerlərin mineral gübrələrə tələbatı artıb

Qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə qaytarılması, tütünçülük, baramaçılıq, çəltikçilik, üzümçülüksair sahələrin inkişafına dair Dövlət proqramlarının icrası ilə bağlı fermerlərin mineral gübrələrə tələbatı da artıb. Torpağın münbitliyinin qorunub saxlanılması, onun tələb olunan mineral elementlərlə qidalanmasının təmin edilməsi və aqrokimyəvi qulluğun vaxtında aparılması kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının vacib amillərindəndir. Bu gün səpin və becərilmə işlərinin həyata keçirilməsi zamanı aqrar sektorun mineral gübrələrə olan tələbatının ödənilməsi və müvafiq qaydalara uyğun satışı daim diqqət mərkəzində saxlanılır. Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin 2018-ci il 2 mart tarixli Sərəncamına əsasən, satış qiymətinə tətbiq edilən güzəştin yuxarı həddinin mineral gübrələr üçün 50 faiz, pestisidlər üçün isə 5 dəfə artırılması məhsul istehsalçıları tərəfindən rəğbətlə qarşılanıb. Mövcud tələbi nəzərə alaraq ötən ilAqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 178 min ton gübrə, o cümlədən 120 min ton ammonium nitrat (azot), 20 min ton nitroammofoska, 30 min ton ammofos, 4 min ton karbamid, 2 min ton ammonium sulfat, 2 min ton kalium sulfat gübrələrinin alınması üçün müqavilələr bağlanıb və 138,9 min ton mineral gübrələrin ölkəyə gətirilməsi təmin olunub.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən biri də ölkədə gübrə istehsalına başlanmasıdır. Məhz bu sahədə dövlət səviyyəsində reallaşan tədbirlər nəticəsində bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamidzavodu istifadəyə verilib. “SOCAR karbamidzavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod daxili bazarın tələbatını tam ödəyəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək. “SOCAR karbamidzavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Zavodun açılışında çıxışı zamanı ölkə başçısı bildirib ki, bu zavod Azərbaycanda qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihədir: “Mənə verilən məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Eyni zamanda daxili tələbat da ödəniləcək. Biz bu günə qədər gübrələri xaricdən alırıq və bu məqsədlər üçün böyük həcmdə valyuta xərclənir. Amma indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq. Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik. Yəni zavodun fəaliyyətə başlaması, bax, bu əsas məqsədləri güdür”.

Dünyada gübrə istehlakı artacaq

Dünya miqyasında əkinəyararlı sahə üzrə istehlak edilən gübrə miqdarına baxıldıqda, 2002-ci ildən etibarən Türkiyədə istehlakda 4,1 faiz illik artım qeydə alınıb. Eyni dövrdə dünyada 1,8 faiz artım, Avropa bölgəsində 2 faiz azalma özünü göstərib. İstehlak edilən gübrənin istehsala nisbəti isə Türkiyədə 179 faiz, Avropa bölgəsində 80 faizAfrika bölgəsində 300 faiz ətrafındadır. Xüsusilə Afrika bazarı, gübrə tələb artımında mühüm bir bölgə olaraq diqqət çəkir. Qeyd edək ki, Beynəlxalq Gübrə Sənayesi Assosiasiyasının (IFA) məlumatına əsasən, qlobal gübrə istehlakının artan tələblə birlikdə 2018-ci ildə 200 milyon tona çatacağı proqnozlaşdırılır. Azot gübrəsi istehlakının başda Çin olmaqla 119 milyon tona çatması gözlənildiyi halda, fosfat istehlakının 47 milyon, kalium istehlakının 34 milyon tona çatacağı göstərilirdi. Xüsusilə inkişaf edən daha sağlam pəhriz qidalarına olan tələbat, adambaşına azalan əkin sahələri və su mənbələri məhsuldarlıq baxımından gübrələmənin əhəmiyyətini artırır. Dünyada ən çox istehlak edilən taxıl məhsulu olan qarğıdalının ABŞ-da istehsalını araşdırdıqda 1990 və 2014-cü illərdə

illər arasında 22 faiz əlavə gübrə istifadə olunması nəticəsində 80 faiz əlavə məhsul əldə edilib.

Nigar Abdullayeva

Palitra  2019.- 18 yanvar.- S.5.