“Beynəlxalq təşkilatlar öz maraqları naminə
münaqişələrdən istifadə ediblər”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla
Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyanın Fransa görüşü gündəmdədir. Siyasi şərhçilər bu görüşü müsbət amil kimi qiymətləndirirlər.
Belə ki, siyasi şərhçi Arzu Nağıyev
SİA -ya açıqlamasında deyib ki, bu görüşün həm
müsbət, həm də mənfi tərəfləri var.
Onun fikrincə, görüş yeni hökumətin
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı planlarını bilmək üçün əhəmiyyətli idi. Görüşün yekunu ilə
bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin
yaydığı bəyanata toxunan siyasi şərhçi bildirib ki,
hər zaman olduğu kimi, vasitəçilərin
budəfəki bəyanatları deklorativlikdən kənara
çıxmadı: “Hər iki dövlətin
vətəndaşlarını sülhə
çağırmaq, bir-birlərinə münasibəti bu istiqamətdə qurmaq kimi bəyanatlar bizi qane etmir.
Yenə də onlar kimin işğalçı
və kimin işğala məruz
qaldığını açıq şəkildə
bəyan etmirlər”.
A.Nağıyev qeyd edib ki,
artıq ATƏT-in Minsk qrupu həmsədrləri,
digər dövlətlər, ATƏT-in rəhbərliyi də
anlamalıdır ki, bu məsələlərin diplomatik şəkildə
həll olunmaması və ya uzadılması
hərb yoluna gətirib çıxara bilər. Ona görə də
görüşlərdə qarşıya qoyulmuşməqsəd
yerinə yetirilməlidir. Bu baxımdan, bütün xarici və daxili aktorlar bu məsələdə
Ermənistanı konstruktiv danışıqlara
yönəltməlidir”.
Politoloq, keçmiş diplomat Fikrət
Sadıqov da SİA -ya açıqlamasında deyib ki,
Azərbaycan və Ermənistan XİN
başçılarının son görüşü müsbət amil idi:
“Bu danışıqlar prosesində
erməni tərəfi Azərbaycanın qəti və prinsipial mövqeyini yenidən eşitdi.
Hazırda gündəlikdə münaqişənin həlli
istiqamətində konkret proqram olmalıdır. Konkret məqamlarda
Ermənistan silahlı qüvvələrinin Azərbaycanı
tərketmə məsələsi müzakirə
olunmalı, onlara müəyyən təzyiq
göstərilməlidir. Son görüşdən sonra həmsədrlər
xalqları sülhə hazırlamaqla bağlı bəyanat
yaydılar. Bu bəyanatın nəyəsə
gətirib çıxaracağını
düşünmürəm. Çünki Azərbaycan
xalqı sülhə çoxdan hazırdır.
Sülhə hazırlığı biz deyil, erməni
tərəfi etməlidir”.
“Ölkəmiz
danışıqları davam etdirməyə
hazırdır”
F.Sadıqov söyləyib ki,
Ermənistan, ilk növbədə BMT-nin 4
qətnaməsini yerinə yetirməli, beynəlxalq hüquq normalarına
əməl etməlidir: “Ümumiyyətlə, Ermənistan
hakimiyyətində orada təmsil olunanın
kimliyindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı mövqeeynidir. Ermənistanda yeni hökumət formalaşsa da,
onların xarici siyasət prioritetləri
cızılmır. Yeni hakimiyyət qonşu ölkələr,
Azərbaycanla münasibətləri, Dağlıq Qarabağla bağlı
planları haqqında heç bir fikir irəli
sürmürlər. Onlar, sadəcə olaraq, ümumi şəkildə
danışıqlarda iştirak edəcəklərini,
məsələnin sülh yolu ilə həllinin
lazımlılığını deyirlər. Amma bu bizə
yetərli deyil. Bizə konkret ifadələr və
addımlar lazımdır”.
Politoloq qeyd edib ki, Azərbaycan tərəfi diplomatik yoldan dönmək
fikrində deyil və dəfələrlə bununla bağlı mövqeyini ortaya qoyub:
“Ölkəmiz danışıqları davam etdirməyə
hazırdır. Sülhə gedən yol Azərbaycan
torpaqlarının işğaldan azad olunmasından keçir.
Həmsədr dövlətlər Ermənistanı bu yola istiqamətləndirməlidirlər. Amma,
nədənsə, onlar illərdir ki,
vasitəçilik müddətində, sadəcə,
müsbət fon yaratmağa çalışırlar. Görünür,
onların əsas vəzifələri münaqişə
tərəflərini stol arxasına
əyləşdirib, sonradan reallığa uyğunolmayan bəyanatlar
verməkdən ibarətdir”.
Dağlıq Qarabağ münaqişəsinin bu vaxta kimi həll
olunmaması da ikili standartlardan xəbər verir
Yeri gəlmişkən,
hazırda bir çox beynəlxalq
təşkilatlar Azərbaycanla münasibətdə ikili standart mövqe nümayiş etdirirlər.
Dağlıq Qarabağ münaqişəsinin bu vaxta kimi həll
olunmaması da ikili standartlardan xəbər verir.
Əslində, bir çox beynəlxalq
təşkilatlar hər zamanöz maraqları
naminə bu kimi münaqişələrdən
istifadə ediblər. Hətta, əksər hallarda özləri
belə münaqişə zonaları yaradırlar ki,
dünyanın ictimai-siyasi nizamını
əllərində saxlasınlar. Milli Məclisin
deputatı Tahir Kərimli “Azadinform”a açıqlamasında beynəlxalq
təşkilatları, xüsusən, Avropa Parlamentini, bu baxımdan,
qınayıb. O bildirib ki, Avropa Parlamenti Azərbaycanla bağlı
qətnamə qəbul etdi: “Əvvəla, Avropa Parlamentinin təxminən
750 üzvü var.
Azərbaycanla əlaqədar məsələni müzakirə
edəndə isə orada 12-15 nəfərdən
artıq adam olmayıb. O şəxslər
Azərbaycan əleyhinə danışıb, insan hüquqlarının
pozulmasını müzakirə ediblər. Onlar kimdirlər?
Hamısı Böyük Britaniyadan, Portuqaliyadan və
digər yerlərdən olan, həmçinin,
demək olar ki, hər biri Dağlıq Qarabağa səfər
edən adamlardır. Azərbaycanın dövlət suverenliyi əleyhinə,
Ermənistan tərəfindən Dağlıq Qarabağa səyahət
edirlər. Eyni zamanda Dağlıq Qarabağın
müstəqilliyini müdafiə edirlər. Bu, o Avropa Parlamentidir ki,
Ermənistana indiyə kimi 750 milyon avroya qədər
yardım edib. Ondan ötrü ki,
Ermənistan ayaqda qalsın, xristian təəssübkeşliyi olsun.
Həmin qüvvələr 40 ildir Türkiyəni Avropa İttifaqına daxil olmağa qoymurlar və
açıq şəkildə deyirlər ki, bura xristian klubudur”. Politoloq Mübariz Əhmədoğlu isə
“Azadinform”abildirib ki, Paşinyanın ilk səfərini Gürcüstana etməsi siyasi seçimdir:
“Çünki Paşinyanın
əlində alternativ variantlar var idi:
İranın bir neçə dəvəti hələ
Ermənistan tərəfindən cavabsız qalıb; Avropa ölkələrinin
birinə gedərdi; İstənilən adla Paşinyan Rusiyaya səfər
edə bilərdi; Amma Gürcüstanı seçdi”.
M.
Əhmədoğlu vurğulayıb ki, Tbilisi Ermənistanla
yalnız Azərbaycanla münasibətlərinə ziyan vurmamaq şərti
ilə əməkdaşlıq edə bilər: “Gürcüstan Azərbaycanı
inandırmalıdır ki, Ermənistan tamamilə
Gürcüstanın tabeliyindədir, heç bir destruktiv siyasət aparabilməyəcək
və yaxın vaxtlarda da Dağlıq Qarabağ problemini həll
edəcək. Ermənistanın Dağlıq Qarabağ problemini həll
edəcəyinə dair Gürcüstan təzyiq
rıçaqlarları yaradacaq. Bu halda Azərbaycan inana və
Gürcüstan-Ermənistan münasibətləri inkişaf edə
bilər.
“Erməni
cəmiyyətində Nikol Paşinyanın və
ətrafının vədləri ilə bağlı
məyusluq yaranır”
Bu arada erməni politoloq Viqen Akopyan ötən gün keçirdiyi mətbuat
konfransında Paşinyan hakimiyyətini ifşa edib:
“Erməni cəmiyyətində Nikol Paşinyanın
və ətrafının vədləri ilə bağlı
məyusluq yaranır. İndi məlum olub ki, baş nazirin komandasında
və parlamentdə bir çox şəxslər qoyulan tələblərə cavab vermirlər. Bu isə
vətəndaşlar arasında hakimiyyətdən
narazılığı artırır. Politoloq əlavə edib ki, indi zaman yeni hakimiyyətin
əleyhinə işləyir. Erməni xalqı baş nazirdən sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılmasını gözləyir
və onunhər addımını ciddi təhlil edir.
Yaranmış vəziyyətdən ciddi narahatlıq
keçirən hakimiyyət nümayəndələri,
xüsusən baş nazir müxtəlif
manevrlər edir, buraxdıqları bu və ya digər nöqsanlara bəraət
qazandırmaq istəyirlər. “Komanda üzvləri başa düşürlər ki,
“məxməri inqilabdan” sonra yaranmış rahat şərait
artıq sona çatıb. İndi cəmiyyətdə
tamamilə başqa əhvali-ruhiyyə var və bu atmosfer böyük dərəcədə
hakimiyyətin lehinə deyil”.
Vətəndaşların əsas
diqqətinin yeni parlamentə yönəldiyini vurğulayan politoloq bildirib ki,
ötən həftə hakim blok olan “Bizim addım”
fraksiyasından bir neçə gənc və
təcrübəsiz deputatlar qalmaqallı bəyanatlar
veriblər və bundan sonra ictimaiyyətdən üzr istəyiblər.“Xüsusilə bu blokun deputatı Ayk Koncoryanın
Ermənistana dost olan İranı “avtoritar dövlət”
adlandırması sosial şəbəkələrdə ciddi söz-söhbətə
səbəb olub. Hesab edirəm ki,
parlamentdə təmsil olunan gənc deputatlar bu işin incəliklərini
öyrənməlidir”, - deyə politoloq əlavə edib.
Erməni media eksperti Tiqran Koçaryan da yeni ölkə
parlamentinə yanaşmada bədbindir. Onun sözlərinə
görə, deputatların cəmi 10-15 faizi müəyyən
təcrübəyə malikdir, qalanların cəmiyyət
qarşısında xidmətləri Paşinyanın
mitinqlərində iştirak etməkdən
ibarətdir.
Fuad Hüseynzadə
Palitra.-2019.-22
yanvar.-S.11.