AzTU-da 20 Yanvar faciəsi qurbanlarının
xatirəsi yad edilib
Yanvarın 18-da Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 29-ci ildönümü
ilə əlaqədar
tədbir keçirilib. Tədbirdə əvvəlcə faciə
qurbanlarının və
Azərbaycanın müstəqilliyi,
ərazi bütövlüyü
uğrunda həlak olan qəhrəman Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzTU-nun prorektoru, professor İsa Xəlilov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır
mənəvi, psixoloji
və sosial nəticələrindən danışıb.
Prorektor bildirib ki, “1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə
dinc və günahsız insanların
Sovet qoşunları tərəfindən amansızlıqla
qətlə yetirilməsinə
baxmayaraq, bu hadisələrin xalqımızın
mübarizə əzmini
qıra bilməyib.
20 Yanvar hər
zaman xalqımızın
tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. Qanlı Yanvar
hadisələrinə ilk dəfə
hüquqi-siyasi qiymət
ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın
dövlət müstəqilliyi
daha da möhkəmlənib,
ölkəmiz sürətlə
inkişaf edib və ordumuz daha da güclənib.
Azərbaycan öz suverenliyini,
müstəqilliyini qoruyub
saxlamaq iqtidarında olan, güclü iqtisadiyyata sahib bir ölkədir. Lakin dünyada
bir çox separatçı və məkirli niyyəti olan ölkələr, güc mərkəzləri
var ki, onlar
bu cür qətliyamların baş verməsi üçün
planlı işlər
aparırlar. 20 Yanvar kimi yeni
faciə yamamaq üçün biz daima özümüzü inkişaf
etdirməli, dövlət
və dövlətçilik
ətrafında sıx
birləşməliyik”.
Daha sonra
AMEA Tarix İnstitutunun
“Azərbaycan sovet dövrü tarixi” şöbəsinin müdiri
çıxış edərək,
bu hadisələrə
zəmin yaradan tarixi faktlardan danışıb.
AzTU-nun “Maşın və mexanizmlər nəzəriyyəsi”
kafedrasının böyük elmi işçisi Süleyman Sultanov
çıxışında 20 Yanvar hadisəsinə
faciə kimi
yanaşmadığını, Azərbaycan gəncləri tərəfindən
bu tarixə qəhrəmanlıq və
müstəqilliyimiz uğrunda mübarizə
tarixi kimi baxıldığını
bildirib.
Palitra.-2019.-19 yanvar.-S.10.