Südabə İrəvanlı
və Taleh Cəfəroğlunun
yaradıcılıq poetikası
Deyişmə - aşıq poeziyasında yayılan, aşıqların şeir demə gücünü, bütövlükdə biliklərini nümayiş etdirən şair və ya aşıqdan bədahətən deyilməsini tələb edən poeziyamızın mühüm sahəsidir. Aşıq poeziyasında pərvazlanan deyişmələrə biz daha çox aşıqlar arasında rast gəlirik və zamanla deyişmələrin el şairləri arasında da yayıldığının şahidi oluruq. Belə ki, aşıqlarla ünsiyyətdə olan el şairləri onların yazdıqları şeir formalarına çox müraciət etmişlər və bu sırada deyişmələr də istisna deyil. Deyişmələr daha çox iki aşığın, daha sonralar isə iki şairin bir-birini bağlamasına yönələn və ədəbiyyat sahəsində olan güclərini nümayiş etdirən şeirin mühüm sahələrindən biridir. Amma zaman keçdikcə deyişmələrin məzmunu dəyişərək müxtəlif formalarda təzahür etmişdir: yəni biz artıq deyişmələrə məhəbbət mövzusunda yazılan şeirlər arasında da sıx rast gəlməyə başladıq, amma ilk vaxtlar deyişmələr bağlama xarakterli olmuşdur.
Bu yaxınlarda tanıdığım şairə, aşıq poeziyası biçimində şeirlər yazan Südabə İrəvanlının və Taleh Cəfəroğlunun “Dözürük dözümü daşdan çıxardıb” adlı şeirlər kitabını əldə etdim. Kitab olduqca diqqətimi cəlb elədi; burada cəmlənən şeirlərin hamısı deyişmə xarakterli şeirlər idi və diqqətimi cəlb etdiyi üçün əsəri oxumalı idim. Günümüzdə deyişmələr ilkin anlamını qismən itirmişdir; sosial şəbəkələrdə yazılan cavab şeirlərini, məktublaşmaları da deyişmələrin bir forması hesab edirlər. Südabə İrəvanlının və Taleh Cəfəroğlunun “Dözürük dözümü daşdan çıxardıb” adlı şeirlər kitabında yer alan deyişmə xarakterli poeziya nümunələri özünün saflığı, təmizliyi ilə seçilən saf məhəbbətin ideal təsvirlərini yaradan poeziya nümunələridir.
“Dözürük dözümü daşdan çıxardıb” adlı şeirlər kitabında aşıq şeirinin bir neçə formasına müraciət edilib – qoşma, gəraylı və hətta qəzəllərə də rast gəlirik.
GƏRAYLI
Taleh Cəfəroğlu
Sənə doğan Günəşi,
Ya ulduzu göndərim?
Ayağına sərməyə,
Dərə-düzü göndərim?
Südabə İrəvanlı:
Sən verdiyin o vədi,
Mən də sözü göndərim.
Kəsdiyimiz müqəddəs
Çörək, duzu göndərim.
QOŞMA
Taleh Cəfəroğlu:
Yoxsa könül verdin başqa birinə,
Yoxsa özgələrə yar oldu könlün?
Yoxsa ayrılığa tab gətirmədi,
Məni gözləməkdən yoruldu könlün?
Südabə
İrəvanlı:
Səbrimi dərdimə sipər eylədi,
Dolanıb boynuma sarıldı könlüm.
Sən gündə birinə “canım” deyəndə,
Çat
verdi, ortadan
yarıldı könlüm.
QƏZƏL
Taleh Cəfəroğlu:
Ölürəm mən o təmiz,
pak gülü-reyhanım
üçün,
Ləbi
bal, kəlməsi bal sevgili cananım üçün.
Südabə İrəvanlı:
Çəkərəm öylə əzab bir kərə
amanın üçün,
Dilərəm bir dəli pərvanə
olum şamın üçün.
Hər iki şairin şeirin müxtəlif formalarına
(yəni biçimlərinə)
müraciət etməsi,
öz növbəsində
söz ustadlarının
geniş söz ehtiyatının bolluğundan
xəbər verən mühüm hadisədir.
“Dözürük dözümü
daşdan çıxardıb”
kitabının bir sıra üstün məziyyəti var ki, bunlardan ən
başlıcası onun
deyişmələrdən ibarət
olan poetik bir kitab olmasıdır. Kitab ilk vərəqdən
son vərəqə kimi
deyişmələrlə əhatələnib
və həm oxucu, həm də tədqiqatçı
kimi etiraf etmək istəyirəm ki, belə bir
əsərlə ilk dəfə
olaraq qarşılaşdım.
Şübhəsiz ki, əvvəlki
mütaliə etdiyim kitablarda, xüsusilə aşıqların əsərlərində
deyişmələrə tez-tez
rast gəlirdim. Amma sırf deyişmə kitabı ilə qarşılaşdığım üçün marağımda
artdı və əsəri oxuduqca özümdə qeydlər
də apardım.
Bəlkə də, kitabı
diqqətlə oxumağımın
ciddi səbəblərindən
biri də bu idi.
Südabə İrəvanlı və Taleh Cəfəroğlunun
deyişmələrində işlənən idiomlar (yəni bədii məcazlar) diqqətimdən
kənarda qalmadı –
həmin məcazlar şairlərin dərin ilhamının təsdiqi,
onların yüksək
poetik incilər yaratma qabiliyyətinin göstəricisidir. Şeirlərdə işlənən bədii təsvir və ifadə vasitələri, əlbəttə
ki, şairlərin öz növbəsində
yüksək savad tələb etməklə
yanaşı, güclü
bənzətmə yaratma
qabiliyyətini də tələb edir. Bu baxımdan, hər
iki şairin şeirlərini diqqətlə
oxuyaraq orada işlənən məcazları
müəyyən etməyə
çalışdım.
Südabə İrəvanlı:
Qəlbimi bürüyən həsrət
tozunu,
Əllərilə sildirməsəm, ölmərəm.
Əlçatmaz vüsalın, acı
xəyalın,
Öz dililə
güldürməsəm, ölmərəm.
Taleh Cəfəroğlu:
Qarşıma söz qoyub, vədə vermişəm,
Səni yola gətirməsəm, ölmərəm.
Xəzan
gəlmiş, payız
vurmuş bağımda,
Səni
əkib, bitirməsəm,
ölmərəm .
Şeir çox ağır poetik cizgilərlə qələmə alınmış,
saf məhəbbətin
ideal təsvirləri verilmişdir. Şübhəsiz
ki, şeirdə yer alan
məcazlar da diqqətdən yayınmır.
“Qəlbimi bürüyən
həsrət tozunu” – metaforası zərgər dəqiqliyi ilə işlənmişdir. Belə ki,
hər hansı bir əşyanın üzərini toz bürüyər ki, bu da sözün
həqiqi mənasıdır.
Amma şairə Südabə İrəvanlı bənzətmənin
gücündən istifadə
edərək bunu qəlbin üzərinə
köçürərək gözəl idiom, yəni metafora yaratmışdır.
Şeirin üçüncü misrasında işlənən
“acı xəyal” birləşməsi mükəmməl
bədii təsvir vasitəsini yaratmışdır.
Belə ki, biz burada (yəni “acı xəyal” birləşməsində)
təşbehin işləndiyinin
şahidi oluruq. Yəni, sözün həqiqi mənasında, bir qida məhsulu
acı olur: xəyalı yüksək
məcazlıqla qida məhsuluna bənzətmişdir.
Biz bura da
metaforanın yox, təşbehin işləndiyinin
şahidi oluruq; çünki metaforanı
təşbehdən fərqləndirən
xüsusiyyət hərəkətin
olmasıdır.
Südabə İrəvanlı:
Düşünmə mən sənə enəm, yalvaram,
Vuraram sinənə
yara, sağalmaz.
Kirpiyim
ox kimi dələr köksünü,
Bölərək eyləyər para, sağalmaz.
Taleh Cəfəroğlu:
Kəsərəm yolunu coşqun sel kimi,
Qəlbinə dolaram, xəbərin olmaz.
Elə girərəm ki, daş ürəyinə,
Əbədi qalaram, xəbərin olmaz.
Şeirə güc verən, onu oxunaqlı edən və şairin dərin ilhamını büruzə verən, heç şübhəsiz ki, poeziya nümunələrində işlənən idiomlardır. Şair Taleh Cəfəroğlunun da bədii təfəkkürü tədqiqatçı üçün maraq doğurur: belə ki, onun şeirlərində nəzəri biliklər qorunmuş və ustalıqla şeirlərini İlahi ilhama söykənərək yazmışdır və biz onun şeirlərini oxuduqca bunun şahidi oluruq. Yuxarıda deyişmələrdən verilmiş parçalar deyilənlərin düzgünlüyə dəlalət verir. “Kəsərəm yolunu coşqun sel kimi” misrasında işlənən məcaz (yəni metafora) dəqiq, yerli-yataqlı işlənən idiomdur. Sözün həqiqi mənasında insan yolun qarşısında durmaqla, bina tikməklə və ya hər hansı bir üsulla kəsər. Bu baxımdan da “Kəsərəm yolunu coşqun sel kimi” misrasında bir hərəkət olduğu üçün bu təşbeh yox, metaforadır. Şeirin üçüncü misrasında isə işlənən “daş ürək” ifadəsi isə bədii məntiqin məhsuludur. Həqiqi mənada ürək daş olmaz: buna görə də burada hərəkətsizlik olduğu üçün biz təşbehlə qarşılaşırıq.
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.-2019.-25 yanvar.-S.15.