“Naxçıvan qız məktəbinin
tikintisi üçün
vəsaiti əsilzadə və ziyalılar topladılar”
Arxiv sənədində daha sonra göstərilir ki, Naxçıvan qız məktəbinə V.P.Yarmaxova rəhbərlik edir. O, bu vəzifəni 1908-ci ildən icra edir. Azər¬baycan dilini isə Fatma xanım Sultanova təlim edir. İrəvan rus-Azərbaycan qız mək¬tə¬bi¬nə isə xanım Kalinina rəhbərlik edir. O bu vəzi¬¬fəni tədris müəssisəsi yarandığı gün¬dən, yəni 1901-ci ildən bacarıqla icra etmişdir.
Arxiv sənədlərində məktəblərin maliyyə işləri, vəsait mənbələri də gös¬tərilir. Aydın olur ki, hər iki məktəb qismən xəzinə, şəhər ictimai və¬sait¬ləri, təlimə görə ödəniş haqqı və digər mənbələr (xeyriyyə işləri və tama¬şa¬lar¬dan toplanan vəsaitlər) əsasında fəaliyyət göstərir. Bu məktəblərin fəaliyyət mənbələri hesabat ilində aşağıdakı rəqəmlərdə ifadə olunmuşdur:
Məktəbin saxlanılması üzrə xərclər
Maddi xərclər Şəxsi
heyyət
Gözətçi Kitabxana
və
tədris vəsaitləri
Təsərrüfat və dəftərxana xərcləri Qızdırma və işıqlandır-ma Kirayə edilmiş tikililər Yekun
Naxçıvan
qız
məktəbi 1355 120 60 40 150 267 1992
İrəvan qız
məktəbi 1050
120
24 36 100 360 1690
Cədvəldə Naxçıvan qız məktəbi üzrə xəzinədən 1300, şəhər ic¬ma¬sın¬dan 570, şagirdlərin ödəniş haqqından 210, digər mənbələrdən 466, ke¬çənilki hesabdan 100 rubl qalıq əsasında saxlandığı qeyd olunur. Mü¬vafiq ola¬raq İrəvan qız məktəbi xəzinədən 1320, şəhər icmasından 100, ödəniş haq¬qından 217, digər mənbələrdən-yoxdur, keçənilki hesabdan 100 qalıq əsa¬sında fəaliyyət göstərmişdir.
Qeyd edək ki, Naxçıvan rus-tatar qız məktəbi üçün binanın inşasına aid bir sənəd xüsusi əhəmiyyətə malikdir. Bu sənədin tarixin yaddaşına düş¬məsi Naxçıvan rus-Azərbaycan qız ikisinifli məktəbinə bina tikilməsi işinə şəhər ziyalıları və əsilzadələrini düşündürən, narahat edən, onları səfər¬bər edən məsələ kimi baxmağa və bu hadisəyə iftixaredici, qürurduyucu bir məsələ kimi yanaşmağa təhrik edir. Bu cəhəti də nəzərə çatdıraq ki, tədris müəssisəsi üçün binanın inşa edilməsi üçün ilk təşəbbüs hələ 1907-ci ildə olmuşdur. Bu ildən şəhərin əsilzadə və ziyalıları səfərbər olub tədris müəssisəsinin binasının tikilməsinə əhəmiyyətli səviyyədə vəsait toplaya bilmişdilər. Həmin vəsaitin toplanmasında iştirak edənlərin adları aşağıdakı siyahıda göstərilən şəxslərdən ibarətdir:
1. İsmayıl xan Naxçıvanski - 300 rubl
2. Cəfərqulu xan Naxçıvanski - 100 rubl
3. Rəhim xan Naxçıvanski - 100 rubl
4. Bəhrəm xan Naxçıvanski -100 rubl
5. Əkbər xan Naxçıvanski - 50 rubl
6. Kamran xan Naxçıvanski -100 rubl
7. Xaqan xan Naxçıvanski - 25 rubl
8. Məşədi Teymur Bənənyarski -30 rubl
9. Panitonov -20 rubl
10. V.N.Borisyak -
5 rubl
11. Süleyman xan -20 rubl
12. Feyzili xan -50 rubl
13. Məmmədəli xan - 20 rubl
14. Cəfər ağa Səfərəlibəyov -2 rubl
15. Dəli oğlan oğlu -
25 rubl
16. Qavrikov -25 rubl
17. Sadıxov -2
rubl
18. Salı Altun Zadə -1 rubl
19. Yunis xan Naxçıvanski - 50 rubl
Sənəddən görünür ki, xeyriyyə məqsədilə
şəhərin nüfuzlu
adam¬larının belə
bir işə qoşulması müəyyən
rəsmi razılıq
əsasında həyata
keçirilmişdir. İrəvan
qubernatoru Qraf Tizenqauzen xeyriyyəçi
şəxslərin siyahısı
üzrə məktubla
tanış olmuş və belə bir dərkənar
qoymuşdur:
“Разрешаю произвести сборь пожертвовании на постройку в г. Нахичевани здания для русско-мусулманского женскаго училища, по Эриванской губернии.
“Naxçıvanda rus-müsəlman qız məktəbinin tikintisi üçün xeyriyyə vəsaitinin toplanmasına icazə verirəm”
12 may
1907-ci il
İrəvan Qubernatoru, Граф Тизенгаузен
Lakin, nədənsə,
məktəbin tikintisinə
hazırlıq işləri
xeyli müddət ləngidi. Tikintinin reallaşdırılması məqsədilə əməli
işlərə yalnız
1909-cu ildən başlandı.
16 yanvar 1909-cu ildə məktəbin müdiri Varvara Pavlovna Yar¬maxova və Naxçıvan şəhər sakini kimi dövrünün maarifçi-pedaqoq¬la¬rın¬dan biri
Mirzə Nəsrulla Əmirov arasında tədris müəssisəsinə
bina inşa edilməsi məqsədilə
“Müqavilə” (“Kontrakt”)
bağlandı.
Müqavilədə göstərilirdi:
“16 yanvar 1909-cu ildə
biz, aşağıda imza
edənlər, Naxçıvan
rus-tatar qız məktəbinin müdiri Varvara Pavlovna Yar¬ma¬xova və Naxçıvan şəhər
sakini Mirzə Nəsrulla Əmirov, aşağıdakı müqa¬vi¬ləni
bu gün öz aramızda bağladıq:
1. Mən, M.N.Əmirov, İrəvan Xalq Məktəblər Direksiyasının planı üzrə tikinti komissiyasının göstərişinə uyğun olaraq rus-tarar qız məktəbi üçün bina tikilməsini icra etməyə öz razılığımı bildirirəm.
2. Mən, Naxçıvan rus-tatar qız məktəbinin müdiri
Varvara Pavlov¬na Yarmaxova, mənə
tapşırılmış məktəb üçün
bina inşa edilməsi
üzrə səla¬hiy¬yətləri İrəvan quberniya xalq məktəblər
Direksiyasının 165 saylı əmri əsa¬sında
M.N.Əmirova təhvil verməyə razıyam.
3. Mən,
M.N.Əmirov, tikintiyə görə çəkdiyim əməyə
və zəhmətim mü¬qa¬¬bilində heç bir şey istəmirəm,
ancaq bütün hazırladığım hesabatları
ti¬kin¬ti ko-missiyası, yaxud məktəblər Direksiyası
yoxlasın. Mən olmadığım hal¬da, ye¬ri¬mə
Naxçıvan şəhər sakini Cəfərquluxan
Naxçıvanski olacaq .
Naxçıvan
şəhər məktəbinin inspektoru İ.Sanakoyevin İrəvan
quberni¬ya xalq məktəblər direktoruna raportunda göstərilir
ki, Naxçıvan rus-Azərbaycan qız məktəbinin
müdiri Varvara Pavlovna Yarmaxova və Naxçıvan şəhər
sakini Mirzə Nəsrulla Əmirov arasında məktəb
üçün bina tikilməsinə aid müqavilə
bağlandı. Müqavilənin şərtlərinə
görə M.N.Əmiro¬vun hesabına 1000 rubl
köçürüldü. Hazırlanmış akta əsasən
tikinti komis¬siyası M.N.Əmi-rovun tikinti materialları ilə
təmin edilməsi imkanlarına baxdı .
Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə
doktoru
Palitra 2019.- 26 yanvar.- S.10.