“Bakı münaqişənin həlli prinsiplərini həmişə aydın ifadə edib

İtaliyanın “Agenzia Novaagentliyi Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın müsahibəsini dərc edib. Qeyd edək ki, müsahibədə, əsasən, Dağlıq Qarabağ münaqişəsindən danışılıb. Leyla Abdullayeva müsahibəsində deyib ki, İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanatın qəbul edilməsi uzun illər davam edən münaqişənin həlli üçün danışıqların hazırkı intensivliyinə yol açmasına imkan yaratdı.

Agenzia Novainformasiya agentliyində yayılmış yazıda bildirilir ki, L.Abdullayeva bu fikirləri ötən ilin dekabr ayında ATƏT-də İtaliya sədrliyinin yekunlaşması çərçivəsində Nazirlər Şurasının toplantısının keçirilməsi ilə eyni vaxtda Milanda qəbul edilmiş birgə bəyanata istinad edərək deyib.

“Azərbaycan mürəkkəb geostrateji mövqeyə malikdirbu, şübhəsiz, bizim xarici siyasətimizə təsir göstərir", – deyə mətbuat xidmətinin rəhbəri söyləyib.

L.Abdullayeva münaqişə nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkünün hələ də öz əzəli torpaqlarından kənarda yaşaması problemini diqqətə çatdırıb. “Məqsədimiz ölkəmizi maksimum inkişaf etdirməklə hazırda işğal altında olan ərazilərimizin geri qaytarılmasına nail olmaqdır”, – deyə o vurğulayıb.

Mətbuat katibi bildirib: “Əgər Ermənistan anlasaydı ki, Azərbaycan ərazilərinin işğaldan azad olması ilə bütün region daha çox inkişaf edəcək, Qafqazda bütün strateji infrastrukturenerji layihələri daha da funksional olardı”.

Mətbuat xidmətinin rəhbəri Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı Bakı ilə İrəvan arasında danışıqların intensivləşməsi mövzusuna toxunaraq vurğulayıb ki, 2019-cu ilin yanvar ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında “2+3” formatında (Azərbaycan və Ermənistan + ATƏT-in Minsk qrupunun həmsədrləri) görüş baş tutubbu ilin fevral ayında danışıqların davam etdirilməsi razılaşdırılıb. L.Abdullayeva müzakirələrin davam etdirilməsinin zəruriliyini ifadə edib və qarşılıqlı mövqelərin anlaşılması üçün yeni görüşün vacib olacağını bildirib: “Ümid edirəm ki, Ermənistan da anlayacaq ki, bu problemin həlli bütün regionun inkişafı üçün faydalıdır”.

“Azərbaycan yalnız onun ərazi bütövlüyünə hörmət edilməsini istəyir”

Mətbuat katibi bildirib ki, hər iki tərəf danışıqların formatının yalnız iki rəsmi tərəfdən − Ermənistan və Azərbaycandan ibarət olması barədə razıdır. Rəsmi Bakının mövqeyi bu məsələdə aydındır. Danışıqlar uzun illərdir davam edir, indi konkret nəticələrə nail olmaq lazımdır. Bakı münaqişənin həlli prinsiplərini həmişə aydın ifadə edib. “Dağlıq Qarabağda qeyri-qanuni yolla yaradılmış qurum dünyanın heç bir dövləti, hətta Ermənistanın özü tərəfindən belə, tanınmır. Azərbaycan yalnız onun ərazi bütövlüyünə hörmət edilməsini istəyir”, – deyə o bildirib. Qeyd edib ki, münaqişənin həlli yalnız Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazilərinin işğalına son qoyulması və regiona Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi ilə mümkündür. İrəvanın hələ öz mövqeyinə tam aydınlıq gətirmədiyindən dərhal irəliləyişdən danışmaq tələskənlik olardı. Problemin həllində irəliləyişə nail olmaq üçün rəsmi Bakı münaqişə vaxtı regionu tərk etməyə məcbur qalmış azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxmasını istəyir.

L.Abdullayeva Parisdə sonuncu görüş zamanı qeydə alınan digər müsbət nəticəni də nəzərə çatdırıb. Qeyd edib ki, həmin görüşdə hər iki hökumətin iki ölkənin əhalisini sülhə hazırlamalı olması ilə bağlı fikir səsləndirilib. “Bu, çox uzun və çətin bir yoldur: bu yaxınlarda Ermənistan televiziyasında reportaj yayımlandı. Film erməni və azərbaycanlı icmaların bir yerdə yaşamasından bəhs edirdi. Bu film Ermənistanda, hətta sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Bu, çətin bir məsələ olsa belə, iki icma arasında əlaqələrin bərpa olması üçün çalışmalıyıq. Bu gün Bakıda yaşayan gənc azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağda ermənilərlə necə yaşadıqları haqqında xatirələri yoxdur. Əlbəttə, münaqişənin həlli asan deyil, lakin bütün ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsi vacibdir”, − deyə mətbuat katibi fikirlərini tamamlayıb.

Gürcüstan ərazisində erməni millətçisinə qoyulmuş heykəl yaxın zamanlarda sökülməlidir”

Yeri gəlmişkən, bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən M.Avaqyana büst qoyulub. Bununla əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb. Eyni zamanda Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Gənc Diplomatlar Assosiasiyası Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri Zurab Qventsadze “Trend”ə deyib ki, Gürcüstanın Axalkalaki şəhərində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc azərbaycanlı sakinlərin cəlladı olmuş Mixail Avaqyanın heykəlinin qoyulması Gürcüstandakı müəyyən erməniyönümlü qüvvələrin təşəbbüsüdür. Onun sözlərinə görə, erməni separatçısı Mixail Avaqyan təkcə Azərbaycan xalqının yox, həm də gürcü xalqının düşmənidir, ona görə də bu addım Gürcüstan və Azərbaycana qarşı yönəlib:

Gürcüstan ərazisində baş vermiş bu hadisə xalqlarımızı bir-birinə qarşı qoymaq məqsədi daşıyır. Hesab edirəm ki, heykəlin quraşdırılması üçün Axalkalaki meri məsuliyyət daşıyır. Çünki mən əminəm ki, bu fakt barədə Gürcüstanın baş nazirixarici işlər naziri məlumatlandırılmayıb. Fikrimcə, Gürcüstan rəhbərliyi bu insidentlə bağlı müvafiq qərar qəbul edəcək”.

QHT rəhbəri bildirib ki, Gürcüstan ərazisində erməni millətçisinə qoyulmuş heykəl yaxın zamanlarda sökülməlidir:

“Ölkələrimiz strateji tərəfdaşdır, Azərbaycan isə bizə dost ölkədir və investisiya dəstəyi, yanacaq təminatı kimi addımlarla ölkəmizi dəstəkləyir. Əminəm ki, üçüncü qüvvələrin Gürcüstanla Azərbaycan arasında qardaşlıq münasibətlərinə ziyan vurmaq cəhdləri uğur qazanmayacaq”.

 

Gürcüstanda məhz indi M.Avaqyana heykəl ucaldılması təsadüfi deyil

Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey isə “Trend”ə deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində dinc azərbaycanlı sakinlərin cəlladı olmuş Mixail Avaqyan, sadəcə, türklərin deyil, gürcülərin də düşmənidir. G.Gülbey bildirib ki, Gürcüstanda məhz indi M.Avaqyana heykəl ucaldılması təsadüfi deyil: “20 Yanvar faciəsinin 29-cu ildönümündə belə bir addımın atılması, əsla, təsadüf ola bilməz”.

Fuad Hüseynzadə

Palitra  2019.- 29 yanvar.- S. 11.