Beynəlxalq reytinq
agentliyi: “Azərbaycan
iqtisadiyyatının inkişaf tempi artacaq”
İqtisadiyyat bütün dövlətlərin inkişafının əsasını təşkil edir. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur və ölkəmiz özünəməxsus inkişaf metodu ilə fərqlənir. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz uğurlu nəticəsini verməkdədir.
S&P Azərbaycanın kredit reytinqini təsdiqləyib
Ölkəmizin sosial-iqtisadi inkişafı
istiqamətində həyata
keçirilən tədbirlər,
əldə edilən uğurlar davamlı olaraq dünyanın mötəbər beynəlxalq
iqtisadi qurumları tərəfindən də
yüksək qiymətləndirilir. Belə
təşkilatlardan biri
olan Dünya Bankı ilin əvvəlində açıqladığı
“Dünya iqtisadiyyatının
perspektivləri” adlı
hesabatında göstərib
ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı
3,6 faiz səviyyəsində
proqnozlaşdırılır. Bu göstərici 2020-ci il üçün 3,3 faiz təşkil edəcək. Bank 2021-ci ildə
Azərbaycanda iqtisadi artımı 2,7 faiz səviyyəsində proqnozlaşdırır. Qeyd edək
ki, Azərbaycan 1992-ci
ildə Dünya Bankı Qrupuna qoşulub.
“Standard
& Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 2,3 faiz artacağını gözləyir. Bu barədə agentliyin hesabatında məlumat verilir. S&P Azərbaycanın xarici və milli valyutada
uzunmüddətli və
qısamüddətli suveren
kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib.
Agentliyin proqnozlarına
əsasən, 2020-ci ildə
Ümumi Daxili Məhsul (ÜDM) 3 faiz,
2021-ci ildə 3,1 faiz artacaq. 2019-cu ildə Azərbaycanın
nominal ÜDM-i 80 milyard
manat, 2020-ci ildə 84
milyard manat, 2021-ci ildə 88 milyard manat həcmində proqnozlaşdırılır. Bundan başqa,
S&P adambaşına düşən
ÜDM-in artım tempinin
sürətlənəcəyini gözləyir. Belə
ki, proqnozlara əsasən həmin göstərici 2019-cu ildə
2,3 faiz, 2020-ci ildə 3 faiz, 2021-ci ildə 3,1 faiz təşkil edəcək.
“İqtisadi müstəqillik
bizə imkan verir ki, müstəqil
siyasət aparaq, Azərbaycan xalqının
maraqlarını müdafiə
edək”
Beynəlxalq təşkilatların ölkəmizin
iqtisadi inkişafı
ilə bağlı
son illər açıqladığı
müsbət göstəricilər
reallığa söykənir. Prezident
İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bildirib ki, bu gün
Azərbaycan iqtisadi inkişaf baxımından
heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan,... heç
bir ölkədən asılı deyil: “İqtisadi müstəqillik
bizə imkan verir ki, müstəqil
siyasət aparaq, Azərbaycan xalqının
maraqlarını müdafiə
edək. Keçən
il iqtisadi
inkişaf baxımından
uğurlu il olub. Deyə bilərəm ki, keçən il
dərin iqtisadi islahatlar ili olub və bu
islahatların nəticələrini
indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük
dərəcədə artıb.
beynəlxalq təşkilatlar, aparıcı
maliyyə qurumları
Azərbaycanda gedən
prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının
“Doing Business” hesabatında Azərbaycan
dünya miqyasında
25-ci yerdədir. İl ərzində
biz 32 pillə irəliyə
getmişik. Hesab edirəm
ki, bu, rekord
göstəricidir. Biznesi aparmaq
üçün yaradılan
şəraitə görə
dünya miqyasında
25-ci yerdə olmaq böyük nailiyyətdir”.
Mövcud iqtisadi göstəricilərə
baxdıqda müsbət
göstəricilər müşahidə
edilir. Belə ki, ümumi daxili məhsul, yəni iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olub,
qeyri-neft sektorunun inkişafı 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb,
qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz, kənd təsərrüfatı
4,6 faiz artıb. Ölkə iqtisadiyyatına
keçən il 17,2 milyard manat
sərmayə qoyulub. Ölkə başçısının
sözlərinə görə,
bu çox böyük rəqəmdir
və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin
11 milyard manatı, ondan da çoxu
ölkəmizin qeyri-neft
sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir.
Valyuta ehtiyatlarımız 3 milyard
dollar məbləğində artıb. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir.
Bundan başqa,
ixrac 36 faiz artıb. Ümumi rəqəmi götürsək,
ixracımız 19 milyard
dollara çatıb.
Son vaxtlar əldə edilən nailiyyətlərdən biri də orbitə çıxarılmış "Azerspace-2" peykidir ki, bu da ölkəmiz üçün böyük uğurdur. Keçən il üçüncü peyk orbitə buraxılmaqla Azərbaycan kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirdi. Bu gün ölkəmiz nəhəng iqtisadi layihələrin müəllifi kimi də tanınır. Ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu ki, bu, tarixi hadisə kimi yadda qaldı. Bu layihə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur. Ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün keçən il çox önəmli hadisə baş verdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başladı. Beləliklə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada təsdiqlədi.
Bundan başqa, bu gün xarici ölkələrdə Azərbaycan Ticarət evləri yaradılır. Artıq Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan Ticarət evləri açılıb. Bu Ticarət evlərinin açılması nəticəsində həmin ölkələrə bizim ixracımız da artır. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur.
Sənaye zonalarının, sənaye məhəllələrinin,
sənaye parklarının yaradılması geniş
vüsət alıb. Nəinki Sumqayıtda, indi
Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə
də bu proses gedir. Bu günə qədər
bizim sənaye parklarımızda 67 rezident var. Onlardan
40 rezident artıq fəaliyyətdədir.
Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə
verilib. “SOCAR karbamid” zavodunun istehsala
başlaması azot gübrəsi
idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri
azalacaq. Zavod ildə 435 milyon kubmetr
təbii qaz həcmindən xammal kimi istifadə etməklə
650-660 min ton karbamid məhsulu istehsal
etmək gücündədir. İstehsal həcminin
70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu
da ölkəyə hər il
160 milyon dollara qədər
əlavə gəlirin daxil olmasına
imkan verəcək. Bu
zavodun işə düşməsi Azərbaycanda
kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Daha əvvəl idxal üçün sərf
edilən illik 90 milyon
dollara qədər valyuta
vəsaitləri ölkədə qalacaq, eyni zamanda zavod
respublikamız üçün əlavə
gəlir mənbəyinə çevriləcək.
Nigar Abdullayeva
Palitra 2019.- 29 yanvar.- S.5.