“Ermənistanda yaşanan proseslər Avropa Parlamenti kimi qurumların diqqətindən kənarda qala bilməz”

Xəbər verildiyi kimi, Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mqer Eqiazaryan 52 günlük aclıq aksiyasından sonra 26 yanvar tarixində həbsxanada ölüb. Hadisə ilə bağlı beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib. Azərbaycanda bununla bağlı bir sıra təşkilatlar beynəlxalq qurumlara müraciət ünvanlayıblar. Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi Avropa Parlamentinə müraciət edərək qurumun ədalətsiz siyasətinə etiraz edil: “Ermənistanın Nubaraşen təcridxanasında saxlanılan sayt rəhbəri və "Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mqer Eqiazaryan 52 günlük aclıq aksiyasından sonra ölüb. Xatırladaq ki, bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilibbuna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb".

Qeyd olunub ki, Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal sonra yüzlərlə siyasi fəal, partiya üzvləri, keçmiş hərbçilər həbs olunub: "Ölkənin keçmiş prezidenti Robert Koçaryan hazırda həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti kimi qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan Avropa Parlamenti baş verən hadisəni sükutla qarşılamamalıdır.

Xatırlatmaq istərdik ki, Avropa Parlamenti yanvarın 17-də təcili qaydada azərbaycanlı bloqçu Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etmişdi. Orada Mehman Hüseynovun, guya, aclıq elan etdiyinə, bu şəxsə qarşı, guya, yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunurdu. Halbuki bu iddiaların heç biri tam təsdiqini tapmadı və Mehman Hüseynova qarşı heç bir yeni ittiham irəli sürülmədi. Təcridxanada mübahisə etdiyi şəxslə barışdı və məsələ müsbət həll olundu. Avropa Parlamenti Mehman Hüseynov məsələsini araşdırmadan dərhal Azərbaycan qarşı qətnamə qəbul etdi".

Bildirilir ki, bu gün Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Ermənistanda aclıqdan ölən siyasi məhbusla bağlı Avropa Parlamentinin analoji addımı ataraq obyektivlik naminə Ermənistana qarşı dərhal qətnamə qəbul edəcəyini gözləyir: "Əks halda, Azərbaycan xalqı Avropa Parlamentini qərəzli, demokratik prinsiplərdən uzaqlaşmış, ikili standartlarla fəaliyyət göstərən bir qurum kimi qəbul edəcək. Parlamentarilər Ermənistanda siyasi məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir. Sizə sual edirik: Niyə susursunuz?! Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməzdən gəlir?”

İctimai Problemlərin Tədqiqi Assosiasiyası” Avropa İttifaqına Avropa Parlamentinin üzvlərinin son illər Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibətlə bağlı müraciət edib. “Trendin məlumatına görə, müraciətdə qeyd olunur ki, Azərbaycana qarşı 30 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən təcavüz siyasəti davam edir: “Azərbaycan ərazilərinin 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1 milyondan artıq azərbaycanlı öz ata-baba yurdlarından qovulublar. Monoetnik ölkəyə çevrilmiş Ermənistanda insan haqları kobud surətdə pozulduğu halda, Avropa parlamentarilərinin buna seyrçi mövqedə yanaşması bizi təəccübləndirir. 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində Ermənistan parlamentinə daxil olan avtomatla silahlanmış terrorçuların baş nazir, parlamentin spikeri və digər rəhbər vəzifəli şəxsləri güllələməsi, həbsxanalarda məhbusların, o cümlədən müxalifət partiya nümayəndələrinin müəmmalı şəkildə öldürülməsi və s. hallar bu ölkədə özbaşınalığın baş alıb getdiyini göstərir.

Bütün bu hallara göz yuman Avropa parlamentarilərinin Azərbaycanda baş verən hər hansı kiçik bir halı böyüdərək ölkəmizə qarşı hücuma keçmələri heç bir məntiqə sığmır. Biz Avropa İttifaqından bu cür qərəzli yanaşmaya, ölkələrə ikili standartlarla yanaşmağa son qoymağı qətiyyətlə tələb edirik”.

“Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə, bəhs etmək üçün əsaslı səbəb yoxdur

Beynəlxalq Dialoqİnkişaf Alyansının insan haqları ilə bağlı Avropa Parlamentinə ünvanladığı bəyanatda isə bildirilir ki, Ermənistanda insan haqlarının pozulması davam edir (Azadinform). Sənəddə vurğulanır ki, özünü demokratik dövlət adlandıran Ermənistan, əslində, beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib: Bu gün dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların “innovasiyalar ölkəsi” adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə, bəhs etmək üçün əsaslı səbəb yoxdur: “Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssaslıqla yanaşan beynəlxalq qurumlar, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərilməsi təəccüb doğurur. 17 yanvar 2019-cu il tarixdə Avropa Parlamenti "Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” - 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edibbloger Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mqer Eqiazaryanın aclıq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən AmerikaAvropa mətbuatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar. Beynəlxalq Dialoqİnkişaf Alyansı, Avropa İttifaqı Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa, beynəlxalq hüquq normalarının fərq qoymadan, bərabər tətbiqinə çağırır”.

“Ermənistanda siyasi mənzərə xaos içindədir”

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri, internet-media ekspert Səbuhi Abbasov da hadisə ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb. Bəyanatda deyilir: "Məlum olduğu kimi, Ermənistanda partiya sədri Mqer Eqiazaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada dünyasını dəyişib. Lakin onun keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə nə AŞPA, Avropa Parlamenti, nə ATƏT, nə Amerika Senatı, nə də digər beynəlxalq qurumlar reaksiya veriblər. Hətta bu fakta dünyanın populyar KİV-lərinin də münasibəti yoxdur. Fakt budur ki, M.Eqiazaryanın həbsi sırf siyasi motivdə olubo, həbsxanada aclıq edən siyasi məhbus kimi ölüb.

Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəricilərindən biridir. Beynəlxalq qurumlar isə bunu görməzliyə vururlar. Qeyri-siyasi motivlərə, daha doğrusu, məişət məsələsinə görə həbs edilən Mehman Hüseynovun həbsini gündəliyə çıxaran, onu "siyasi məhbus” elan edərək qətnamələr qəbul edən Avropa Şurası, ABŞ Senatı, eləcə də digər qurumlar, görəsən, Ermənistanda baş verən siyasi olaya niyə susqunluqla yanaşırlar? Ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanda baş verən bu dəhşətli hadisəni pisləyən müvafiq qətnamə qəbul etmək əvəzinə susurlar”.

QHT sədri bildirib ki, həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər: “Buna baxmayaraq, hadisəyə, fakta heç bir reaksiya verilməyib. M.Eqiazaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirib və belə olduğu təqdirdə, beynəlxalq təşkilatların susması, sadəcə, təəssüf hissi doğurur.

Biz vətəndaş cəmiyyətinin üzvü olaraq Sizin kimi mötəbər təşkilatın ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılayır, nə qədər ki, gec deyil, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. İrqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər kəsə, hər bir xalqa, hər bir dövlətə yanaşma eyni olmalıdır. Bu vətəndaş cəmiyyətinin təməl prinsipidir

Fuad Hüseynzadə

Palitra.-2019.-30 yanvar.-S.11.