Şəhidin həyat
yoldaşı: Azərbaycanda şəhid ailələrinə
qayğı dövlətin diqqət mərkəzindədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid
ailələri ilə görüşündə Qarabağ
müharibəsində şəhid olmuş Azərbaycan Milli
Ordusunun birinci hərbi hissəsinin leytenantı Paşa Nəzərovun
həyat yoldaşı Yelena Jovtiç də iştirak edib.
Yelena Jovtiç AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: "Prezident birdəfəlik ödəniş almaq üçün plastik kartı şəxsən mənə təqdim etdi. Prezidentimizə çox təşəkkür edirəm. Azərbaycanda dövlətimizin və xalqımızın azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin ailələrinə qayğı göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. Şəhidin həyat yoldaşı kimi mənə hər ay təqaüdümə bərabər məbləğdə prezident müavinəti verilir. Nəvəm Timur Paşa ABŞ-da yaşayır. Mənim Prezidentlə görüşdə olduğumu biləndə, Timur söylədi ki, İlham Əliyevi öz Prezidenti hesab edir və onu görməyi çox arzu edir”.
Şəhidin həyat yoldaşı sonda qeyd edib:
"Ölkəmizdə öz həyatlarını
Vətənin azadlığı və müstəqilliyi uğrunda qurban vermiş şəhidlərin xatirəsinin əziz
tutulması mənim üçün çox xoşdur. Paşa Nəzərov paytaxtın Yasamal rayonunun 60 nömrəli
tam orta məktəbində
təhsil alıb. Prezident İlham
Əliyev bu məktəbin yeni
binasının açılışı mərasimində
şəxsən iştirak edib. Mən, qızım Yana
və Timur Paşa –
hamımız bilirik ki,
Paşa Nəzərov unudulmayıb”.
Qeyd
edək ki, Paşa Dərdayıl oğlu Nəzərov 1952-ci
ildə Bakı şəhərində anadan olub. Qorki şəhərində
Daxili qoşunlarda hərbi xidməti başa vurduqdan sonra vətənə
qayıdaraq, 6 saylı İslah Əmək Müəssisəsində
axtarış qrupunun rəisi vəzifəsində işləyib.
1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə
yollanıb. Azərbaycan Milli Ordusunun birinci hərbi hissəsinin
döyüşçüsü kimi Ağdam, Laçın, Kəlbəcər
rayonlarının müdafiəsində, habelə
Daşaltı əməliyyatında iştirak edib. 1993-cü
il aprelin 4-də Murovdağ istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına həlak
olub.
Palitra 2019.- 30 yanvar.- S.7.