İtaliya saytında Xocalı soyqırımı ilə
bağlı geniş yazı dərc edilib
Azərbaycan-ABŞ münasibətlərində Dağlıq Qarabağ münaqişəsinin həllinin rolu mühüm əhəmiyyət kəsb edir. Çünki ABŞ Minsk qrupu ölkələrinin həmsədrlərindən biridir. Ekspertlər də Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın rolunu xüsusi vurğulayırlar. Məsələn, Milli Məclisin deputatı Asim Mollazadə “Azadinform”a bildirib ki, ABŞ-la olan münasibətlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir müsbət hal var: “Bu ondan ibarətdir ki, ABŞ hansısa ölkənin bu münaqişənin həllində monopoliyasına imkan vermir. Eyni zamanda Amerikada çox fəal olan erməni diasporu, xüsusilə ABŞ Konqresinin mövqeyinə öz mənfi təsirini göstərir. Ona görə də biz çox istərdik ki, bu münaqişənin həllində həm ABŞ, həm də digər həmsədr ölkələr məhz beynəlxalq hüquq normalarına əsaslanan istiqamətdə israrlı olsunlar. Beynəlxalq hüquq normaları hər bir halda bu cür dəyişsə, münaqişələr daha da artacaq və onların həlli mümkün olmayacaq”.
Politoloq Vasif Əfəndiyev isə SİA-ya açıqlamasında deyib ki, ABŞ-Azərbaycan münasibətləri yarandığı 1991-ci ildən bu günə qədər qarşılıqlı etimad və etibarlı tərəfdaş prinsiplərinə uyğun yüksələn xətlə inkişaf edir.
Politoloqun sözlərinə görə, ABŞ etibarlı tərəfdaş olaraq Azərbaycanın enerji müqavilələrində qarant kimi çıxış edərək bu layihələrə siyasi dəstəyini verib və verməkdə davam edir: “Eyni zamanda ABŞ Azərbaycanla hərbi sahədə əməkdaşlığa çox önəm verir və terrorizmə qarşı birgə mübarizə tədbirlərində iştirakını təmin edir. Azərbaycan-ABŞ münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də xüsusi yer tutur. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olması bizim üçün xüsusi olaraq əhəmiyyətlidir.
Sirr deyil ki, digər iki həmsədr ölkənin Ermənistana münasibəti birmənalı deyil və Azərbaycanda fərqli olaraq Fransa və Rusiya Ermənistana xüsusi rəğbət bəsləyən ölkələr sırasındadır. ABŞ-ın bu danışıqlarda iştirakı bir qədər balanslaşmanı təmin edir. İşğal olunmuş 7 rayonun azad olunması təklifi də ABŞ həmsədrləri tərəfindən xüsusi olaraq dəstəklənib və bu barədə dəfələrlə bəyanatlar verilib. Qeyd edim ki, 5+2 rayonun qaytarılması danışıqların önünü açmaq üçün açar rolunu oynaya biləcək faktordır”.
“Tərəflər arasında qarşılıqlı etimadı, çətin problemlərin dinc yolla həlli məramını yüksəltmək lazımdır”
Yeri gəlmişkən, Yerevanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə həmahəng işləyir. “Trend”in erməni KİV-lərinə istinadən məlumatına görə, o bildirib ki, mövcud strukturlar çərçivəsində Rusiya, ABŞ və Fransanın qarşılıqlı fəaliyyəti kifayət qədər yaxşı səviyyədədir.
Ermənistan və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasında vasitəçilərə ehtiyacın olub-olmaması barədə danışan Q.Karasin vurğulayıb ki, tərəflər arasında qarşılıqlı etimadı, çətin problemlərin dinc yolla həlli məramını yüksəltmək lazımdır.
“Paşinyan
şəxsiyyətə qarşı yeni
mübarizə üsulu icad
etdi...”
Bu arada politoloq Mübariz Əhmədoğlu “Azadinform”a Ermənistanda jurnalist, siyasi partiya lideri M.Eqiazaryanın həbsxanada aclıq aksiyası nəticəsində ölməsi ilə bağlı açıqlama verib. O deyib ki, Ermənistanda həmişə mətbuata təzyiqlər olub: “N.Paşinyan hakimiyyətə gəldikdən sonra polislər açıq şəkildə redaksiyalara hücum ediblər. Paşinyan şəxsiyyətə qarşı yeni mübarizə üsulu icad etdi – asfalta uzatmaq”.
M. Əhmədoğlu deyib ki, M. Eqiazaryanın aclıq aksiyası günlərində
ədliyyə naziri A.Zakaryan
həbsxanaya baş çəkdi, 27 oktyabr 1999-cu il parlament terrorunun müəllifi
N.Unanyanla görüşdü,
səhhətini qorumağı məsləhət bildi və bundan sonra da gərəkli
olacağını açıqladı: “Avropa
ictimaiyyəti bunların heç birinə
reaksiya verməyib. Amma Azərbaycanda isə jurnalistin hər hansı tənqidinə avropalılar reaksiya verir. Mehman Hüseynovla bağlı
Avroparlamentin bir gün ərzində qətnamə qəbul etməsi, amma Yerevanda Eqiazaryanın aclıq nəticəsində
ölümünə heç
bir reaksiya verməməsi təkcə
ikili standartın nümunəsi deyil. Bu, Avropadakı müəyyən
qüvvələrin Azərbaycana
qarşı aktiv siyasi qərəzinin göstəricisidir. Azərbaycan üçün
yaxşı olmayan vəziyyət yaradan bu haldan Avropa
özü də əziyyət çəkə
bilər. Çünki tarixi hələ heç kəs aradan qaldırmayıb.
Nə zamansa Avropanın tarixində SSRİ dağılandan
sonrakı dövrdə
SSRİ respublikalarına qarşı
münasibətlər tədqiq
olunacaq. Avropa ictimaiyyətinin
Azərbaycana qərəzini,
mənfi münasibətini
göstərən tamamilə
ayrı hadisədir.
Yaxında AŞPA Azərbaycanı şəriət qaydalarından
istifadə etməməyə
çağırdı. Azərbaycanlılar müsəlman dünyasında
ən çox avropalaşmış xalqdır.
Azərbaycanda islami ekstremizmi
gücləndirməyə olan
cəhdlər də heç kəsə sirr deyil. Almaniyanın
federal-kansleri A.Merkel Bakıda olarkən Azərbaycanın İslam
coğrafiyasında düzgün
siyasət apardığını,
artan islami terrorizm təhlükələrindən
özünü qoruya
bildiyini xüsusi olaraq vurğuladı”.
Politoloq bildirib ki, Azərbaycan sırf dünyəvi dövlətdir: “Azərbaycanın
müsəlman xalqı
olaraq dünyəvi dövlət qurması bəzi müsəlman qonşularımızı narahat
edir. Azərbaycana bu məsələdən
ötrü əlavə
təzyiqlər edirlər.
Çox
təəssüf ki, bəzi beynəlxalq hüquq-müdafiə təşkilatları,
Avropa strukturları həmin müsəlman dövlətlərinin Azərbaycana
qarşı olan təzyiqinin artmasında iştirak ediblər.
Azərbaycanda şəriət məhkəməsinin
işlənməsinə heç
bir nümunə tapa bilmədiyi halda AŞPA-nın da Azərbaycana bu istiqamətdə məsləhət verməsi
Azərbaycanı ləkələməkdən
başqa, bir şey deyil.
Avropa ictimaiyyətinin
bəzi seqmentlərinə
ermənilərin təsiri
altından çıxmağı
tövsiyə edirik. 30 ildən çoxdur ki, Avropa ictimaiyyətinin
bir qrupu bizim regionla bağlı məlumatı
yalnız erməni mənbələrindən alır.
Ona görə da bu gün Avropanın
Cənubi Qafqaz regionunda ciddi siyasəti yoxdur. Bu qaydada davam
edəcəklərsə, daha
çətin vəziyyətə
düşəcəklər”.
Yeri gəlmişkən,
azərbaycanlı jurnalist
Cavid Şahverdiyevin İtaliyanın tanınmış
“www.riverflash.it” saytında Xocalı
soyqırımı ilə
bağlı geniş yazısı dərc edilib.
Yazıda
Ermənistan ordusunun rus əsgərləri ilə birlikdə 1992-ci il 25-26 fevral
tarixlərində Xocalıda
törətdikləri vəhşiliklərdən
bəhs edilib. Xocalıda vəhşiliklə
qətlə yetirilən,
itkin düşən,
əsir götürülən
və yaralanan soydaşlarımızla bağlı
statistik rəqəmlər
göstərilməklə yanaşı,
öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin dəhşətli
etirafları da yer alıb.
Yazıda, həmçinin Ermənistanın
Azərbaycana qarşı
işğalçılıq siyasətinin davam etdirdiyi, işğal etdiyi ərazilərdən
çıxmadığı, əksinə, hər gün atəşkəs rejimini pozduğu və hətta mülki azərbaycanlıları
güllələdiyini də
göstərilib.
Qeyd olunub ki, hər
il bütün
dünya azərbaycanlıları
bu qırğını
anır və 27 il əvvəlki dəhşətli gecədə
baş verənlər
barədə beynəlxalq
ictimaiyyəti məlumatlandırmaqda
davam edirlər. "Xocalıya ədalət!"
Beynəlxalq kampaniyası
səviyyəsində dünya
ictimaiyyəti Xocalıda
törədilən erməni
vəhşilikləri ilə
tanış olur. Vurğulanır ki, Ermənistan
tərəfindən törədilmiş
Xocalı hadisələri
və digər cinayətlər bəşəriyyətə
qarşı cinayət
kimi hesab edilməlidir və bu cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən siyasi və hüquqi qiymət almalıdır.
BMT Təhlükəsizlik Şurasının
işğal olunan Azərbaycan ərazilərindən
Ermənistan Silahlı
dəstələrin çıxarılması
ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi, eyni zamanda Qərb və bir neçə
beynəlxalq təşkilatın
ermənilərin işğalçılıq
siyasətinə göz
yumması da azərbaycanlı jurnalistin
yazısında qeyd edilib.
Fuad Hüseynzadə
Palitra.-2019.-31 yanvar.-S.11.