İspaniya mediasında tez-tez Azərbaycan haqqında məlumat verilməsi bizə qürur verir

 

Mübariz İbrahim:

“Azərbaycana gedən ispan turistləri geri gəldikdən sonra deyirlər ki, Azərbaycan Avropa ölkələri ilə müqayisə olunan bir dövlətdir”

 

Müsahibimiz Mübariz İbrahim 2005-ci ildən İspaniya krallığının Valensiya şəhərində yaşayır. O, Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri olaraq aktiv şəkildə Azərbaycanın İspaniyada təbliğatını aparır. Müsbət haldır ki, Valensiya Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti öz effektini verir. Belə ki, artıq Valensiyada Azərbaycanı tanıyanların sayı ildən-ilə çoxalır. Onunla müsahibəni təqdim edirik:

 

- Sizi İspaniyaya aparanolub?

- Belə dəsək, İspaniya uşaqlıqdan da arzu etdiyim ölkələrdən biri olub. İspaniyada yaşamağımın səbəblərindən biri, bu ölkənin təbiəti, iqlimi, mədəniyyəti və insanlarıdır. İspaniyaya gələn kim olur, olsun milliyətindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlara xoş, gülərüz və istiqanlı qarşılamalarıdır. İspanların çox gözəl və zəngin mətbəxə sahib olmaları də məni cəlb edib. Bütün fikirlərə, görüşlərə açıq yanaşmaları da mənim üçün maraqlıdır. Əlbəttə, hər bir ölkə belədir, lakin İspaniya məni özünə bir başqa çəkir. İspaniyanın hər hansı şəhər və ya kəndlərinə getdiyində özlərini onlardan birisi kimi sənə hiss etdirirlər.

Milli bayramları bizim bayramlara bənzəməsi məni daha çox cəlb edir. Məsələn, Valensiyanın Fallas (Fayas) deyilən bayramı eyni bizim Novruz bayramına bənzəyir. Onlar da bizim kimi mart ayında baharın gəlişini qeyd edərlər, tonqal yandırıb üstündən atlanırlar, hər çərşənbə havaya fişəng atırlar. Və bir çox belə milli bayramları var.

- Valensiyadakı soydaşlarımız tədbirlərinizdə aktiv iştirak edirlərmi?

- Valensiyada belə deyə bilərəm ki, çox soydaşımız yaşamır. Təqribi 30 ailə var. Hər biri ayrı-ayrı sektorlarda işləyir. Boş vaxtlarımızda, bayramlarımızda, tədbirlərimizdə bir yerdə oluruq. Bundan əlavə, Valensiyaya hər il təhsil almaq üçün tələbələrimiz gəlir. Onlarla da yaxın əlaqələrimiz var. Hər biri ilə zaman çərçivəsində əlimizdən gəldiyi qədər görüşürük, bayramlarımızı bir yerdə qeyd edirik. Onların buradakı problemləri ilə yaxından maraqlanırıq. Bizim tədbirlərdə də tələbələrimiz fəal və aktiv iştirak edirlər.

- Soydaşlarımız arasında birlik hansı səviyyədədir?

- Bu günə qədər tanıdığım həmyerlilərim arasında münasibətlərimiz yaxşıdır. Daha da güclü olması üçün əlimizdən gəldiyi qədər çalışırıq. Bəzi vətəndaşlarımız var ki, yeni gəlib, ola bilər ki, hələ bizi tanımır, o cəhətdən də bizə Azərbaycan Respublikasının İspaniya Krallığında yerləşən səfirliyi dəstək olur. Onların bizimlə əlaqə saxlamasında köməklik edirlər. Həmçinin bizöz növbəmizdə hər hansısa sənədləşmə ilə bağlı problemlərlə üzləşdiyində İspaniya Krallığında yerləşən Azərbaycan Respublikasının səfirliyinə müraciət edirik. Səfirliyimiz də bizi ətraflı şəkildə məlumatlandırır və hər cür dəstəyi verir. Mən də istəyirəm ki, yerli xalq bizim birliyimizi, bərabərliyimizi görsün, bizim necə bir-birimizə möhkəm bağlı olmağımızı bilsinlər.

- İspanlar Azərbaycanı necə tanıyırlar?

- Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə keçirilən Avroviziya, Formula 1, İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərə görə ispanlarAvropa ölkələri respublikamızı çox yaxından tanıyırlar və maraqlanırlar. Azərbaycana gedən ispan turistləri geri gəldikdən sonra deyirlər ki, Azərbaycan Avropa ilə müqayisə olunan bir dövlətdir. İspanlar bildirirlər ki, keçmiş sovet ölkələri arasında bu qədər sürətlə inkişaf etmişöz sözünü dünyada demiş 1-ci ölkəsiniz. Bunu ispan xalqından eşitmək çox sevindiricidir. Əlbəttə, bu, ulu öndər Heydər Əliyevin siyasəti, onun davamçısı Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın sayəsində olan nəticələrdir. İspanlar bizim idman sahəsində olan uğurlarımızdan da danışırlar.Qarabağklubu UEFA Çempionlar Liqasında oynayanda ispanlar bir daha bizim inkişafdan və sürətli irəliləyişimizdən radioda, televiziyada tez-tez danışırdılar. Bizbununla qürur duyurduq.

- Yerli media ilə əlaqələriniz necədir?

- Valensiya mediası ilə əlaqələrimiz yaxşıdır. Biz əlaqələrimizi daha da gücləndirməyə çalışırıq. Onların da bizə olan maraqlarını görürük. Bir neçə il bundan əvvəl İspaniyanın 1-ci dövlət kanalı TVE1 Azərbaycanda yaşayan ispan vətəndaşları ilə müsahibə və qısa reportaj hazırlamışdı. İspanlar Azərbaycanın təbii sərvətlərindən, milli mədəniyyətimizdən, sürətli inkişafından, azərbaycanlıların qonaqpərvər olmasından, vətən sevgisindən və torpaqlarımızın bərəkətli olduğunu öz icimayyətinə çatdırmışlar. Bu o deməkdir ki, dövlət telekanalları və digər özəl kanallar Azərbaycanla yaxından maraqlanır. İspaniyanın yerli mediasında tez-tez Azərbaycan haqda danışılması bizə qürur verir.

- Dağlıq Qarabağ məsələsi ilə ispan cəmiyyəti nə dərəcədə məlumatlıdır?

- İspan cəmiyyəti Qarabağ məsələsi ilə bağlı məlumatlıdır və İspaniya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Hər bir azərbaycanlı da öz yaxınında olan dostlarını məlumatlandırır. Qarabağ mövzusu hər bir azərbaycanlının mövzusudur. Buna görə də vətəndaşlarımız geniş şəkildə yerli xalqa ətraflı məlumat verir. Səfirliyimiz, diaspor fəallarımız və həmvətənlərimiz bu mövzuda çox həssasdır. Mənim özüm İspaniyanın Valensiya şəhərində çıxan yerliLas provincias” qəzetində, “Levante” qəzetlərində 20 Yanvar faciəsi, Xocalı soyqırımına həsr olunan məqalələr dərc etdirmişəm. Bölgə rəhbərlərimiz də Burgos, San Sebastian, Madrid, Sevilya, Mursiya, Barselona kimi böyük şəhərlərdə Qarabağ mövzusunda tədbirlər keçiriblər. Ermənilərin qəddarcasına törətdikləri soyqırımı maksimal şəkildə ispan ictimaiyyətinə çatdırırıq və çatdırmağı da özümüzə bir borc bilirik.

Hətta Azərbaycan Ticarət və Mədəniyyət Assosiyasiyasının rəhbəri Fərid Mustafayev bu barədə Navarranın rəhbəri ilə görüşündə Qarabağ mövzusunda söhbətlər edib. Qarabağın işğal olunmasından və ermənilərin burda törətdikləri vəhşilikdən geniş məlumat verib.

Yeri gəlmişkən, ötən ilin may ayının 20-də Madriddə İspaniyaPortuqaliyada yaşayan azərbaycanlıların əlaqələndirmə şuralarının təsis toplantısı keçirildi. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniyadaPortuqaliyada yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarının fəalları iştirak edirdi.

Fuad Muradov görüşdə Dövlət Komitəsi tərəfindən xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin nizamlanmasına və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının dəstəklənməsinə, milli birliyə yönəlmiş işlər barədə danışdı. Sonra əlaqələndirmə şuraları təsis edildi. Səsvermə yolu ilə Yaqut Novruzova və Kərim Kərimov İspaniyada, Orxan Abbasov isə Portuqaliyada əlaqələndirici seçildi.

İspaniya üzrə əlaqələndirici vəzifəsinə seçilmiş Yaqut Novruzova ona göstərilmiş etimada görə hamıya təşəkkürünü bildirərək qeyd etdi ki, öz missiyasını Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İspaniyada yaymaqda görür. Y.Novruzova vurğuladı ki, o, İspaniyada yaşayan həmvətənlərimizin sıx birləşməsi və inteqrasiyası üçün Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində əlindən gələni edəcək.

 

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 11 fevral. S. 7.