Prezident Paşinyana tarix dərsi keçdi

 

Əziz Əlibəyli: “Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan müzakirə Ermənistan tərəfinin qədər haqsız olduğunu bir daha üzə çıxardı

 

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələri bir sıra yaddaqalan məqamlar ilə seçildi. Azərbaycan cəmiyyətində beynəlxalq arenada geniş müzakirə mövzusuna çevrilən, daha çox Paşinyanın çətin vəziyyətə düşməsi ilə yadda qalan bu debatda Prezidentin tutarlı beynəlxalq hüquqa, real tarixə əsaslanan faktları ortaya qoyması isə daha çox diqqət çəkdi. Ümumiyyətlə, Paşinyanın diplomatik savadsızlığını sübut edən Azərbaycanın haqlı davasını bir daha göstərən belə bir müzakirənin məhz Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər forum çərçivəsində keçirilməsi Azərbaycanın xeyrinə işləyən amil kimi qiymətləndirilməlidir. Ölkə başçısı bütün mötəbər tribunalardan olduğu kimi Münhendə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri canlı yayımda beynəlxalq birliyin diqqətinə çatdırdı. Debat zamanı Prezident İlham Əliyevin təqdim etdiyi hüquqi bazaya qarşı Paşinyan İosif Stalininqərarı”ndan başqa heç bir dəlil-sübut səsləndirə bilmədi. Prezidentin Dağlıq Qarabağın Azərbaycana məxsus olması münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi. Prezident İlham Əliyev XIX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş müqavilələrdən danışdığı halda, Paşinyan bir dənə olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Prezident İlham Əliyev həm Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha nümayiş etdirdi.

 

Paşinyan özü bilmədən Qarabağla bağlı tarixi bir etiraf etdi. Həm bunu edən ilk erməni rəhbəri kimiQarabağ Azərbaycanın ərazisidirhəqiqətini dilə gətirdi

 

Politoloq Əziz Əlibəyli Palitra”ya verdiyi açıqlamada Azərbaycan Prezidentinin qətiyyətli mövqeyin konkret faktlara əsaslanan çıxışının qarşısında Paşinyanın aciz görünməsini hüquqa qarşı ermənisayağı demaqogiya kimi dəyərləndirdi: “Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan müzakirə Ermənistan tərəfinin qədər haqsız olduğunu üzə çıxardı. Ümumiyyətlə, görüşü məzmununa mərhələlərinə görə mütləq kateqoriyalaşdırmaq o cür qiymətləndirmək lazımdır. Birincisi, Paşinyan özü bilmədən Qarabağla bağlı tarixi bir etiraf etdi. Həm bunu edən ilk erməni rəhbəri kimiQarabağ Azərbaycanın ərazisidirhəqiqətini dilə gətirdi. İkincisi, onun digər ciddi səhvi Ayaz Mütəllibovla bağlı idi. Təsəvvür edin ki, onlar illərdir olmayan bir iddia üzərindən təbliğat qurublar Mütəllibovun da həyatda olduğunuunudublar”. Üstəgəl, Xocalı soyqırımı ilə bağlı eks-prezidentin ermənipərəstArqumenti i Faktıagentliyinə verdiyi müsahibəni saxtalaşdırırlar. Amma o iddia Prezident İlham Əliyevin bircə cümləsi ilə dağıdıldı. Paşinyan Xocalı faciəsi ilə bağlı Ayaz Mütəllibova şər atmağına görə İlham Əliyevdən sərt cavab aldı”. Əziz Əlibəyli deyir ki, onun çıxışında əvvəlcə "Bolşeviklər Partiyasının Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın ərazisidirdeməsi, dərhal sonra isə "Armenia, sorry” deyərək vəziyyətdən çıxmağa çalışması da anormallıq idi. Yəni, burada da ciddi səhvlər etdi: “Ermənilərin nəinki SSRİ, hətta AXC dönəmində Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmələrini təsdiq edən sənədlər var. Yeri gəlmişkən, yuxarıda toxunduğumuz məsələyə Ayaz Mütəllibov da münasibət bildirib. O deyib: “Əlbəttə ki, mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi”. Debatda ən vacibi bu idi ki, Prezident İlham Əliyev bütün dünya ictimaiyyətinə Azərbaycanın problemə baxışını açıqladı. Bu variant da ondan ibarətdir ki, işğal edilmişDağlıq Qarabağa aid olmayan rayonlar azad edilməlidir, məcburi köçkünlər qaytarılmalıdır, onların təhlükəsizliyi təmin edilməlidir Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu həll edilməlidir”. Politoloq deyir ki, ölkə başçısı bununla bir daha bəyan elədi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır: “Həmçinin beynəlxalq birliyə səsləndi ki, - ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Heç bir ölkə Dağlıq Qarabağı tanımır. Daha sonra bizim Qarabağdakı tarixi irsimiz mədəni irsimizin dağıdılması ilə bağlı ortaya faktlar da qoydu, erməni dövlətçiliyi ilə bağlı xəstə yanaşmaları rədd etdi, bir sözlə Paşinyana tarix dərsi keçdi!”.

 

Tural Tağıyev

Palitra.- 2020.- 18 fevral. S. 5.