Gülnar Nəzərova: “ASAN xidmətvətəndaşa bir mərkəzdə rahat və şəffaf xidmət təqdim edir

 

“ASAN xidmət”də könüllü olaraq fəaliyyət göstərən gənclər təcrübə sertifikat əldə edirlər. Bu məsələnin praktik tərəfini təşkil edir. Məsələnin digər tərəfi isə onlar bilik-bacarıqlarını təqdim etmək, fərqli insanlar tanımaq, beləliklə yeni bir şəbəkə qurmaq imkanı əldə edirlər

 

Bu gün ölkədə modern çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində həyata keçirilən layihənin bariz nümunəsi olaraq “ASAN xidmət”in fəaliyyətini göstərmək olar. Fəaliyyətə başladığı vaxtdan “ASAN xidmətmərkəzlərinə müraciətlərin sayı getdikcə artıb vətəndaşlar tərəfindən bəyənilmə əmsalı daha da yüksəlir ki, bu 2019-cu ildə 99,3 faiz təşkil edib. İndiyədək “ASAN xidmət”inÇağrımərkəzinə 3 milyon 942 min 141 müraciət daxil olub. Ötən il isə həmin müraciətlərin sayı 1 milyon 110 min 961-ə bərabər olub. Bu günə qədər 21 mindən artıq gənc "ASAN"da könüllü kimi fəaliyyət göstərib. Həmin könüllülər 550-dən artıq sosial layihə həyata keçiriblər. "ASAN Kadr" isə "ASAN"da olan könüllülərin sonradan tapması üçün platformadır. Burada həm şirkətlər, həm axtaran könüllülər qeydiyyatdan keçir. "ASAN Kadr" sayəsində 1362 könüllü işlə təmin olunub. Onlardan 439-u "ASAN xidmət" mərkəzlərində işlə təmin olunub, digərləri isə ayrı-ayrı özək şirkətlər dövlət qurumlarında işə götürülüblər. Ən böyük sosial layihələrdən biri olan ABAD-çılar ABAD vasitəsilə 2 milyon manatdan yuxarı vəsait əldə ediblər. Bu da xüsusilə aztəminatlı ailələrin sosial rifahının artırılmasında ciddi faktorlardan biridir. Bu il 6 "ASAN Xidmət" bir "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir. Bakıda iki "ASAN xidmət" bir "ASAN Kommunal", eyni zamanda Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında "ASAN xidmət" mərkəzlərinin mərkəzlərinin açılması nəzərdə tutulub. Eləcə Qubada "ABAD" qablaşdırma fabriki açılacaq.

Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Kürdəmirdə “ASAN xidmətmərkəzinin açılışı olub. Ölkə başçısı “ASAN xidmət”lə bağlı fikirlərini bildirib: “Əslində, “ASAN xidmətmərkəzlərinin fəaliyyəti bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmətmərkəzlərində bunların biri yoxdur. Eyni zamanda, “ASAN xidmətmərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm “ASAN xidmətmərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur. “ASAN xidmətmərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi”.

Ölkədə son illərin ən uğurlu layihələrindən biri olan “ASAN xidmət”in fəaliyyətini mütəxəssislər yüksək qiymətləndirirlər. Müsahibimiz sosioloq Gülnar Nəzərovadır:

 

- Son illər ölkədə reallaşan uğurlu layihələrdən biri kimi "Asan xidmət"mərkəzlərinin fəaliyyəti BMT tərəfindən yüksək qiymətləndirilib. Bu layihə ilə bağlı fikirlərinizi bilmək istərdik...

 

- “ASAN xidmət”in yaradılması vətəndaşların işini sözün əsl mənasında asanlaşdırmaq baxımından ən uğurlu fəaliyyətlərdən hesab oluna bilər. Xidmət həm peşəkarlıq baxımından, həm bir neçə xidməti mərkəzləşdirilmiş qaydada təqdim etməkdə üstünlüyə malikdir. Növbəlilik prinsipi onlayn xidmətlər isə vaxt itkisinin qarşısının alınmasında olduqca effektivdir. Eləcə onlayn xidmətlər, xüsusilə onlayn viza xidməti Azərbaycana səfər etmək istəyən xarici ölkə vətəndaşlarının işini asanlaşdırır.

 

-Artıq bir sıra bölgələrdə “ASAN xidmətmərkəzləri fəaliyyət göstərir. Bu günlərdə Kürdəmirdə “ASAN xidmət”in açılışı oldu. Yerlərdə əhalinin problemlərinin həllində bu mərkəzin rolunu necə qiymətləndirirsiniz?

 

- Xidmət rüsumlarından məlumatsız olan vətəndaşların digər qurumlarda aldanma ehtimalları olsa da “ASAN xidmətbu problemi aradan qaldırdı. Belə ki, ödənilən rüsum müqabilində “ASAN xidməttərəfindən qəbz təqdim edilir vətəndaş ödədiyi məbləğ barəsində düzgün məlumat aldığından əmin olur. Eləcə vətəndaş ödəniş müqabilində qəbz tələb etməyin vacibliyini anlamış olur. Bütün bu asan proseslərin nəticəsində isə insanlar öz problemlərinin asanlıqla həllinə nail olurlar.

 

“Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur. “ASAN xidmətmərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi

 

“ASAN xidmətmərkəzləri Bakı şəhərində fəaliyyətə başlasa da regionlarda yaşayan vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə yerlərdə mərkəzlər yaradıldı Səyyar Asan xidmətbütün ölkəni əhatə etməyə çalışdı. Düzdür, yerlərdə xidmətlərin bir çoxunu təqdim edən qurumlar fəaliyyət göstərir. “ASAN xidmətisə regionlarda yaşayan insanlara eyni mərkəzdən müxtəlif xidmətlərin istifadəsinə imkan yaratdı ki, bu da daha uzaq məsafədə, xüsusilə kəndlərdə yaşayanların işini asanlaşdırdı. Bütün mərkəzlərdə olduğu kimiSəyyar ASAN xidmət növbəlilik prinsipi ilə həyata keçirilir qəbz təqdim edilir. Növbəlilik prinsipinin mahiyyətini anlayan vətəndaş bu prinsipi digər müvafiq yerlərdə tətbiq edəcək bu mədəniyyətin cəmiyyətdə inkişafına müsbət təsir edəcək. Bu baxımdan xidmətin müsbət təsirini davamlı hesab etmək olar. Göründüyü kimi istər Bakı şəhərində yerlərdə fəaliyyət göstərən “ASAN xidmətmərkəzləri, istərsə Səyyar ASAN xidmətşəffaflıq, təhlükəsizlik, məsafə vaxta qənaət baxımından vətəndaşa müsbət imkanlar təqdim edir.

 

-Bildiyiniz kimi gənclər könüllü olaraq “ASAN xidmət”in fəaliyyətində mühüm rol oynayırlar. Bu gənclərimiz üçün hansı imkanlar yaradır?

 

- Bu xidmətin gənclər üçün təqdim etdiyi digər imkan isə könüllülük prinsipi ilə fəaliyyətdir. Ölkə başçısının da qeyd etdiyi kimi “ASAN xidmətmərkəzlərinin fəaliyyətə başlaması, əslində, könüllülər hərəkatına da təkan verib. Ancaq ondan sonra könüllülər hərəkatı könüllülərin fəaliyyəti çox geniş vüsət alıb ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynayıblar bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstəriblər. İndi könüllülər hərəkatı könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır.

Tələbələr, xüsusilə regionda təhsil alan gənclərin təcrübə imkanları hər zaman olmur. Müəyyən şirkətlər isə işə qəbul prosesində təcrübəli şəxslərə daha çox önəm verir. “ASAN xidmət”də könüllü olaraq fəaliyyət göstərən gənclər təcrübə sertifikat əldə edirlər. Bu məsələnin praktik tərəfini təşkil edir. Məsələnin digər tərəfi isə onlar bilik-bacarıqlarını təqdim etmək, fərqli insanlar tanımaq, beləliklə yeni bir şəbəkə qurmaq imkanı əldə edirlər. Bu cür könüllü fəaliyyətlər gələcəkdə gənclərə yeni perspektiv imkanlar verir. Hesab edirəm ki, bu cür fəaliyyətlərin genişlənməsi ölkədə bu istiqamətdə olan problemlərin həllində böyük töhfələr verə bilər.

 

Nigar Abdullayeva

Palitra.- 2020.- 18 fevral. S. 6.