Heydər Əliyev müdriklik missiyasının elmi-idraki şərhi...
(Mahirə
Hüseynova. Missiya. ADPU-nun nəşriyyatı,
Bakı, 2019. – 366 səh.)
Xalqımızın böyük oğlu Heydər
Əliyevin titanik fəaliyyətinin çox geniş, əhatəli
olduğu məlumdur. Filologiya elmlər doktoru, professor, tanınmış
dilşünas-alim və şair, yazıçı-publisist
Mahirə Hüseynova Nağıqızının növbəti
kitabı olan “Missiya” ümummilli lider, müstəqil Azərbaycan
dövlətinin memarı Heydər Əlirza oğlu
Əliyevin çoxşaxəli ictimai-siyasi fəaliyyətinin
əvəzedilməz missiyasının elmi-nəzəri,
publisistik şərhinə həsr olunmuşdur.
Kitabın
elmi redaktoru və “Ön söz” müəllifi akademik İ.Həbibbəyli,
elmi məsləhətçisi tarix üzrə elmlər
doktoru, professor Cəfər Cəfərov, rəyçiləri
filologiye elmələri doktoru Himalay Qasımov və Buludxan Xəlilovdur.
Bəri başdan qeyd edim ki, əvvala bu mövzu mənə
doğma bir mövzudur, bu mövzuda yazdığım dərslik
(“Heydər Əliyev və ədəbiyyat məsələləri.” Bakı: ADPU, 2007- 400 səh.)
ilklərdəndir... Sonra da, Heydər Əliyevin
irimiqyaslı, qlobal fəaliyyəti barəsində çox
görkəmli xadimlərin, elm adamlarının,
yazıçı və jurnalistlərin xeyli dəyərli əsərləri,
monoqrafiyaları, cild-cild kitabları mövcuddur... Mənə
məlum olan biblioqrafik məlumata görə təkcə
1997-2017-ci illər arasında Heydər Əliyev və mədəniyət,
ədəbiyyat, dil, təhsil və s. problemləri əhatə
edən 144 adda kitabın nəşri məlumdur ki, bu
sırada samballı və yeni məzmunlu bir əsərin
ortaya qoyulması böyük məharət tələb
edirdi...
Professor
Mahirə Nağı qızı Hüseynovanın çox
böyük cəsarətlə bu mövzuya müraciət etməsi,
doğrusu, məni heyran etdi, həm də içimdə gizli
bir “xof” yarandı ki, görəsən, Mahirə xanım ulu
öndər Heydər Əliyevə həsr elədiyi “Missiya”
kitabında yeni, fərqli nə deyəcəkdir?! Oxudum...
Oxuduqca da sevindim, daxilim rahatlandı, mövzuya fərqli bir
baxışın şahidi oldum və bu hissin aurasında da,
kitab haqqında fikrimi, duyğularımı ədəbi
ictimaiyyətlə bölüşmək niyyəti ilə bu məqaləni
yazmağa başladım və yazdım...
Bu kitabda
da, ulu öndərin həyat və fəaliyyətinin elmlə,
ədəbiyyatla, dillə, mədəniyyətlə
bağlı ən bariz məqamları geniş xarakterizə
olunur, görkəmli ictimai-siyasi dövlət xadiminin bu sahədəki
zəngin irsi əsaslı şəkildə, yeni metedoloji səpkidə
araşdırılır, dahi şəxsiyyətin Azərbaycan
xalqının müstəqilliyi və müstəqil Azərbaycan
dövlətinin qurulması və möhkəmləndirilməsi
yolunda həyata keçirdiyi titanik fəaliyyətinin
tutarlı cəhətləri əhatə olunur. Azərbaycan
tarixinə şanlı səhifə yazan,“iki
ictimai siyasi quruluşda Azərbaycana
rəhbərlik edən” Heydər Əliyevin Azərbaycan
iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini,
nüfuzunu çatdırılmasında “Missiya”
kitabının böyük rolu vardır.
Professor Mahirə Hüseynova həyatın bütün
sahələrində Ümummilli Liderin fəaliyyətini
dialektik vəhdətdə götürür. Müəllif
bir siyasi rəhbər kimi Heydər Əliyev
strategiyasının uğurunu onun əvvəl dövlət
yaratmasında, daha sonra mənəvi dəyərlərimizi uca
tutmasında görür.
Filologiya və tarix sahəsində sanballı elmi
elitanın dəstəyi ilə ərsəyə gəlmiş
bu kitabda müəllifin Öndərin postsovet dövrü
ictimai-siyasi fəaliyyətinə, onun xüsusilə, Azərbaycan
ədəbiyyatı, mədəniyyəti və incəsənətinin
tanıdılmasında xidmətlərinə zəngin erudisiya
ilə yanaşması xüsusi olaraq qeyd edilməidir.
Əsərdən
görsənir ki, milli ideologiyamızın yaranması və
formalaşmasında böyük
xidmətləri olan Ulu Öndərin ictimai fəaliyyətinə müəllif
dərindən bələddir.
Fikrimizcə,
müəllifin yüksək elmi potensialı və
erudisiyasının nəticəsi olaraq “Missiya”kitabında
Ümummilli Liderin siyasi fəaliyyətini Azərbaycanın
tarix bo-yu müstəqillik mübarizəsi ilə müqayisə
edilməsini, milli ruhun yüksəlişinin,
xalqımızın illərdən bəri qəlbində
yaşatdığı milli dövlətçilik
ideyasının milli azadlıq mübarizəsində əsas
hərəkətverici qüvvəyə çevrilməsində
mühüm zəmin olması qənaət kimi qiymətləndirilməlidir.
Mahirə
Hüseynova Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının
inkişafı ilə bağlı fəaliyyətinə kreativ elmi
metodoloji cəhətdən yanaşmış, Azərbaycan
dilinin qorunması və inkişafı, onun dövlət dili səviyyəsinə
qaldırılması, xalqın ədəbiyyat və mədəniyyətinə,
həmçinin ədəbiyyat və mədəniyyət
xadimlərinə qayğısı ilə bağlı
böyük bir dövrü – 1969-cu ildən bu
günümüzə qədər illəri əhatə edir.
Kitabda böyük dövlət xadiminin ölkəmizdə elm
və təhsilin inkişafı ilə bağlı gərgin və
məhsuldar, səmərəli əməyinə xüsusi yer
ayrılır...
Müəllif
faktların dili ilə sübut edir ki, dünya türklərinin
lideri sayılan Heydər Əliyev təkcə Azərbaycan
dilinin qayğısına qalmaqla kifayətlənməyib,
müasir türk xalqlarını yaxınlaşdırmaq,
onların arasında mənəvi, mədəni, iqtisadi
bağlılığı, əlaqəni daha da dərinləşdirmək
üçün çox işlər görüb.
Bu mənada,
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci
dönəmdə oldu-ğu kimi, müstəqil Azərbaycan
Respublikasının Prezidenti olduğu dövrdə də ana
dilinin qorunub saxlanılması ilə yanaşı, onun
inkişafı məsələsinə xüsusi önəm
verməsinin şərhi əsərin yüksək məziyyətlərindən
hesab olunmalıdır.
“Missiya” kitabına akademik İsa Həbibbəyli “Əbədiyaşar
düha və möhtəşəm müasir inkişaf”
başlığında olduqca dərin məzmunlu, əhatəli
və dəyərli ön söz yazmış, kitabın məziyyətlərini
lazımınca təqdim etmişdir. Kiçik bir fraqmentə diqqət edək:
“Professor Mahirə Hüseynova kitabında ümummilli liderin
birinci dəfə Azərbaycanın siyasi hakimiyyəinə gəldiyi
ərəfədə ölkədə mövcud olan
ictimai-siyasi vəziyyətin dolğun mənzərəsini
yaratmaqla Heydər Əliyevin ölçüyəgəlməz
xidmətlərinin miqyasını və əhəmiyyətini
təqdim edə, böyük siyasətçi və dövlət
adamının adı ilə bağlı Azərbaycançılıq
strategiyasının incəliklərini göstərə
bilir.”
Bu fikrin
davamı olaraq qeyd edək ki, müəllif bildirir ki, Ulu
Öndər Heydər Əliyevin xalqına həsr olunmuş həyat
yolunun hələ çox səhifələrinin
araşdırılmasına, hərtərəfli öyrənilməsinə,
siyasi-ictimai fəaliyyətinin ayrı-ayrı məqamlarının
işıqlandırılmasına yenə də, çox ciddi
ehtiyac vardır..
Mahirə
Hüseynovanın “Missiya” kitabı Ümummilli Liderin şəxsiyyəti
və ruhu
qarşısında fədakar xidmətin bariz nümunəsidir.
Kitabın ən böyük hissəsi “Missiya”
başlığı altında verlən material və burada
Heydər Əliyevin hələ 1999-cu ildə Rusiyanın ən
məşhur jurnalisti Andrey Karaulova verdiyi dərin, əhatəli,
cəsarətli, proqram səviyyəli müsahibəsinin mətni
və şərhi təşkil edir. Sonra kitabda
doqquz yarımbaşlıqda bir-birini tamamlayan mövzular
ardıcıllıqla əksini tapmışdır. Burada
“Dünya Heydər Əliyevi belə görür və
tanıyırdı”, “Dövlət quruculuğunun yeni mərhələsi”,
“Əbədiyaşar ümumilli lider”, “Heydər Əliyev və
natiqlik sənəti”, “Müstəqil Azərbaycan dövlətinin
qurucusu”, “Nümunələri ilə
xatırlatdığımız böyük dövlət
xadimi”, “Şəxsiyyət və zaman”, “Ulu öndər
intibahın əbədi simvoludur”, “Yazı mədəniyyətində
əlamətdar gün” eılmi-publisistik oçerklərində
Ulu Öndərin nümunəvi, parlaq ədəbi-bədii,
siyasi-ictimai obrazı ən müxtəlif rakurslardan
canlandırılır... Belə ki, bu elmi-publisistik oçerklər
özlüyündə ayr-ayrı problemlərə həsr
edilsə də, aydın hiss olunur ki, müəllifin təqdim
etdiyi kitabın məzmununun alt qatında vahid süjet xətti
var və bu xəttin baş qəhrəmanı ümummili
liderimiz Heydər Əliyevdir... Mahirə Hüseynova Heydər
Əliyevin obrazını təşkil edən qatları beləcə
müxtəlif problemlər müstəvisində açır
və bu obrazın hər bir qatında xalqının bu
günü ilə çulğaşan tarixi keçmişinə
hörmətlə yanaşı, gələcək nəsillər
qarşısında qayğıkeş müdriklik
missiyasının daşıyıcısını da
görürük, dərk edirik...
Müəllif düzgün qeyd edir ki, müstəqillik
illərində ikinci bir məsələ barəsində Azərbaycan
dilinin dövlət dili statusunun təmin edilməsi ilə
bağlı olduğu qədər rəsmi sənəd qəbul
edilməmişdir. Dil haqqında mükəmməl qanun
hazırlanıb təsdiq edilmiş, cəmiyyətdə ana
dilinin layiqli mövqeyə qaldırılması ilə əlaqədar
dövlət proqramı qəbul edilmiş, Prezident fərmanları,
sərəncamlar verilmiş, bu məsələ daim ölkə
rəhbərliyinin diqqət mərkəzində olmuşdur.
Bu da təsadüfi deyil.
Çağdaş Azərbaycan dövlətinin memarı və
qurucusu ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin
hər iki dövrü, ulu öndərin ideya və əməllərinin
sadiq davamçısı Prezident İlham Əliyevin dövlət
başçısı kimi son 15 illik fəaliyyəti ana
dilimizə müstəsna sayğının və onun dövlət
dili statusunun yüksək səviyyədə təmin edilməsinin
məmnunedici örnəkləri ilə zəngindir. Heydər Əliyev düzgün müəyənləşdirmişdi
ki, milli varlığın qorunması və ümumxalq həmrəyliyinin
yaranması və möhkəmlənməsində
mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni
zənginləşmə, elmi-texniki inkişaf
üçün zəruri olan ünsiyyət vasitəsidir.
Ana dili hər bir xalqın mənəvi sərvəti,
mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin
tam mənada gerçəkləşdirilməsinə,
suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə
və onun əbədiləşdirilməsinə xidmət
edir. Müəllif faktlarla sübut edir ki,
xalq dilinin qədr-qiymətini dürüst müəyyənləşdirərək
inkişafına dövlət siyasəti səviyyəsində
önəm verən ilk böyük şəxsiyyət ulu
öndər Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyev bütün
şüurlu həyatı boyu Azərbaycan dilinin dünəninə
böyük ehtiram bəsləyən, bu günündə
dilin inkişafında səmərəli iştirak edən,
sabahına əbədiyyət zamanı daxilində ümidlə
baxan böyük və əvəzedilməz zəka sahibi olan
siyasət adamıdır.
Mahirə
Hüsüynova bu tədqiqatında böyük ustalıqla tədqiq
edərək sübut edir ki, Heydər Əliyev cənabları
Azərbaycan ədəbi dilinin dərinliklərinə
hopmuş canlı danışıq dilinin məxsusi özəlliklərinin
bütün çalarlarını virtuoz bir natiq kimi
çıxış və nitqlərində ifadə edə
bilirdi...
Həmçinin bu tədqiqatda, bütün mənalarda
ləyaqətli bir varisin üzərinə düşən
siyasi, mənəvi və vətəndaşlıq borcunu necə
böyük məsuliyyət və müdrikliklə həyata
keçirdiyini nümayiş etdirir. Əslində böyük bir dahinin
bütün mənalı həyatı boyu digər
saysız-hesabsız xidmətlərilə yanaşı, bir
müstəsna xidməti də Vətəni, xalqı naminə
düşüncələrini, arzularını və
planlarını həyata keçirəcək bir varisi bu
missiyaya hazırlamaq olmuşdur ki, biz İlham Əliyev şəxsiyyətinin
bütövlüyünü və
ardıcıllığını burada görürük...
Mahirə Hüseynova bir dilçi alim kimi siyasi, elmi
publisistikanın çox incə priyomları ilə bu
missiyayanın müxtəlif, çoxşaxəli, rəngarəng
çalarlarını qovsi-qüzeh təkin oxucularının
gözləri qənşərində mükəmməlliklə
aça bilir və canlandırır...
Rus və alman kimyaçısı, Kimya üzrə Nobel
mükafatı laureatı Vilhelm Ostvaldın “Nobel
çıxışı”ndakı deyimi ilə yanaşsaq,
“böyük insan böyük işlər görən nəhəng
aparatdır, onların dünyaya gəlməsi çox nadir
hallarda baş verir.” Azərbaycan xalqının ümumilli
lideri də bu nadir insanlardan idi və Türkiyənin
tanınmış siyasi xadimi Bülənt Ecevit nahaq demirdi ki,
“Heydər Əliyev min ildən bir yetişən dahilərdəndir.”
Əlbəttə, belə bir nəhəng siyasət
ustası, fenomen insan haqqında birdən-birə sənədli
publisistika janrında əsər yazmaq çox çətin və
məsuliyyətli bir vəzifədir. Heydər
Əliyev bizim müasirimiz olsa belə, bu, hələ o demək
deyil ki, biz onun haqqında hər şeyi bilirik. Bu
düşüncədə olan insanlar həmkarım Mahirə
Hüseynovanın “Missiya” kitabı ilə yaxından tanış olduqdan sonra
yanıldıqlarının şahidi olarlar. Müəllif,
sanki, ulu öndərin Tanrı tərəfindən çiyninə
qoyulan missiyaya parlaq bir güzgü tutur və bizdə “ədəbiyyat
həyatın güzgüsüdür” ifadəsinin mənasına,
bir daha, tərəddüd etmədən inandırır...
Mənə elə gəlir ki, müstəqilliyin,
demokratiyanın, insan azadlığının illər boyu
gözlədiyimiz hansısa böyük nailiyyətlərinin
yanında həmişə insan mənəviyyatı ilə
bağlı problemlər olur. Bu ancaq fəhmikar
alim-yazıçının səlahiyyətinə aiddir ki,
onları görə bilsin, çəkinmədən, obyektiv
şəkildə və bütün təbiiliklə əks elətdirsin.
Mahirə Hüseynova Nağıqızı bu kitabı ilə
bunu bacardı... O, yalnız müasir müstəqil Azərbaycan
dövlətinin deyil, həm də müasir Azərbaycan millətinin
yaradıcısı, qurucusu olan, onu təşkil edən bir
şəxsiyyətin həm bədii, həm publisistik, həm
siyasi, həm də sadəcə bir Azərbaycan vətəndaşı
kimi Heydər Əliyevin mükəmməl bir portretini
yaradıb...
Amma
Ümummilli liderin portreti o qədər də mükəmməl
və tam olmazdı, əgər, Mahirə Hüseynova, eyni
zamanda, bizim hörmətli Prezidentimiz, türk
dünyasının liderlərindən biri, bəlkə də
birincisi olan cənab İlham Əliyevin də portreti
yaradılmasaydı...
Heydər Əliyevin bu xalq, ölkə
qarşısında bir böyük xidməti vardı, əgər
o baş tutmasaydı bu gün müstəqil Azərbaycan
adlı bir dövlət yox idi. Heydər Əliyevin
xidməti ondan ibarət idi ki, özünü itirmiş,
başı pozulmuş ilxı kimi özünü qayadan
atmağa hazırlaşan xalqın qarşısını kəsdi,
xalqı təşkil etdi, topladı, Azərbaycan
xalqının tarixdə yaşamaq hüququnu təşkil edən
bir əbədi qəhrəmana çevrildi, xalq qəhrəmanına.
Professor, dilşünas, şair, yazıçı-publisist
Mahirə Hüseynova Nağıqızı bütün bu
tarixi zərrə-zərrə toplayaraq möhtəşəm
və çox dəyərli bir əsərdə birləşdirdi...
Heydər Əliyevin iti zəkası bir Tanrı vergisi
idi. Onun hazırcavablığı, onun gələcəyi
görmək hissinin gücü, onun istənilən şəraitdən
çıxış yolu tapmaq qabiliyyəti heyrətamiz idi.
Gündəlik dövlətçilik fəaliyyəti
ondan gərgin zehni əmək və psixoloji qüvvə tələb
edirdi. Onun iş qabiliyyətinin, inzibati fəaliyyətinin
və ictimai ruhunun digər bir nümunəsi yox idi. Bir sözlə, o həqiqətən möcüzə
idi. Mahirə Hüseynova bu əsərində Heydər
Əliyev möcüzəsinin qeyri-adi keyfiyyətlərini sadəcə
təsvir etmir, əksinə tarixi sənədlər, hadisələr
və faktlarla oxucusuna təqdim edir və bu dahinin obrazı
oxucunun fikir dünyasında məhz belə canlanır...
Əlbəttə,
Heydər Əliyevin müasirləri, ətrafındakılar,
hətta onu sevməyən, ona paxıllıq edənlər belə
onun dərin zəkasına, məntiqinə, fenomenal
yaddaşına, siyasi intuisiyasına, polad iradəsinə və
qətiyyətinə şübhə ilə yanaşa bilmirdi və
onun həqiqətən Tanrının seçilmişlərindən
olduğunu etiraf edirdi. Əsəri oxuduqca adamda
belə bir fikir formalaşır ki, Heydər Əliyevin sahib
olduğu bütün nadir üstün keyfiyyətlər yeganə
bir hissdən – xalqına və ölkəsinə sevgidən
qidalanır. Həyatda olduğu kimi əsərdə də
elm, ədəbiyyat və incəsənət sahəsində
istedadlı insanların nədən Heydər Əliyevin cazibəsinə
düşdüyünün, niyə bu zümrədən olan
adamlara onun daha böyük qayğı ilə
yanaşdığının, diqqət göstərdiyinin
sirrinə açar
axtarırsan. Aydın olur ki, Heydər Əliyev xalqın mənəviyyatını
qidalandırdıqları,
dünyagörüşlərini zənginləşdirdikləri
üçün ölkəsinin bu adamlara böyük
ehtiyacı olduğundan onlara dəyər verir, layiq
olduqları qayğını göstərir...
“Ulu
öndərimizin natiqlik mədəniyyəti”, “Ulu öndərimizin
natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”,
“Ulu öndərimizə məhəbbət ruhunda” dəyərli
əsərlərinin davamı kimi “Missiya” monaqrafiyası da
sübut etdi ki, Mahirə Hüseynova üçün Heydər
Əliyev əbədi mövzu olmuş və olaraq da qalır…
Heydər Əliyev XX -XXI əsrlərdə 34 ildən
artıq xalqımızın taleyində məsuliyyət
daşıyan, onu istiqamətləndirən, xalq gəmisinə
kapitanlıq edən bir şəxs olub. Anacaq onun həyatı,
təkcə bu illərdə deyil, hələ Dövlət Təhlükəsizlik
Komitəsindəki fəaliyyəti illərində də həmişə
qürur hissi keçirdiyi ölkəsinin və
xalqının taleyi ilə sıx bağlı olub.
Filosoflar yazır ki, “insan özünü təbiətin,
Tanrının yaratdığı dünyanın bir hissəsi
hesab edəndə, özünün bu dünyanın taleyinə
məsuliyyət daşıdığını başa
düşəndə o zaman şəxsiyyət olur!” Tədqiqatçı
xanım təkzibolunmaz gerçəklərə, tarixi faktlara
istinad edərək Heydər Əliyevin gənc
yaşlarından xalqının taleyinə necə məsuliyyətlə
yanaşdığının publisistik mənzərəsini
yarada bilmişdir. Heydər Əliyev
bütün fəaliyyəti boyu Azərbaycan xalqının
milli ləyaqətinin yüksəlməsinə
çalışmış, fikir və mülahizələrində
xalqın milli ləyaqət fəlsəfəsinin əsaslarını
hazırlamışdır.
Kitabda Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan
Respublikasına 34 illik rəhbərliyi dövründə
yürütdüyü dil siyasəti mövcud sənədlərə,
dillə bağlı çıxışlarına, müdrik
kəlamlarına, deyimləri və tövsiyələrinə
əsaslanaraq aşkarlanmışdır... Bununla
yanaşı, kitabda Azərbaycan dövlət dil siyasətinin
formalaşması tarixindən, Azərbaycan dilinin dövlət
dili kimi inkişafı uğrunda Heydər Əliyevin
mübarizəsindən və s. haqqında maraqlı məlumat
verilir. Bu kitabın maraqlı cəhətlərindən
biri də budur ki, Heydər Əliyev fenomeninin necə dərk
olunmasına, bu kontekstdə Azərbaycanda dünya mədəniyyətinə
münasibətlərin necə qurulmasına, ümummilli
liderin irsinin Azərbaycan humanitariyasına necə təməl
təşkil etməsi məsələlərinə də
müəyyən dərəcədə işıq salır.
Beləliklə, tarixin yetirdiyi yeganə və əvəzedilməz
şəxsiyyət kimi Heydər Əliyev bu kitabda Azərbaycanın
gələcək nəsillərinə örnək insan kimi təqdim
edilir...
Professor
Mahirə xanımın “Missiya” monoqrafik, elmi-publisist əsəri
barəsində fikrimizi ümumiləşdirsək tezis şəklində
aşağıdakı nəticələri qeyd edərdim:
1.
Oxuculara təqdim olunan bu kitabda dünya şöhrətli
siyasi xadim, ümummilli liderimiz Heydər Əlirza oğlu
Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət
haqqında görüşlərindən söhbət
açılır, dünya ədəbiyyatı ilə
bağlı fikirləri təhlil edilir, təhsil sahəsindəki
xidmətləri araşdırılır;
2. Azərbaycanda
dil quruculuğu sahəsində gördüyü işlərdən,
onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki
fikirlərindən, Heydər Əliyevin Azərbaycan dilinin
inkişafındakı böyük xidmətlərindən,
70-ci illərin əvvəllərindən başlayaraq onun
yürütdüyü milli dil siyasətindən, dilimizin
dövlət dili statusu alması və beynəlxalq səviyyəyə
yüksəlməsi uğrunda mübarizəsindən bəhs
edilir;
3. Kitabda
Heydər Əliyevin ədəbiyyat və mədəniyyətə
dair baxışlarına, xalqımızın milli mentalitetinin
formalaşmasında onun oynadığı rola, həmçinin
fəaliyyətinin hər mərhələsində üzə
çıxan keyfiyyət dəyişikliyinə də
işıq salınır;
4. Kitabda Heydər Əliyevin sosial fəlsəfəsinin
və xalqın mentalitetinin formalaşmasının elmi
metodoloji prinsipləri açıqlanır. Xalqın mentalitetinin
qaynaqları, tarixi yaddaş, vətən amalı, azərbaycançılıq
ideyası, milli həmrəylik və siyasi mentalitet kimi az tədqiq olunan problemlər şərh olunur;
5. Kitaba
daxil edilmiş elmi-publisist və problematik oçerklərdə
maarif və mədəniyyətimizin, elm və təhsilimizin
yorulmaz fədaisi Heydər Əliyevin ölkəmizin təhsil
sisteminin inkişafı sahəsindəki xidmətlərindən,
təhsil islahatlarının hazırlanıb həyata
keçrilməsində Ulu Öndərin əvəzsiz rolundan
söhbət açılır;
6. Milli-mənəvi
keyfiyyətlərimizin köklərinə toxunan və
xalqımızın mədəniyyət tarixinə ekskursiya edən
müəllif öz fikirlərini dahi söz
ustatlarının, görkəmli şəxsiyyətlərin
böyük siyasi xadim Heydər Əliyev haqqında kəlamları
ilə üzvi surətdə verməyə
çalışılır;
7. Kitabda
Heydər Əliyevin ölkənin əqli potensialını
formalaşdıran təhsil, bilik, məktəb və ali təhsil müəssisələrinə dair
ideya və fikirləri təcürbi-əməli faktlarla
ümumiləşdirilərək şərh edilir;
8.
Monoqrafiyada görkəmli şəxsiyyət, ümummilli
lider, dünya siyasətçisi, böyük diplomat, zəngin
dövlətçilik, təcrübəsinə malik, Azərbaycan
xalqının xilaskar oğlu Heydər Əliyevin çoxcəhətli,
nəhəng fəaliyyətinin bir istiqaməti – Azərbaycan ədəbiyyatına
qayğısı, məhəbbəti və rəhbərliyi
siyasi-ictimai, sosial, mədəni baxışlar fonunda
araşdırılır;
9. Monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin
inkişafında, təşəkkül tapmasında Ulu
Öndər Heydər Əliyevin nitq və
çıxışları kompleks şəkildə tədqiq-təqdim
edilir.
Əslində,
bu kitab ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbətin,
Azərbaycan xalqına məxsus əvəzedilməz, dahi bir
insana, tarixi şəxsiyyətə olan sədaqət və
ehtiramın elmi-publisistik sözün bütün koloriti ilə
ifadəsidir...
Məmunluqla deyirəm ki, bu kitabı oxumaqla müstəqil
Azərbaycanın memarı və qurucusu olan bu dahinin şəxsiyyəti,
siyasi fəaliyyəti, vətənkeşliyi, qətiyyəti,
müdrikliyi və xalqının xilaskarlıq missiyası
haqqında müstəqil və zəngin məlumat almaq olar. Mahirə Hüseynovanın
“Missiya” kitabı Ulu Öndərin şəxsiyyətinə mənəvi
borcun və ehtiramın bariz nümunəsi kimi faydalı
olacağını qəti əminliklə bildirirəm...
Tərlan Novruzov,professor, filologiya elmləri doktoru.
Palitra.- 2020.- 18 fevral.
S. 13.