Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir

 

Nərmin Hüseynzadə: “Gənclərimizi sadəcə düzgün istiqamətə yönəltmək lazımdır ki, onlar öz bacarıqlarını, ictimai aktivliklərini göstərə bilsinlər

 

 

Müsahibimiz adı öncüllər sırasında hallanan gənclərimizdən olan Nərmin Hüseynzadədir. Nərmin 1995- ci ildə Bakıda anadan olub. 2002-ci ildə orta təhsilə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 286 saylı tam orta məktəbdə başlayıb, 2013-cü ildə həmin məktəbi bitirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimi fakültəsinə qəbul olub. 2017-ci ildə həmin Universiteti bitirərək "Zəngilan rayon Şəfəq körpələr evi"ndə fəaliyyətə başlayıb.

Hazırda Zəngilan Rayon İcra Hakimiyyətində çalışan bu aktiv gənclə bağlı olan müsahibəni oxuculara təqdim edirik:

 

- Gənc yaşda mühüm vəzifədə çalışmaq çətin deyil ki?

 

- Əslində son illərdə Azərbaycanda bütün mühüm işlərdə, dövlət sektorunda çalışan xeyli sayda gənc kadrları müşahidə edə bilərik. Yəni, 10-15 il əvvəllə müqayisədə indi gənclər məsul vəzifələrdə daha çox təmsil olunmağa başlayıblar. Bu da ondan xəbər verir ki, gənclərin mühüm vəzifələrdə, dövlət işlərində ağır məsuliyyət tələb edən vəzifələrdə çalışması onlara heç bir çətinlik yaratmır. Azərbaycanda çox uğurlu gənclər siyasəti həyata keçirilir. Maraq üçün onu da vurğulayım ki, mən ümumilikdə ictimai işlərdə daim aktivəm. 2018-ci ildən etibarən ictimai işlərdə daha çox aktiv olmuşam, Yeni Azərbaycan Partiyası Zəngilan Rayon Təşkilatında Məsləhətçi vəzifəsini icra etmişəm. 2019-cu ildən etibarən isə Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı aparatında böyük məsləhətçi, Yetkinlik yaşına çatmayanların işləri hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsini icra edirəm. Eyni zamanda YAP Zəngilan rayon təşkilatının Gənclər birliyinin sədri kimi ictimai vəzifə daşıyıram. Həmişə ictimai işlərdə aktiv olmağı özümə borc şərəf bilmişəm.

 

- Həmyaşıdlarınızla, ümumilikdə gənclərlə işləmək çətin deyil ki?

 

- Əslində ən rahat məhz gənclərlə birgə qurulan fəaliyyətdir. Yəni, bu gün Azərbaycan gəncliyi, gənclərimizin böyük əksəriyyəti intellektual, savadlı mədənidir. Düşünmürəm ki, belə bir aktiv təbəqə ilə işləmək, onlarla ictimai aktivliyi təmin etmək çətin olsun. YAP böyük siyasi təşkilatdır, YAP gəncləri sözün həqiqi mənasında əsl gücdürlər. Gənclərimizi sadəcə düzgün istiqamətə yönəltmək lazımdır ki, onlar öz bacarıqlarını, ictimai aktivliklərini göstərə bilsinlər. Bir daha qeyd edirəm ki, gənclərimizin vətənpərvər, sağlam ruhlu, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətimizin gələcəyi üçün önəmlidir. Bütün bu sadalananlar isə bu gün əksər gənclərimizdə mövcuddur. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ölkə başçısı da bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi önəm verilir. Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm bəhrələnən sosial qrup kimi qəbul edir.

 

- Yəqin bütün bu inam etimadın nəticəsidir ki, gənclər dövləti, dövlətçiliyi dəstəkləyir, ölkə başçısının ətrafında sıx birləşirlər.

 

- Əlbəttə. Necə ki, ölkə başçısı gənclərə inanır, eləcə gənclərimiz dövlətimizin başçısı ilə qürur duyurlar.

Sizə bir misal deyim. Son günlərin ən çox müzakirə olunan mövzusu olan Münhendəki məlum debatlar gənclərimiz tərəfindən böyük diqqətlə izləndi. Gənclərimiz həmin görüşlə bağlı sosial şəbəkələrdə çoxlu paylaşmalar etdilər. Hazırda dünyanın hər yerində sosial şəbəkələr insanların həyatına aktiv şəkildə daxil olub. Eləcə bizim ölkədə bu, belədir. Bu mənada gündəmdə olan bir məsələyə cəmiyyətimizin cür reaksiya verildiyini yoxlamaq üçün sosial şəbəkələrə baxmaq kifayətdir. Gənclərimiz Prezidentin Münhendəki diplomatik uğurunu, səsləndirdiyi fikirləri böyük həvəslə paylaşdılar. Gənclər Paşinyanın dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan Prezidentinə diplomatik məğlubiyyətinin şahidi oldular. Yəni, bütün bunları ona görə xatırlatdım ki, Azərbaycanda ölkə başçısına olan sevgi dəstək bütün cəmiyyətimizdə mövcuddur, o cümlədən gənclər arasında.

 

- Bildiyiniz kimi bu ilkönüllülər ilielan edilib. Azərbaycan gəncliyinin könüllülük fəaliyyətinə verdiyi töhfəni necə qiymətləndirirsiniz?

 

- Doğrudan da könüllülük fəaliyyətində Azərbaycan bir çox ölkəyə nümunə ola biləcək səviyyəyə gəlib çatıb. İllərlə ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbir yarışlarda könüllülərin ağır zəhmətləri özü sözünü dedi. Bu gənclərimiz olmasaydı inanın ki, effektiv yarış da keçirmək mümkün olmazdı. Yəni, yalnız yarış böyük tədbirlərdə deyil, bu gün ayrı-ayrı dövlət qurumlarına yardım edib onlara məxsus yerlərdə, obyektlərdə könüllü çalışan gənclərimiz sözün həqiqi mənasında alqışa layiqdirlər. Düşünmürəm ki, onlara verilən dəyər bu ilin yalnız könüllülərə həsr edilməsi ilə yekunlaşacaq. Yəqin, ki, ildən ilə könüllülük fəaliyyəti ilə məşğul olan tələbə gənclərimiz üçün daha geniş imkanlar açılacaq, onların gələcək fəaliyyətlərində, karyeralarında könüllülük işi tramplin rolunu oynayacaq...

 

Tural Tağıyev

 

Palitra.- 2020.- 21 fevral.- S.5.