Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

 

Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir. Növbəti tədbir “Okçular vakfı”nda təşkil olunub. Öncə Xocalı soyqırımına həsr olunmuş foto sərginin nümayişi keçirilib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Tədbirdə giriş nitqi ilə çıxış edən Bəyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız Xocalı soyqırımının Türkiyədə böyük üzüntü, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq.

Beyoğlu icra başçısı Mustafa Demirelli keçmişi dəqiq şəkildə təhlil edib gənclərimizin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Bütün dünya xalqlarını bu hadisəyə, ümumilikdə terrorizmə, erməni vandalizminə qarşı səsini ucaltmağa çağırıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev tarixi hadisələrin xronologiyasına nəzər salıb: “1905-ci ildə Qarabağda, 1918-də Bakıda və 1992-ci ildə Xocalıda Azərbaycan türklərinə qarşı həyata keçirilən soyqırımlarını bir-birindən ayırmaq olmaz; hamısı erməni separatçı terrorçularının eyni məqsəd üçün həyata keçirdikləri cinayətlərdir. Birinci Dünya müharibəsində üç cəbhədə müharibə aparan Osmanlı imperiyasını arxadan xəncərləyərək cinayətlər törətmiş ermənilər həmin əməllərini daha sonra Azərbaycan torpaqlarında davam etdiriblər”. Ermənilərin törətdiyi Xocalı soyqırımının təfərrüatları barədə məlumat verən Baş Konsul M.Hacıyev daha sonra bu faciəni daim gündəmdə saxlayan Türkiyəyə təşəkkür edib.

Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram tarix boyu ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti, həmçinin Xocalı faciəsi haqqında bəhs edib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılması istiqamətində tələbələrin və sosial medianın rolunun vacibliyini vurğulayıb.

Aİİ-nin Elminnovasiyalar üzrə prorektoru Aqil Şirinov erməni vəhşiliklərini tarixi nöqteyi-nəzərdən təhlil edib. O, Xocalıda baş vermiş soyqırımı faktlarını, insanların hansı amansızlıqlarla – qadın, qoca, uşaq demədən – qətlə yetirildiyini bildirib. A.Şirinov, həmçinin XX əsrin əvvəllərində ermənilər və onların havadarları tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş 31 Mart hadisələrini, soyqırımı nəticəsində dinc əhalinin amansızlıqla qətlə yetirilməsini, yüzlərlə kəndi, yaşayış yerlərini dağıdıb viran qoymalarını diqqətə çatdırıb. Qeyd edib ki, tarix boyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olublar.

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı jurnalist Səriyyə Cəfərova tədbirdə çıxış edərək, Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunanOnlar heç vaxt böyüməyəcəklər” kitabı haqqında bəhs edib. S.Cəfərova soyqırımı haqqında olan rəsmi və gizlədilmiş faktlar, öldürülən insan sayı haqqında məlumat verib. Şahidlərin, o hadisələrdən sağ çıxmış insanların, əsir düşüb, daha sonra əsirlikdən xilas olmuş insanların həmin hadisələr barədə söylədikləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə “Xocalı zülmət bir gecə” sənədli filmininnümayişi olub. Filmdə Xocalı soyqırımının canlı şahidləri həmin gündən danışırlar.

 

İraq saytlarında dərc olunan məqalədə Xocalı soyqırımı barədə geniş məlumat verilib

Bu arada İraq mətbuatında Xocalı soyqırımı və erməni vəhşilikləri barədə geniş məlumat verilib. İraqın “s-news”, “mnolalim.home.blog” və “sindibadnews.com” saytlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan məqalə dərc edilib.

Məqalədə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəyə başlaması, torpaqlarımızın 20 faizdən çoxunun işğal olunması və törədilən cinayətlər haqqında əhatəli məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, keçmiş SSRİ rəhbərliyinin yanlış milli siyasəti və ermənilərə havadarlıq etməsinin nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar işğala məruz qaldı. Xocalının işğalı zamanı qadınlara, qocalarauşaqlara qarşı görünməmiş vəhşiliklər törədildi, cəsədlər təhqir olundu.

Qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atəşkəsə nail olundumilli ordunun formalaşması istiqamətində ciddi addımlar atıldı. Bildirilir ki, Prezident İlham Əliyev dəfələrlə ən yüksək tribunlardan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyüsuverenliyi çərçivəsində həllinin mümkünlüyünü bəyan edib.

Yazıda bildirilir ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində də ciddi addımlar atılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası bu soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir.

 

İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb

Onu da deyək ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.

AZƏRTAC xəbər verir ki, nəşr edilən poçt markasının üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasının loqosu olan badam çiçəyi təsvir olunub və kampaniyanın veb-ünvanı qeyd edilib.

Kampaniyanın veb-ünvanının markada qeyd olunması Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziya əhalisi arasında maarifləndirmənin artırılması məqsədi daşıyır.

İndoneziya Poçt” dövlət şirkəti tərəfindən verilən məlumata əsasən, fevralın ortalarında mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılan markaya indoneziyalı filatelistlər tərəfindən böyük maraq müşahidə olunur.

 

Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münhendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

 

Yeri gəlmişkən, ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğuMünhen debatı: İki siyasi məktəbin fərqi” sərlövhəli məqalə dərc edilib. Yazıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ermənistanın baş naziri N.Paşinyanın və erməni yalanının ifşa edilməsindən bəhs olunub.

Məqalədə qeyd olunub ki, bu, sadəcə iki siyasətçinin müzakirəsi deyil, iki siyasi məktəbin müzakirəsi idi. Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Nikol Paşinyan isə aqressiv görünürdüsivil dialoqa hazır deyildi. Eyni zamanda, bu debat qlobalregional geosiyasət arasındakı ziddiyyətləri əyani şəkildə göstərdi.

Səfir vurğulayıb ki, təcavüzkar ölkənin hökumətinin başçısı, manipulyasiya və hətta məlum tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışırdı.

Azərbaycan Prezidenti isə beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına ciddi riayət edərək, fikirlərini təmkinlə söylədi və açıq şəkildə mübahisə etdi. Təsadüfi deyil ki, Ermənistandakı bir çox ekspert və siyasətçi də Prezident İlham Əliyevi bu müzakirələrin qalibi hesab edir. Məqalədə Paşinyanın ifşasına dair digər faktlar da qeyd olunub.

 

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 21 fevral. S. 11.