Dövlət Neft Fondunun aktivləri
43,3 milyard dollara çatıb
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 43,3 milyard dollara
çatıb.
Bu barədə AZƏRTAC-a müsahibəsində Neft
Fondunun icraçı
direktoru İsrafil Məmmədov deyib.
O bildirib ki, əgər
2019-cu ilin əvvəlində
fondun aktivlərinin həcmi 38,5 milyard dollar təşkil etmişdisə, bu il yanvarın 1-nə aktivlərin həcmi 12,5 faiz artaraq 43,3 milyard dollar təşkil edib.
“Ötən il beynəlxalq bazarlarda neftin qiyməti Neft Fondunun büdcəsində
tutulan orta illik ixrac qiymətlə
(60 ABŞ dolları) müqayisədə
yüksək olub (64
dollar). Bu da öz
növbəsində ARDNF-in sterilizasiya və yığım
funksiyalarının effektiv icrasına, valyuta ehtiyatlarının
artırılmasına əlverişli şərait yaradıb.
Fondun aktivlərinin artımı da neft gəlirlərinin proqnoza nisbətdə yüksək olması, o cümlədən vəsaitlərin idarə
edilməsindən qazanılan gəlirlər hesabına olub”, - deyə İsrafil Məmmədov
qeyd edib.
Cavidan
Palitra.- 2020.- 28 fevral.
S. 7.