“Xocalı soyqırımı dünya tarixinin utancverici səhifəsidir...”
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etməsi tarixə daha bir soyqırımının həyata keçirilməsi ilə keçdi... Dünya tarixində bir sıra soyqırımları olub. Amma mənfur qonşularımız olan ermənilərin azərbaycanlılara-dinc əhaliyə qarşı reallaşdırdıqları bu qırğın bir sıra ağır məqamları ilə seçildi”. Bu fikirləri ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova bildirib. Onun sözlərinə görə şəhəri tam alova bürüyüb məqsədli şəkildə orada yaşayanları son sakinə qədər qırmaq heç bir nasist millətə və ya orduya xarakter olmayıb: “Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldular ki, bu niyyət də baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində isə 613 nəfər həlak oldu. Faciəni daha da dərinləşdirən məqam isə o idi ki, həlak olanlardan 63 nəfəri uşaq, 106 nəfər qadın, 70 nəfər isə ahıl yaşda olan insanlar idi.
8 ailənin tamamilə məhv edilməsi isə qırğının miqyasından xəbər verir. Bundan başqa rəsmi statistikalarda 25 uşağın hər iki valideynini itirməsi, 130 uşağın isə valideynlərindən birini itirməsi göstərilir. 76 uşağın yaralanması faktı isə Ermənistanın yürütdüyü işğalçı siyasətin özündə hansı xəstə təxəyyül və nasist soyqırımı məqsədlərini birləşdirməsini bir daha göstərir”.
Leyla Həsənova onu da vurğulayıb ki, bugünkü gənc nəsil baş verən bu soyqırımı hadisələrini incəliklərinə qədər bilir və gələcək nəsillər də azərbaycanlılara qarşı törədilmiş bu vəhşilikləri heç vaxt unutmayacaqlar: “Əlbəttə hər birimizin əzbər bildiyi bu arzuolunmaz statistikanı təkrarlamaya bilərdim. Amma dönə-dönə xatırlamaq, gənclərin daim yadına salmaq lazımdır ki, onlar faciənin təfərrüatlarını zərrə qədər də olsun unutmasınlar. Həmin gecə 1275 nəfər də əsir götürüldü bu şəxslərin hansı ömür boyu sürəcək ciddi psixoloji travmalar almasını təsəvvür eləmək belə insana mənəvi əzab verir...”
Leyla Həsənovanın sözlərinə görə
bu gün işlədiyi
sahədən, peşəsindən asılı olmayaraq hər kəs Xocalı
soyqırımını təbliğ etməli, gələcək
nəsillərə bu faciəni adi müharibə hadisəsi kimi
yox, əsl soyqırımı kimi çatdırmalıdır: “Bu mənada müəllimlərimizin, elm adamlarımızın da
üzərinə böyük yük düşür. Biz də öz sahəmizdə
üzərimizə düşəni edəcəyik uşaq və yeniyetmələrə Xocalı
soyqırımı günü lazımi məlumatlar
çatdırıb müəyyən tədbirlər
keçirəcəyik. Xocalı
soyqırımının 27-ci ildönümü
ilə əlaqədar ötən il
Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyasının (AQSİA) təşkilatçılığı
ilə ABC Tədris və İnkişaf Mərkəzində
həmin dəhşətli faciənin
iştirakçıları ilə tədbir keçirmişdik.
Həmin tədbirdə möcüzəvi şəkildə
ölümdən xilas olan
Xocalı şahidləri Ceyran Əzizova və
Fiqurə Rüstəmova yaşadıqları bütün
dəhşətlər barədə
danışmışdılar. Bu il də bir sıra tədbirlər
keçirməyi planlaşdırırıq. Xocalı
soyqırımının yad edilməsinə
iki gün
qalmış bağçamızın və mərkəzin yeni filialının uşaqları ilə
Xocalı abidəsini ziyarət edəcəyik. Bakının
Pirşağı qəsəbəsində müvəqqəti
yerləşən Xocalı şəhər 2 saylı orta məktəbin direktoru
Fiqurə Rüstəmova ilə birgə tədbir keçirməyi
də planlaşdırırıq. O ötən ilki tədbirimizə də dəstək vermişdi. Bu il də onların müəllim heyəti ilə
görüşmək və ümumilikdə faciə qurbanlarını
bu kimi tədbirlərlə
yad etmək planlarımız var. Bu gün doğma
yurdlarından didərgin düşmüş
və Azərbaycanın 40-dan çox rayonuna səpələnmiş Xocalı sakinləri
Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli, Ermənistanın Azərbaycana
qarşı təcavüzünün dəf edilməsi,
ölkənin ərazi bütövlüyünün
bərpa edilməsi ümidi ilə
yaşayırlar. Biz də ümid
edirik ki, gün gələcək onlar
öz torpaqlarına dönəcəklər,
soyqırımı ilə bağlı günahkar
olan şəxslər isə öz layiqli cəzalarını
alacaqlar”.
Tural
Palitra.- 2020.- 25 fevral.
S. 7.