"Ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək"

 

 Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin “başçısının” açıqlamasına münasibət bildirib. İcmadan bildiriblər ki, Tural Gəncəliyevin bununla bağlı açıqlamasında deyilir: Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin qondarma "başçısı" Araik Arutunyan yenə öz sayıqlamaları ilə gündəmdə qalmağa çalışıb.

Azərbaycan Respublikasının işğal altındakı ərazilərini talamaqla, həmçinin Serj SarkisyanRobert Koçaryan kimi bəşəriyyət əleyhinə cinayətlər törətmiş quldurlara əlaltılıq etməklə özünə sərvət toplamış bir korrupsioner cinayətkarın belə narahatlıq keçirməsi bizdə təəccüb doğurmur.

Qondarmaoyuncaq rejimin oyuncaq "başçısı" yaxşı anlayır ki, onun özününonun kimilərin Azərbaycan Respublikası qanunları qarşısına mühakimə ediləcəyi gün çox yaxındır və bundan qaçış mümkün olmayacaq.

Bunu qeyd etmək vacibdir ki, hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin ərazi bütövlüyü çox tezliklə bərpa ediləcək və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi Arayik kimilərdən təmizlənəcək. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə sülh şəraitində yaşaması tezliklə təmin ediləcək”.

Qondarma qurumun qondarma “seçkiləri” əksər beynəlxalq təşkilatlar ərəfindən tanınmamış və qınanmışdır”

Yeri gəlmişkən, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər ölkə rəhbərinin müstəqil xarici siyasət yeritməsinin və Azərbaycan maraqlarının istənilən beynəlxalq platformada, istənilən səviyyədə müdafiəsinin növbəti göstəricisidir (AZƏRTAC).

Deputat deyib: “Məlum olduğu kimi qondarma Dağlıq Qarabağ xunta rejimi martın 31-də “prezidentparlament”, aprelin 14-də isə “prezident (2-ci tur) seçkiləri” keçirmişdir. Bu seçki məsxərəsi azmış kimi, əlavə “inauqurasiyaşousu da təşkil olundu. Qondarma qurumun qondarma “seçkiləri” əksər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in həmsədr dövlətləri tərəfindən tanınmamış və qınanmışdır. Əfsuslar olsun ki, Azərbaycanda hətta məişət zəminində baş verən proseslərə ani reaksiya verən Avropa Şurası Parlament Assambleyası bu məsələdə səssiz qaldı. Uzun müddətdir, Avropa Şurasının Azərbaycanla bağlı məsələlərdə, yumşaq desək, qərəzinin şahidi oluruq. AŞPA-nın Azərbaycana bu cür münasibəti əslində yüz illərdir Avropada formalaşan insani və bəşəri dəyərlərə ziddir. Azərbaycan qoşulduğu bütün beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir və üzərinə götürdüyü öhdəliklərə hər zaman sadiqlik göstərir”.

Ölkəmizin qısa vaxt çərçivəsində bütün sahələrdə uğurlu inkişaf yolu keçdiyini söyləyən Şahin İsmayılov bildirib ki, Azərbaycan regional və qitə miqyaslı layihələrdə fəal iştirak etməklə əksər layihələrin həyata keçirilməsində maliyyə dəstəyi də göstərir. Ölkəmiz beynəlxalq çağırışlara da vaxtında cavab və töhfə verir. Avropa üçün strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyində də Azərbaycan kifayət qədər mühüm rol oynayır. Bu layihələrin həyata keçirilməsi hər kəsə məlum olduğu kimi birbaşa ölkə rəhbəri İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının da qeyd etdiyi bu qədər nəhəng işlərin və uğurların qarşısında ölkəmizə AŞPA tərəfindən olan bu aqressiyanın səbəbi nədir. Düşünürəm ki, ölkə rəhbərinin də qeyd etdiyi kimi AŞPA artıq nüfuzunu itirmiş bir quruma çevrilib. Bu qurum artıq ayrı-ayrı lobbi qruplarının maraqlarına xidmət edən bir platformadır.

“Məqsəd ümumi bəşərləri müdafiə etmək deyil, sifarişləri yerinə yetirməkdir. Təşkilatda sanki bir azərbaycanafobiya yaranıb. Belə olmasaydı yəqin ki, bu qədər qarayaxma və qərəz olmazdı. Düşünürəm ki, burada həm də Azərbaycanın müstəqil xaricidaxili siyasət həyata keçirməsinin AŞPA tərəfindən narahatlıq yaradılması faktoru da var. Azərbaycan Prezidenti hər zaman bütün istiqamətlər üzrə ölkəmizin maraqlarını müdafiə edir. Düstur, sadədir. İstənilən məsələdə əməkdaşlığa hazırıq, sadəcə bir şərtlə, əsas olan Azərbaycanın və onun xalqının maraqlarıdır. Təbii ki, belə konkret mövqebu istiqamətdə fəaliyyət AŞPA kimi təşkilatları narahat edir. Ölkə rəhbəri hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın maraqlarını açıq şəkildə müdafiə etdiheç bir qurumun ölkəmizə təsir edə bilməyəcəyini göstərdi. Məsələnin digər vacib bir tərəfi həm də ondan ibarətdir ki, ölkə başçısı bu məsələni birbaşa gənclər qarşısında səsləndirməklə həm də onlara açıq bir mesaj verdi - ölkənin gələcək idarəçiləri olaraq siz də hər zaman Azərbaycanın maraqlarını hər yerdə müdafiə etməlisiniz”, - deyə deputat vurğulayıb.

“AŞPA-nın Ermənistanın işğalçılıq siyasətini görməzliyə vurması insan hüquq və azadlıqlarının pozulmasına şərait yaratmasından xəbər verir

Bu arada “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev də AŞPA-nın ikili standartlarını sərt tənqid edib. O bildirib ki, Azərbaycanın artan beynəlxalq nüfuzuna xələl gətirmək üçün anti-Azərbaycan dairələr və onların ölkəmizdəki “təmsilçisi” olan 5-ci kalon hər vəchlə dövlətmizin maraqlarına qarşı zərbə vurmağa çalışırlar:AŞPA-da erməni lobbisinin və Azərbaycan əleyhdarı olan digər qüvvələrin son vaxtlar artan fəallığı buna bariz sübutdur. Təsəvvür edin, AŞPA-nın üzvü olan Ermənistanın 2001-ci ildə qurum qarşısında götürdüyü öhdəliklərə, beynəlxalq hüququn normalarına zidd hərəkətlərinə, torpaqlarımızın işğalı siyasətini davam etdirməsinə, dünc insanları qətlə yetirməsinə göz yumulur, ancaq dünyanın tolerantlıq mərkəzinə çevrilən Azərbaycan hədəfə çevrilir. Bu yaxınlarda Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni oyuncaq “seçkilər” keçirdi. Nəyə görə AŞPA ayrı bir suveren dövlətin ərazisində cinayətkar rejim quran, onun torpaqlarını işğal edən və bu işğalı seçki adı ilə legitimləşdirməyə çalışan Ermənistana qarşı sərt sanksiyalar qəbul etmir? Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən Avropa Şurasının Parlament Assambleyası bu qədər açıq və illərdir davam edən, yüzminlərlə insanın hüquqlarının pozulması ilə müşahidə bir münaqişə, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması ilə bağlı təsirli addım atmır? Bu qurumun açıq şəkildə ayrı-seçkilik, ikili standart mərəzindən əl çəkə bilməməsi, Ermənistanın işğalçılıq siyasətini görməzliyə vurması insan hüquq və azadlıqlarının pozulmasına şərait yaratmasından xəbər verir. Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, Prezident İlham Əliyevin dəqiq ifadə etdiyi kimi azərbaycanafobiya nümunəsi olan siyasəti vətəndaş cəmiyyəti institutu olaraq bizdə böyük hiddət yaradır. Dünyada baş verən çoxsaylı polis zorakılığına, dinc aksiya iştirakçılarının öldürülməsinə, qanunsuz yerə kütləvi surətdə həbs edilmələrinə, jurnalistlərin döyülməsinə etirazını bildirməyən Avropa Şurasının ölkəmizə “demokratiya dərsi” keçmək cəhdi ikrah hissi yaradır. Dövlət başçımızın da bildirdiyi kimi, belə qurumlar güclü dövlətlərdən qorxurlar. Ona görə daha da güclü olacağıq və bütün pozulmuş hüquqlarımızı bərpa edəcəyik. Amma heç bir zaman AŞPA kimi ikiüzlü beynəlxalq qurumların Azərbaycana qarşı “müdrük” məsləhətlər verməsinə dözməyəcəyik”.

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 10 iyun. S. 11.