"Palitra"nın
rənglər dünyası: Azərbaycanımızın məşhur
rəssamı Sakit Məmmədov
O, Yaradanın insanda görmək istədiyi gözəllikləri həkk edir palitrasına – istər zahiri olsun, istər dəruni təlatümlər, fərqi yox... Ona əta olunan duymaq, hiss etmək, görmək, duyğular aləmini, zəngin könül dünyasını kimsənin üzünə qapayıb gizləmir. Mənim payıma düşən Sizindir... “Mən onları sizlərçin, könlümdən, ruhumdan köçürürəm gerçək dünyaya. Hər bir insan ümumbəşəri düşünüb, ümumbəşəri olmalıdır. Yaradan üçün millət yox... insan var. Çəkdiyi zəhməti, əməyi ilə formalaşır insan. Mən alın tərimlə alın yazımı silib onu yenidən yazanlardanam”...
YOZULMAMIŞ YUXULAR...
Sakit Qulam oğlu Məmmədov 1958-ci ildə avqust ayının 5-də Neftçala şəhərində anadan olub.. Orta məktəbi də Neftçalada oxuyub. 1974-78-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə İlya Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının “rəngkarlıq” fakultəsinə qəbul olan Sakit Məmmədov həmin təhsil ocağını da 1987-ci ildə, adəti olaraq fərqlənmə diplomu ilə bitirib. Hələ tələbəlikdən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak etməyə başlayıb.
Azərbaycanın xalq rəssamı, professor Sakit Məmmədov Birləşmiş Millətlər Təşkilatının Mədəniyyət və Sülh səfiri seçilməklə Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, UNESKO- Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Avropa Təbii Elmlər Akademiyasının akademiki olmaqla, Ankara seçimləri ilə “Türk dünyasının ilin rəssamı” elan etdiyi, saysız-hesabsız beynəlxalq mükafatlar, fəxri adlar laureatıdır.
Onun rəsmləri bu gün dünyanın ən məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır. Rəssamın Şah İsmayıl Xətaisi uzaq Amerikada öz böyük sərkərdə-şair kimliyinin şahanə təsviri ilə heyran etməkdədir hər kəsi...
Roma Papasının portreti, möcüzəli neft ölkəsinin həm də monumental sənət dünyasını sərgiləyir rəssamın doğulduğu torpaqlardan çox-çox uzaqlarda... intibah dövrü rəssamlarının vətənində.
Papanın portreti haqqında İtaliyanın o zaman Azərbaycandakı səfiri Marqarita Kosta qəzetlərə verdiyi müsahibəsində “Papanı altı dəfə görmüşəm. Sakitin yaratdığı portret vasitəsilə onu yeddinci dəfə görmüş kimi oldum” – səmimi etirafı belə mövzulara çox qısqanc yanaşmanın mövcud olduğu sənət camiəsində Azərbaycan rəssamının işinə verilən qiymətdi.
Sənətşünaslar onun portretləri haqqında fotoqrafik dəqiqliyi sərrast, romantik sahilsizliyinin də hüdudları görünmür, söyləyirlər... Görkəmli rus tənqidçisi Andrey Bajenov rəssamın yaratdıqlarından heyrətlənərək “Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir” – demiş. Azərbaycanın məşhur portret ustası Tahir Salahov isə Sakit haqqında “Əziz Sakit, istedadınıza görə sizə təşəkkür edirəm” imzası ilə özündən sonra gələn nəslin nümayəndəsinə, istedadına, sənətin gələcəyinin möhkəm əllərdə olduğuna görə təşəkkür edir.
KA :- Onun palitrası rənglərin gülüstanıdır. Bu palitranın ruhunu, harayını, mübhəm səsini, pıçıltısını da musiqidə görür xalq rəssamımız. Sakit Məmmədov hələ uşaqlıqdan musiqi ilə ünsiyyət qurub, xüsusi dərnəklərə gedib, daha çox simli alətlərə maraq göstərib. Sankt-Peterburqda təhsil illərində “Şərq” musiqi ansamblı da yaradıb. Üzvləri də ən müxtəlif ölkələrdən – soyuq iqlimdən gələnlərlə yanaşı, isti yerlərin gənc həvəskarlardan ibarət, akademiyanın həyatına bir ayrı özəllik-gözəllik verən musiqi kollektivi. Bu gün də davam etdirməkdədir bu ənənəsini qəhrəmanımız .
Sakit Məmmədovun muzeyinə yolu düşənlər musiqi ilə rənglərin əvəzsiz harmoniyası olan görüşlərin həmişə arzusundadırlar.
KA :- Xalq rəssamı, professor Sakit Məmmədovun rəngarəng politrasından “opalizm” adlı bir sənət cərəyanı Azərbaycandan dünyaya yol almaqda... Təbiətin saya gəlməz rənglərinin saxlanc mənbəyi olan opal daşının rəng qammalarının, bütün çalarlarını da görə bilərsən, onun çəkdiyi əsərlərdə. Və dünyanı beləcə al-əlvan, xoşbəxt, bəxtəvər görmək istəyir, yekdil səslə Birləşmiş Millətlər Təşkilatının mədəniyyət və sülh səfiri seçilən həmyerlimiz.
Allah yaratmaq qüdrətindən
insanlara da pay verib deyirlər...
Kimisinə az,
kimisinə çox, kimisinə heç yox.... hərəyə öz ürəyinə, ruhuna, bacarığına,
bəlkə yaradılışa
faydasına görə
pay düşüb. Qədim
filosofların, inanc kitablarının yazdıqlarına
görə insanların
ən faydalısı,
elə insanlara ən çox fayda verənidir - məntiqi ilə, kaş hər zaman fayda verənlərdən
olaq, dünya əməlinlə geysin zər xara olanlardan...
Rəssam
Sakit Məmmədov
“14 gecəlik ay kimi rüxsarinə qurban” silsilə əsərlərinin
Tanrıya məxsus yaradılışla yanaşı
insan əməyinin məhsulu olub, qorunmağına, gələcək
nəsillər üçün
yaşadılmasının vacib olduğu, dağıtmaqdan, məhv etməkdən nə çıxar! bacar,
yaşat düşüncəsiylə
həm də vətənimiz Azərbaycanın
tolerantlıq mesajını
verir dünyaya. Dilindən, dinindən, irqindən asılı olmayaraq insanlar biri-birinə hörmətlə yanaşmalıdır.
Hər birimiz bir Yer
evinin sakinləri, bir Göy tavanın
altında yaşayırıq.
Bu müharibələr, savaşlar məhvərindən
çıxartmazmı dünyamızı?!...
Gəl,
nə olursansa ol, yenə gəl
İstər məcusi ol, istər bütpərəst,
Ya İslam hümməti, ya da xaçpərəst
Yetər ki, insan ol,
xoş niyyətlə
gəl.
Nəslimizdə məndən əvvəl rəssam olmayıb. İlk mən
şəkil çəkməyə
başlamışam – deyən
Sakit Məmmədovun ailəsinə artıq rəssamlar ailəsi demək olar. Həyat yoldaşı xalça rəssamı, qızı
Aynur, oğlanları Cəsar və Nizar təsviri sənətdə atalarının
yolunu tutublar. Üstəlik Sakit müəllimin öz dilindən – övladlarım
qədər sevdiyim, onlardan heç ayırmadığım ailə
üzvlərim bildiyim
sənətimin davamçıları
- tələbələrim söyləməsi...
Tələbələrinə çox inanır və gələcəklərini
də işıqlı
görür rəssam
müəllim. Bu yerdə
milli rəssamlıq məktəbimizin qurucularından
Mikayıl Abdullayevin
1992-ci ildə ölkə
qəzetlərinə verdiyi
bir müsahibəni xatırlayaq. “Azərbaycanda Rəssamlıq
Akademiyası açmaq
olarmı?” sualına böyük rəssamın
cavabı “Əgər
Azərbaycanda Sakit Məmmədov kimi istedadlı gənclər varsa, Akademiya açmağa dəyər”.
Digər
böyük rəssamımız
Toğrul Nərimanbəyov
da Sakit Məmmədovun yaradıcılığı
barədə vaxtı
ilə “Sakitin yaratdıqları istedad, müasirlik və klassik rəngkarlıq ənənələrinin ustalıqla
birləşməsidir”. Bəli, ona vaxtilə inandıqları
kimi ,
o da tələbələrinin
gələcəyinə çox
inanır.
Dünyanın ən məşhur
sərgi salonlarını
əvəzsiz sənət
əsərləri ilə
fəth edən rəssamın ötən
il Türkiyənin Topqapı Sarayında düzənlənən fərqdi
sərgisi haqqında qardaş ölkənin mətbu orqanları, radio-
televiziyaları, sənətsevərlər
Sakit Məmmədovun əsərləri haqqında...
o rəsmləri ilə
İstanbulun, istanbulluların
könüllərini fəth
etdi yazırdılar...Sərginin çoxsaylı
tamaşaçılarından biz bu rənglərin doğulduğu, sənət
əsərlərinə çevrildiyi
torpaqlara baş çəkməyə, qardaş
Azərbaycana gəlməyə
hazırlaşırıq... anonsları da hər bir azərbaycanlı
üçün də
qürurvericidir. Xalq rəssamımızın
sənətinə verilən
dəyər – Azərbycanın
təsviri sənətinə,
sənətkarına verilən
dəyərdir.
Sakitin qəhrəmanları Yaradanın
ən böyük möcüzəsi insandır...
bəşər övladı....
Dünyaya üryan gəlib,
üryan gedən bəşər övladından
da rəssamın tək istəyi torpağa sevgidən başqa bir toxum əkməyin arzusu, könülləri abad etmək diləyi, yaradılana, Yaradanın gözü ilə baxmaq təəssübkeşliyi. Və bütün bu gözəlliyi rənglərin
bayram etdiyi monumental əsərləri ilə palitrasında əbədiləşdirməklə,
onlara sənət ruhu vermək istəyi.
Kim bilir, bu gün
tamaşasına durduğumuz,
dünya rəssamlarının
neçə yüzilliklər
öncəsi yaratdıqları
əsərlərindən aldığımız
zövqü, sorduğumuz
kimliyi, bizlərdən
də əsrlər sonrası bu rəsmlərdən soracaqlar...
Bu rənglərin doğulduğu
torpaqları axtaracaqlar...
Azərbaycanımız adına bir tariximiz də rəssamlarımızın yaratdığı
bu tablolar olacaq bəlkə... ruhumuzu dünyaya daşıyacaq, bizlərdən
danışacaq sənət
incilərimiz...
Gülmira Nəsirli
Palitra.- 2020.- 10 iyun.
S. 13.