“Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistanın
bütün hüquqazidd addımları onun təcavüzkar
siyasətini göstərir”
“The Jerusalem Post” qəzetinin yazdığına görə,
İsrailin “Israel Aerospace Industries” konserni bərk yanacaqla
işləyən birpilləli LORA (“Long-Range Artillery Weapon
System”) operativ-taktiki raket kompleksinin (ÎTRK) sınaqlarının
uğurla başa çatması barədə rəsmi məlumat
verib.
Xarici KİV-lər böyük həsəd və kin
hissi ilə bildirirlər ki, Azərbaycan İsrailin həmin
raket komplekslərini göndərdiyi ilk və yeganə ölkədir. Qeyd etmək lazımdır
ki, Azərbaycan Ordusu hələ iki il
bundan əvvəl LORA OTRK ilə təchiz olunub.
AZƏRTAC
xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İsraildəki Nümayəndəliyinin rəhbəri, beynəlxalq
münasibətlər sahəsində tanınmış
israilli ekspert Arye Qutun İsraildə çıxan nüfuzlu
ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş
“İsrail – Azərbaycan: sarsılmaz strateji tərəfdaşlıq”
sərlövhəli məqaləsi bu mövzuya həsr edilib
(https:// www.jpost.com/opinion / israel-and - azerbaijan-an -
unbreakable-strategic - partnership-631367).
Xarici
KİV-lər yazırlar: “Yeni raketlər bir qədər fərqli
xarakteristikalara malikdir, lakin şirkət öz raketlərini “səhra
şəraitində” sınaqdan keçirmək istəməyibmi,
bəlkə elə buna görə hələ
yoxlanılmamış ölümsaçan silahları Ermənistanla
döyüşən respublikaya göndərməyi qərara
alıb?”
Arye Qut
qeyd edir ki, əgər Azərbaycan İsrailin bu raketləri
göndərdiyi ilk və yeganə ölkədirsə, bu fakt
İsraildəki qüvvələrə həqiqi və real
cavabdır ki, İsrail-Azərbaycan münasibətləri
strateji tərəfdaşlıq xarakteri daşıyır,
dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlıq
etimadın və daimi dialoqun ən yüksək səviyyəsinə
dəlalət edir.
Arye Qut
öz məqaləsində yazır: “Bu tərəfdaşlıq
əvvəllər energetika sahəsinə yönəlmişdi,
indi isə tərəfdaşlıq iqtisadiyyatın digər
sektorlarına da, o cümlədən kənd təsərrüfatı,
yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki
tərəfdaşlıq sahələrinə də şaxələndirilib.
İsrailin müdafiə şirkətləri Azərbaycan
hərbi sənayesinin qurulmasında fəal iştirak ediblər
və bu iştirak davam edir. Qeyd etmək
lazımdır ki, İsrail dünya bazarında Azərbaycan
neftinin əsas strateji alıcılarından biridir”.
İsrailli
ekspert vurğulayır: “LORA (“Long-Range Artillery Weapon System”)
operativ-taktiki raket kompleksi mövzusuna qayıdaraq qeyd etmək
lazımdır ki, bu raket 2004-cü ilin mart ayında Aralıq
dənizində uğurla sınaqdan keçirilib və
İsrail müdafiə ordusunda müvəffəqiyyətlə
istifadə edilir. LORA raketinin yeni sınaqları
bir qədər yeni modifikasiyanın sınaqlarıdır,
lakin İsrailin bu silahı sınaqdan keçirmədən Azərbaycana
göndərdiyini bəyan etmək qeyri-adekvat, qeyri-relevant və
qeyri-peşəkar sərsəmlikdir. Bundan
əlavə, hər hansı ölkənin Azərbaycana
göndərdiyi hər bir silah Azərbaycan Silahlı Qüvvələrində
zəruri sınaq və test yoxlamalarından keçirilir.
Bütün bunlara baxmayaraq, Ermənistan
İsraillə hansısa etimada əsaslanan münasibətlər
qurmaq ümidindədir. Xatırlatmaq istəyirəm
ki, İsrail hərbi-sənaye kompleksi yetərincə ciddi
qurumdur və İsrail Müdafiə Nazirliyinin tam nəzarəti
altında fəaliyyət göstərən çox ciddi
peşəkarlar komandasıdır”.
Məqalənin müəllifi qeyd edir ki, bugünkü
Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli ordu, ən
müasir texnika və silahlar, ən yüksək
döyüş hazırlığı, şəxsi heyətin
intizamı və döyüş ruhu deməkdir. İsrailli ekspert
vurğulayır: “Müasir müharibədə kimin
döyüş əməliyyatlarını təmin etmək
üçün daha müasir yüksək texnoloji vasitələri
varsa, həmin tərəf qalib gəlir. 2016-cı
ilin Aprel əməliyyatı zamanı erməni
işğalçılara qarşı İsrailin pilotsuz zərbə
qurğularının səmərəli tətbiq edilməsini
xatırlamaq kifayətdir. Bu barədə
çox danışmaq olar”.
İsrailli
ekspert vurğulayır: “Tolerantlıq və multikulturalizm Azərbaycan
cəmiyyətinin fundamental əsasıdır. İsrail
dövləti Azərbaycanda yəhudi icmasına münasibətdə
respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir.
Bu hörmət və əməkdaşlıq ənənəsi
olmadan Azərbaycan ilə İsrail arasında sıx və
yaxın ikitərəfli münasibətlər praktik olaraq
qeyri-mümkün olardı. İsrail
dövləti Azərbaycanın ədalətli mövqeyinin tərəfdarıdır.
O, Azərbaycanın ərazi bütövlüyünü fəal
dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində nizamlamağa
çağırır”.
“Dağlıq
Qarabağda da xunta rejimi hökm sürür”
Yeri gəlmişkən,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının professoru, siyasi elmlər
doktoru Elçin Əhmədov bildirib ki,
işğalçılıq siyasəti yürüdən Ermənistan
dünya birliyinin iradəsinə tabe etdirilməlidir (SİA).
Onun sözlərinə görə, bu baxımdan, Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistanın
bütün hüquqazidd addımları onun təcavüzkar siyasətini
göstərir. Bundan əlavə, münaqişənin
nizama salınması üçün aparılan
danışıqlarda, işğalçı Ermənistan tərəfindən
yaradılan və hazırda onun nəzarətində olan
Dağlıq Qarabağdakı cinayətkar və qondarma qurumun
tərəf kimi iştirakının təmin olunmasını
istəyir. Ancaq bu tələb də əsassızdır
və beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır:
"Çünki Dağlıq Qarabağ ermənilərinin
müstəqil tərəf kimi danışıqlarda
iştirakı məsələsi 1992-ci ildə yaradılan
ATƏT-in Minsk qrupunun mandatına ziddir. Həmçinin,
Dağlıq Qarabağ bölgəsi tarixən Azərbaycanın
əzəli torpağı, o cümlədən ayrılmaz tərkib
hissəsi olmaqla yanaşı, danışıqlar Ermənistanla
Azərbaycan arasında aparılır və bu beynəlxalq
formatdır. Əgər Dağlıq
Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan
tərəfi bu günə kimi danışıqlar prosesində
iştirak edib indiyə kimi bir sıra müvafiq sənədləri
imzalamazdı. Sonuncu, qondarma "prezident və parlament
seçkiləri"nin keçirilməsinə gəldikdə
isə, münaqişənin nizama salınmasında 28 ildir
vasitəçilik edən ATƏT-in Minsk qrupu, eləcə də
bir sıra beynəlxalq təşkilatlar və dövlətlər
tərəfindən bu qondarma "seçki"lər
heç vaxt tanınmamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər
rayonuna səfəri zamanı bildirdi ki, Ermənistan təbliğatına
və ümumiyyətlə, münaqişə ilə
bağlı mövqeyinə növbəti böyük zərbə
bu yaxınlarda vuruldu. Sonuncu, qondarma "prezident və parlament seçkiləri"nin
keçirilməsi isə münaqişənin nizama
salınmasında ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra
beynəlxalq təşkilatlar (NATO, Qoşulmama Hərəkatı,
Avropa İttifaqı, Avropa Parlamenti, İƏT, GUAM və s.) və
dövlətlər tərəfindən qanunazidd hərəkət
kimi qiymətləndirilib və tanınmayıb. Prezident İlham Əliyev diqqətə
çatdırdı ki, bütün bu təşkilatlar bu
“seçkiləri” tanımadı və bir daha göstərdilər
ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Ermənistanda isə əhalinin 99,9 faizi
ermənidir. Bu cinayətkar kriminal rejim
bütün digər millətlərdən olan insanları
müxtəlif yollarla qovub. İndi
Dağlıq Qarabağda da xunta rejimi hökm sürür.
Bu baxımdan, mayın 11-də Avropa Parlamentinin məruzəçilərinin
birgə bəyanatında əksini tapmış mühüm məqamlar
da işğal faktının Avropa qurumları tərəfindən
də təsdiq olunduğunu göstərir. Avropa Parlamentinin Cənubi
Qafqaz üzrə Parlament Əməkdaşlıq Komitəsinin
həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi
Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan
Basesku Ermənistan ilə Azərbaycanın işğal
altında olan Dağlıq Qarabağ bölgəsi arasında
əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı
birgə bəyanat yaydılar. Sənəddə
Ermənistan tərəfindən verilən bu qərar beynəlxalq
hüququn pozulması kimi göstərilir. Əslində
bu bəyanatın təkcə Cənubi Qafqaz ölkələri
üzrə Parlament Tərəfdaşlıq Komitələrində
nümayəndə heyətinin həmsədri, eləcə də
Azərbaycan üzrə məruzəçisi tərəfindən
deyil, həm də Ermənistan üzrə məruzəçinin
adından da verilməsi Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı Avropa təsisatlarının
vahid yanaşmasının təsdiqi kimi də qiymətləndirilə
bilər. Digər dərəfdən, bəyanatda
ölkəmizin işğala məruz qalan tərəf
olduğu, eyni zamnda birbaşa Ermənistan tərəfindən
Azərbaycanın torpaqlarını işğal etməsi
faktı aydın şəkildə təsdiq edilir. Bununla yanaşı, bəyanatda tərəflərin
danışıqlara dəvət olunması
çağırışı onu göstərir ki, son illərdə
təcavüzkar dövlətin bu prosesdən özünü
kənara çəkməsi əbəsdir, çünki
işğalçı tərəf məhz Ermənistandır.
Eyni zamanda, adı çəkilən sənəddə
münaqişənin məhz Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
həllinə çağırış da ifadə
olunmuşdur. Bu baxımdan, sənəd
mühüm əhəmiyyət kəsb edir və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı beynəlxalq birliyin məlum mövqeyini bir daha təsdiqləyir.
Digər tərəfdən, bu bəyanat 1992-ci ildən
münaqişənin nizama salınması üçün
yaradılmış və tərəfsiz vasitəçilik
missiyasını öz üzərinə
götürmüş ATƏT-in Minsk qrupu üçün də
bir nümunə ola bilər.
Çünki, 2005-ci ildə ATƏT-in Azərbaycanın
işğal olunmuş ərazilərində
faktaraşdırıcı missiyasının hesabatında
öz əksini tapmış faktlar, yəni Ermənistan tərəfindən
atılan qeyri-qanuni addımlar, xüsusilə məskunlaşdırma
siyasətinin aparılması ilə demoqrafik tərkibin qəsdən
dəyişdirilməsininin yolverilməz olduğu, o cümlədən
beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə
pozulduğu təcavüzkar tərəfin diqqətinə
çatdırılmalıdır".
Siyasi elmlər
doktoru bildirib ki, bununla yanaşı, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Ermənistan rəhbərliyi tərəfindən
səsləndirilən əsassız fikirlər tarixi
reallıqları, münaqişənin əsl mahiyyətini də
əks etdirmir: "Bunu Azərbaycan Prezidenti İlham Əliyev
2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının
Soçi şəhərində "Valday" Beynəlxalq
Diskussiya Klubunun XVI illik toplantısında və həmin il
oktyabrın 11-də MDB Dövlət Başçıları
Şurasının məhdud tərkibdə iclasında
çıxışları zamanı tutarlı faktlarla
sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı panel müzakirələr zamanı Ermənistanın
yürütdüyü faşist ideologiyası, Azərbaycana
qarşı etnik təmizləmə, dövlət terrorizmi və
işğalçılıq siyasətini ifşa edən
dövlətimizin başçısı Ermənistanın
baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl
dərs keçdi. Ermənistanın baş
naziri Dağlıq Qarabağın dırnaqarası
özünümüdafiə qüvvələrindən
danışanda, onun bir daha həqiqətə uyğun olmayan
sözlər söylədiyini bildirən Prezident İlham
Əliyev diqqətə çatdırıb.
Fuad Hüseynzadə
Palitra.- 2020.- 17 iyun.
S. 11.