Anri Matiss. Bir rəssamın
hekayəsi ...
(əvvəli ötən sayımızda)
Həmin
dövrdə ailəsinin
böhranlı vəziyyətinə
görə imkanları
məhdud olan Matiss, xoşbəxtlikdən,
Parisdə Böyük
Saraydakı Ümumdünyaünya
Sərgisində əsərlərindən
bir az
pul qazana bilir. 1900-cü illərdə
- turizmin hələ yeni-yeni formalaşdığı
dövrlərdə dəmiryolu,
buxar gəmiləri və sənaye inqilabının gətirdiyi
digər nəqliyyat vasitələri ilə səyahət edir. Bu yolla yeni ideyalarla zənginləşən
fikirlərini əsərlərində
təsvir etməyə
başlayır.
Yeni istiqamət: Fovizm
Matissin yaradıcılığı
bir neçə dövrə bölünür. Onun üslubu dəyişsə
də, əsərlərinin
arxasındakı ideya
həmişə eyni qalırdı: “əşyaların
həqiqi xarakterini açmaq” və “tarzlıq, saflıq, aydınlıq sənəti
yaratmaq”. Tez-tez dəyişən emalatxana mühitləri onun işləmək manerasına təsir edirdi. Ətrafı ilə mübarizə
apardığı illərdə
öz inqilabi incəsənət ideyalarını
ortaya qoyur. O, perspektivləri təhrif edir, kölgələri silir, kontur və
rənglər arasındakı
fərqi heçə
sayırdı. Qərb
dünyası tərəfindən
əsrlərlə qəbul
edilmiş qaydaları
pozan rəssam, ənənəvi obyektiv illüziyanın əvəzinə
subyektiv fikirlərini,
hiss və düşüncələrni,
öz baxış bucağını qoyurdu.
Onun 1904-cü ildə
təşkil olunan ilk
sərgisi uğursuz alınır. 1905-ci ilin
mayında Fransanın
cənubundakı Kolliura
gəlir və tezliklə, özündən
on bir yaş kiçik olan rəssam Andre Dereni
(1880-1954) ona qoşulması
üçün dəvət
edir. Həmin ildən başlayaraq
spontanlığına, təsvir
kobudluğuna, rənglərlə
işləmə metoduna
görə onu fovizm cərəyanının
(fr. “fauve” - vəhşi)
yaradıcısı kimi
qəbul edirlər.
“Sanki tamaşaçının üzünə bir qab boya atmısan”
- tənqidçi Kamil
Moklerin onun əsərlərinə qarşı
reaksiyası belə olmuşdu. Lui Voksel isə intibah dövrünə
aid heykəli Matissin əsərləri sərgilənən
salonda görəndə
öz fikrini tarixdə qalmış bir ifadə ilə bildirmişdi:
“Donatello au milieu des fauves!” (“Donatello vəhşi heyvanların əhatəsində”). Onun
şərhi 1905-ci il oktyabrın 17-də
günlük “Gil Blas” qəzetində
dərc olunandan sonra, “fovist” ifadəsi kütləvi istifadə olunmağa başlayır. Həmin vaxt tənqid
atəşinə tutulan
rəsm isə “Şlyapalı qadın” -
madam Matissin portreti idi. Bu əsərin
Gertruda və Lui Staynlar tərəfindən
alınması ruhdan düşmüş rəssama
böyük dəstək
olmuşdu.
Matiss Kolliurda
öz eksperimentlərini
davam etdirməkdəydi. “Açıq pəncərə”
və “Kolliur mənzərəsi” əsərlərində
fovizmin xarakterik təsvir üsullarını
görmək mümkündür.
Andre Derendən başqa,
Jorj Brak, Raul Düfi, Moris de Vlamik də fovizmin nümayəndələrindən
idilər. Matissin ətrafında daha
çox Alber Marke kimi ikinci
dərəcəli rəssamlar
toplanırdı. Onu anlamayan
tənqidçilər, peşəkar
olmaya dostları və s. tədricən Matissin depressiyaya düşməsinə səbəb
olur. 1910-cu ildə
İspaniyada sarsıntılarını
təsvir edərəkən
belə yazırdı:
“Çarpayım əsirdi,
daxildən gələn
fəryad boğazıma
çatanda onu saxlaya bilmirdim”.
Yaradıcılığının ilk vaxtlarında rəsmlərinin
başlıca motivi qadınlar idi. 1906-cı ildə
çəkdiyi “Həyat
sevinci” əsəri tamaşaçını əlvan
rənglərdən yaranmış
hallüsinasiyalar dünyasına
aparır; burada təsvir olunun nimfalar xalis rənglərə bürünmüş
hüdudsuz təbiət
qoynundadırlar: iki qadın meşənin kənarında söhbət
edir, digər ikisi də günəşin
altında uzanıb. Qadınlardan
biri əyilib gül dərərkən,
digəri hazırladığı
çələngi saçlarına
taxır. Arxa planda
rəqs edən qadınlar, ön planda isə qucaqlaşan cütlük əks olunub.
Həyatın sevinci rəssamın fırçasından çıxan
bütün fiqurlarda
- onların formalarında,
rənglərində, poza
və hərəkətlərindədir. Eni iki metrdən çox olan bu böyük
əsər özlüyündə
azad mühiti təcəssüm etdirir.
Lokal rənglər fonunda elastik və dinamik qadın bədənlərini
özündə cəmləşdirən
süjet Şərq incəsənəti, fars miniatürləri,
yapon qravürləri ilə bərabər, Titsian və Enqr yaradıcılığını
da xatırladır.
Matiss əsərlərində
çılapaq qadın
obrazlarını, onların
müxtəlif duyğusal
interpretasiyalarını tez-tez
müşahidə edənələr
onu hedonist (həyatın
mənasını, dəyərini
həzzdə görən)
kimi qələmə verirdilər. Əslində isə, Matiss
sadəcə rəsm çəkərkən yaşayan,
periodik panika və depressiyalar keçirən özünəqapalı
insan idi. Yeni-yeni ideologiyaların bir-birini əvəz etdiyi dövrlərdə Matiss özünün “incəsənət yaşamağın
digər formasıdır”
ideyasına sadiq qalırdı...
Məşhurluq
Bir il ərəzində
fovizmə qarşı
“hücumlar səngisə
də” Matiss yaradıcılığına heç
bir təsiri olmadı. 1906-1917-ci illər
ərzində Parisdə
yaşayan rəssam özünə ev,
emalatxana və Biron otelində məktəb ayırır.
Onun qonşuları arasında
heykəltəraş Ogüst
Roden, yazıçı
Jan Kokto və rəqqasə İsadora Dunkan var idi.
Matissin ən gözəl işlərinin əksəriyyəti
məhz bu dövrdə ərsəyə
gəlib.
1906-cı ildə o, hər
birində oturmuş çılpaq qadın təsvirləri olan12 litoqraf
çəkir və tez bir zamanda
tamaşaçı kütləsinə
təqdim edir. Litoqraflar Parisdəki
“Druet Gallery”də sərgilənir. 1907-ci ildə
Giyom Apolliner “La Falange” qəzetində Matiss haqqında yazırdı: “Onun əsərlərinin əhatəsində
ekstravaqant, yaxud ekstremist başlanğıcdan
uzaqlaşırıq. Matiss yaradıcılığı
intellektualığın ən
yüksək səviyyəsindədir”.
Yenicə qazanılmış məşhurluğa
baxmayaraq, onun əsərləri kəskin
tənqidlərə məruz
qalmaqda davam edirdi. Buna görə də ailəsini saxlamaq gündən-günə
çətinləşirdi. Hətta
1907-ci ildə çəkdiyi
“Mavi çılpaq qadın” əsəri
1913-cü ildə Çikaqoda
keçirilən sərgidə
yandırılmışdı.
1908-ci ildə impressionist və postimpressionist rəssamların
əsərlərinin tanınmasında
önəmli rol oynayan alman diler
Pol Kassirer Berlində Matissin işlərini nümayiş
etdirir. Həmin il amerikalı
fotoqraf Alfred Ştiqlits
Nyu Yorkda Manhetten qalereyasında rəssamın əsərlərini
təqdim edir. Bu addımlar Matissin
Amerika incəsənət
dünyasında tanınmasına
böyük təsir göstərir.
Fovistlərin lideri kimi Matissə
öz vətənindən
daha çox xaricdə rəğbət
bəsləyirdilər. Rusiya və
Amerikada onun işlərini hazır olan kimi alırdılar.
Parisdə nümayiş etdirilən
Matiss əsərlərinin
çoxu onun ölümündən sonra
əldə olunub.
Təəssüf ki, fransızlar dahi rəssamın yaradıcılıq
ideyasını gec anlamışdılar...
1907-ci ilin yayında
Matiss və həyat yoldaşı İtaliyaya uzun səyahətə yollanırlar. Venesiya və
Paduyanı gəzərkən
Giottonun freskalarına
heyran qalırlar.
Florensiyada Staynlar ailəsinin
qonağı olurlar.
Matiss Arezzoya da səfər
edir. Pyero della Françeskanın
işlərini öyrənir,
həmçinin Sienada
Duççio və
digər rəssamların
əsərlərindən çox
təsirlənir.
Gertruda Stayn, Koun bacıları
və Pikasso
XX əsrin ilk onilliyində
Parisdəki amerikalılar - Gertruda Stayn, onun qardaşları Leo və Maykl Stayn, Mayklın həyat yoldaşı Sara və Gertrudanın Baltimordan
olan iki dostu Matiss əsərlərinə
dəlicəsinə aşiq olmuşdular. Klaribel və Etta Kounlar Pikasso və Matissin yüzlərlə iºinin kolleksionerləri
idilər. Onlar Matissdən ilk əsəri
1906-cə ildə əldə
etmişdilər və
sonrakı qırx il ərzində
dünyanın ən zəngin Matiss kolleksiyasına sahib olmuşdular.
Bu kolleksiyada rəssamın
təkcə əsas işləri deyil, həm də Nitsa dövründə çəkdiyi özünəməxsus
mürəkkəbliyi və
psixoloji təsiri ilə seçilən əsərləri də yer alırdı.
Matiss özündən on bir yaş kiçik olan Pikasso ilə
1906-cı ildə Gertruda
Staynın evində tanış olur. Matiss və Pikasso
həm həyat tərzi, həm də yaradıcılıq
üslubu baxımından
tamamilə fərqlənirdilər.
Həmişə bir-bririnə “çiyinləri
üzərindən baxan”
iki rəssam daim rəqabət aparırdılar. Sonralar
isə Pikasso deyirdi: “Heç kim Matissin
əsərlərini mənim
qədər xırdalığına
kimi incələmir, eləcə də mənim əsərlərimə
yalnız Matiss diqqətlə baxır”.
Matiss təbiətdən,
naturadan çəkdiyi
halda, Pikasso daha çox təxəyyülünə müraciət
edirdi. Hər iki rəssam
üçün xarakterik
mövzular qadın və natürmortlar idi, sadəcə Matiss öz fiqurlarını daha realistik interyerlər fonunda təsvir edirdi.
Parisdə Matiss Akademiyası
və Sergey Şukin
Matissin dostları Parisdə onun adına
akademiya açır
(1911-1917). Kommersiya xarakteri daşımayan
bu akademiyada gənc rəssamlara yeni texnikalar öyrədilirdi. Hans Purrman və Sara Stayn rəssamın ən sadiq tələbələri
arasında idilər.
Qısa müddət fəaliyyət göstərməsinə
baxmayaraq, akademiya müasir Avropa və Amerika rəssamlığında dönüş
nöqtəsi yaradan amilə çevrilə bilir...
Xavər Zahir
Palitra.- 2020.- 17 iyun.
S. 13.