“İrəli”
öz arxasıyla vətənpərvər, savadlı,
bacarıqlı gənclər ordusunu aparır”
Kənan
Əliyev: “Pandemiya dövründə belə, Azərbaycan
Könüllüləri Əlaqələndirmə Mərkəzi
tərəfindən bir sıra QHT-lər və Dövlət təşkilatlarının
könüllü gənclərinin bu çətin dövrdə
əvəzolunmaz xidmətləri oldu”
Müsahibimiz aktiv gənclərdən olan Kənan
Əliyevdir. Kənan 2 Saylı Bakı DOST Mərkəzinin əməkdaşıdır
və “İrəli’’ İctimai Birliyinin İdarə Heyətinin
üzvüdür. 2014-cü ildən
başlayaraq həm də könüllü kimi fəaliyyət
göstərir.
-Bildiyiniz
kimi bu il “könüllülər ili”dir.
Pandemiya bir çox fəaliyyətlərə mane olsa da,
könüllülük fəaliyyəti davam etdi. Bir könüllü kimi fəaliyyətinizdən
söz açardınız. Könüllülük
sizin üçün nə deməkdir?
-
Könüllülərə mənim üçün öz
iradəsi və sərbəst seçimi əsasında, əvəzi
ödənilməyən ictimai faydalı fəaliyyəti
ürəkdən, təmənnasız, könüldən gələrək, şəxsən həyata
keçirən şəxs deyərdim. Pandemiya
dövründə belə, Azərbaycan Könüllüləri
Əlaqələndirmə Mərkəzi tərəfindən
bir sıra QHT-lər və Dövlət təşkilatlarının
könüllü gənclərinin bu çətin dövrdə
əvəzolunmaz xidmətləri oldu. Hətta
belə bir ağır dönəmdə, ciddi sosial
izolyasiyanın tələb olunduğu, cəmiyyətimizin hər
mənada köməyə ehtiyac duyduğu günlərdə
belə könüllülər passiv olmadılar, onlayn ictimai
fəallıqlarını davam etdirdilər və onlayn olaraq
görüşlərdə, təlimlərdə iştirak
etdilər. Bu da hər bir gənc
üçün gələcəkdə duracağı pillənin
təməli olan zaman amilinin boşa sərf olunmamasına
şərait yaratdı.
-İctimai xidmətlər sektorunda könüllülərin
ilbəil artmasını necə dəyərləndirirsiniz? Məsələn,
gələcəkdə bu fəaliyyətdə olan gənclərin
dövlət təşkilatlarında işləmə
imkanları, şansları daha çox
görünürmü?
-Hər
bir qurumun öz daxili potensial kadrlarının
yaradılması üçün könüllülük təcrübəsi
çox müsbət haldır. Artıq bir çox dövlət
qurumunda çalışan gənclərin iş həyatının
başlama səbəbi könüllülük yolu olub. Bu hal da hazırda könüllü fəaliyyət
göstərən gənclərə motivasiyadır.
- DOST mərkəzində
də çalışırsınız. Bu yeni
yaranan qurumun fəaliyyətini bir aktiv gənc kimi necə dəyələndirirsiz?
-Sosial
xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ
açan, hər kəsə dost məramı ilə
yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu
təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün
nəticəsidir. Könüllü fəaliyyətinə
başladığım gündən bəri, olduğum layihələrdə
həm iştirakçı, həm təşkilatçı
qismində olarkən daima şəffaflıq və ədalət
prinsipini rəhbər tutaraq fəaliyyət göstərmişəm.
Hərbi
xidmətdən qayıdandan sonra, DOST Agentliyinin işinə nəzər
yetirdim və öz fəaliyyətimlə agentliyin prinsiplərinin
uyğun olduğunu gördüm. Əsas məqsədim olan ədalət
prinsipi əsasında, şəffaflıqla vətəndaşlara
xidmət, cəmiyyətə faydalı olmaq üçün
burada olmağımı vacib bildim
-Könüllülükdən
başqa digər ictimai işlərdə necə, aktivsinizmi?
- Öncə
istərdim könüllülük fəaliyyətimlə
bağlı bir qədər ətraflı məlumat verim.
İlk könüllü fəaliyyətimə
başlamışam, 2014-cü ildə universitet daxilində fəaliyyət
göstərən birliklər, dərnəklərdə və
Tələbə Gənclər Təşkilatı daxilində
başlayaraq universitet daxilində fəaliyyət göstərən
debat klubunda iştirak etmiş, 2018-ci ilədək universiteti
müxtəlif yarışlarda, dövlət tədbirləri
və layihələrdə təmsil etmişəm. Daha sonra 2015-ci ilin yanvar ayından 2015-ci ilin iyun
ayınadək “Sos Uşaq Kəndləri -Azərbaycan
Assosiasiyası’’ tərəfindən həyata keçirilən
“Bakı Ailələrinə dəstək’’ layihəsində
könüllü olaraq çalışmışam.
2015-ci ildə Yasamal rayon əlillər cəmiyyətində həssas
qruplara yönəlmiş layihələrin təşkilində,
elə həmin ilin aprel ayında “Birgə və Sağlam
İctimai Birliyi’’-nin layihələrinin həyata keçirilməsində
iştirak etmiş və hər il autizm ayı olan Aprel
ayında təşkil olunan “Aprel Autizm ayı’’ tədbirlərin
təşkilini həyata keçirmişəm.
Bundan başqa “İrəli” İctimai Birliyində də
aktiv fəaliyyətim var ki, burada da ilk olaraq könüllü
kimi fəaliyyətə başlamışam. Daha sonra 2014-cü ilin
sentyabr ayından “İrəli” İctimai Birliyinin İnsan
Resursları katibliyinin əməkdaşı qismində 2018-ci
ilin may ayınadək rəsmi fəaliyyət göstərmişəm.
Hazırda da Birliyin İdarə Heyətinin
üzvüyəm.
-“İrəli” İctimai Birliyindən söz
açdınız. Xeyli sayda perspektivli, istedadlı gənci
bir araya gətirən belə bir təşkilatın fəaliyyəti
sizi qane edirmi? “İrəli” sizin üçün
hansı təcrübələri verdi?
-Əlbəttə
sizin də qeyd etdiyiniz kimi “İrəli” İctimai Birliyi
böyük perspektivə malik bir təşkilatdır, hətta
deyərdim ki, öz arxasıyla vətənpərvər,
savadlı, bacarıqlı gənclər ordusunu aparır.
“İrəli” İctimai Birliyi 26 avqust 2005-ci il
tarixindən gənclər hərəkatı kimi fəaliyyətə
başlayıb. Əsas məqsədi Azərbaycanda gənclər
siyasətini həyata keçirmək və gənclərin
inkişafına nail olmaqdır. 3 illik fəaliyyətdən
sonra “İrəli” İctimai Birliyi öz fəaliyyətini gənclər
hərəkatı kimi dayandırıb. 24 dekabr 2008-ci il tarixindən təşkilat olaraq fəaliyyətə
başlayıb. Bu gün də bu təşkilatın əsas
məqsədi dövlət gənclər siyasətinin
inkişafına dəstək ola biləcək
hər bir gəncin təşəbbüslərinin
bütün sahələrdə stimullaşdırmaq və gənclər
siyasətində yaxından cəlb olunan və ölkənin
maraqlarını qoruyan vətəndaş cəmiyyətinin
formalaşmasında iştirak etməkdir. Yolu “İrəli”
İB-dən keçən gənclərin bu gün fəaliyyətlərinə,
vətəndaş cəmiyyətindəki mövqelərinə
nəzər yetirsək, əminliklə deyə bilərəm
ki, təşkilat öz ali məqsədinə
nail olub.
-Bəs Azərbaycan gənclərinin hazırkı
durumu, sizi qane edirmi?
-Bu
gün Azərbaycan gəncinə bütün sahələrdə
yaradılmış münbit şərait göz önündədir.
Günümüzdə hər hansı universitetdə təhsil
alan gənc istədiyi sahə, ixtisası
üzrə nəzəri bilikdən əlavə təcrübə
toplamaq üçün təşkilat, ictimai birlik tapa bilər.
Hətta region gəncləri belə, Gənclər
Evi vasitəsi ilə ictimai fəallıqlarını
artıra bilərlər. Burada dövlət
öz üzərinə düşəni etdiyi
üçün növbə gəncdədir və gənc də
bu imkanlardan sözün yaxşı mənasında istifadə
etməlidir.
-Sizin
xeyirxah missiyalı kampaniyanız olması haqqında məlumatlıyam.
Bu barədə də söz
açardınız.
- Bəli
belə bir xeyriyyə xarakterli aksiyamız var. 2017-ci ildən
start götürən xeyriyyə aksiyamız artıq neçə
ildir ki, uğurlu şəkildə davam edir. Hər il mart ayında reallaşdırılan
aksiyanın keçirilməsində məqsəd aztəminatlı
ailələrin maddi vəziyyətinin yaxşı olmaması
və əksər ailələrdə uşaqların bayram
sevincindən məhrum olması səbəbindən həmin
ailələrə dəstək olmaqdır. Bununla
yanaşı, ailələrdə uşaqların yaxşı
təhsil almalarına az da olsa şərait
yaratmaq nəzərdə tutulan əsas amillərdən biridir.
Hər bir şəxs müxtəlif məktəb ləvazimatları(qələm, kitab, dəftər,
çanta, rəngli karandaşlar və s.) alaraq, həmçinin,
artıq ehtiyac duymadığını yeni geyimləri verərək
aksiyamıza dəstək ola bilir. Gedəcəyimiz
ailələrdə hər yaşda üzv olduğu
üçün hər yaşa və ölçüyə
uyğun geyimlər də qəbul edilir. Həmçinin
maddi yardım göstərərək də, nəzərdə
tutulmuş ləvazimatların, müəyyən qida vasitələrinin-şirniyyatların
alınmasına dəstək olaraq aksiyaya öz töhfəsi
verilə bilər. Bu da qəlbində
paylaşmaq hissi olan, paylaşmağı bacaran hamıya imkan
yaradır ki, hər kəs bacardığı dəstəyi
göstərə bilsin.
Kənan Əliyev
Müsahibəni
apardı: Tural Tağıyev
Palitra.- 2020.- 19 iyun.
S. 6.