“Avropada ərazi bütövlüyü məsələsinə
yanaşma necə dəyişdi?”
Milli Məclisin
deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr
üzrə işçi qrupun rəhbəri Könül
Nurullayevanın “Eurasia Diary” portalında Avropa İttifaqı
ilə Azərbaycan arasında münasibətlər və
Aİ-nin ölkəmizin ərazi bütövlüyü məsələsinə
yanaşması ilə bağlı məqaləsi dərc
edilib.
AZƏRTAC xəbər verir ki, “Avropada ərazi
bütövlüyü məsələsinə yanaşma necə
dəyişdi?” adlı məqalədə bildirilir ki, son
vaxtlar Avropa İttifaqının bütün institutlarında ərazi
bütövlüyü və milli suverenlik məsələsinə
münasibətdə vahid yanaşmaya istiqamətlənmə
müşahidə olunur. Təkcə bu il Avropa
İttifaqının ayrı-ayrı rəsmi və səlahiyyətli
qurumları səviyyəsində 3 əsas sənəd qəbul
olunub ki, onların da hər birində ərazi
bütövlüyünə hörmət və sadiqlik ifadə
edilir. Eyni zamanda, Aİ-nin xüsusilə Azərbaycana
münasibətdə “ərazi bütövlüyü”
anlayışının konkret parametrləri
açıqlanır. Aydın olur ki, Avropa
İttifaqının Azərbaycanın ərazi
bütövlüyünə dəstəyi məhz beynəlxalq
səviyyədə tanınmış sərhədlər, yəni,
Dağlıq Qarabağ regionu ilə birlikdə olan ərazini
nəzərdə tutur. Bu da nəticə
etibarilə həmin sənədlərin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində
hüquqi bazanın möhkəmlənməsinə xidmət
edir. Belə ki, Aİ Xarici İşlər Nazirləri
Şurasının bu il mayın 11-də qəbul etdiyi “Şərq
Tərəfdaşlığının gələcəyi ilə
yekunlar” sənədində Aİ ərazi
bütövlüyü, müstəqillik və suverenlik daxil
olmaqla, beynəlxalq hüquqa olan sadiqliyini ifadə edib. Təsadüfi deyil ki, məhz bu sənədin qəbulundan
sonra təşvişə düşən erməni analitiklərin
dolaşıq və təzadlı təhlillərində guya Qərbin
razılığı ilə Azərbaycanın hərbi əməliyyatlara
başlayacağına dair müharibə anonsları yer
almağa başladı. Ardınca, mayın 28-də BMT Təhlükəsizlik
Şurasının BMT və regional təşkilatlar
arasında əməkdaşlıq mövzusunda
videokonfransı zamanı Aİ-nin Xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi
Cozep Borrel milli suverenlik və ərazi
bütövlüyünün dəstəklənməsinin
Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri
ilə münasibətlərinin əsas elementləri kimi
qalacağını bəyan etdi.
Məqalədə
bu il iyunun 10-da Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq
Komitəsinin sədri xanım Marina Kalyurand, Avropa Parlamentinin
Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku
və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi
xanım Zelyano Zovkonun imzası ilə hazırlanan birgə bəyanatın
əhəmiyyəti xüsusilə vurğulanır. Bəyanatda Ermənistanla işğal olunmuş
Dağlıq Qarabağı birləşdirəcək
üçüncü magistral yolla bağlı rəsmi
Yerevana xəbərdarlıq edilir. Ermənistan
Paşinyanın separatçı yol “strategiyası”nın əleyhinə olan və soyuq duş
effekti yaradan bu sənədin təsirindən çıxmadan,
10 gün sonra Avropa Parlamenti daha konkret və prinsipial sənəd
qəbul etdi. İyunun 19-da qəbul edilən – “Avropa
Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində
Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti
Aİ-nin Şərq Tərəfdaşlığı
Proqramı üzrə xarici siyasət məsələləri
və təhlükəsizlik üzrə ali nümayəndəsinə
tövsiyə” adlı qətnaməsində isə “Avropa
İttifaqının Cənubi Qafqazda strategiyasına tələbləri”nə
istinad edilir. Sonuncu sənəddə Avropa
İttifaqının sırf ərazi bütövlüyü
ilə bağlı prinsipial mövqeyini əks etdirən bir
sıra ciddi bəndlər yer alıb - ilk növbədə,
erməni silahlı birləşmələri tərəfindən
tutulmuş ərazilər “işğal edilmiş ərazilər”
adlandırılıb. Həmçinin
Şərq Tərəfdaşlığı ölkələrinin
müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyünün hələ də həll edilməmiş
regional münaqişələr, xarici təcavüz və həmin
ölkələrin bəzilərinin işğalının
davam etməsi ucbatından pozulduğu qeyd olunub. Xarici qoşunların işğal edilmiş
bütün ərazilərdən dərhal
çıxarılmasına dair çağırış
edilir. Bu çağırış ərazilərində
işğalçı qoşunların dislokasiya edildiyi Şərq
Tərəfdaşlığının
iştirakçılarına aiddir.
Ən vacib məqam - sənəddə məhz xarici təcavüz
nəticəsində baş verən münaqişələr
zamanı insan haqlarının kobud şəkildə
pozulduğu xatırladılır. Yəni, əsas diqqət
Ermənistanın təcavüz və işğal siyasətinin
qurbanı olan Azərbaycanlı qaçqın və məcburi
köçkünlərin pozulmuş hüquqlarına
yetirilir. Bununla da erməni tərəfinin paranoid
xarakterli iddiası - “Dağlıq Qarabağ xalqı”nın(?) öz müqəddəratını təyinetmə
prinsipi ətrafında manipulyasiyası üçün nəfəs
yeri qalmır. Qətnamənin daha bir bəndində isə
qeyd olunur ki, əgər könüllü olaraq ilkin mövqelərə,
yəni dövlət sərhədindən kənara çəkilməsələr,
işğal olunmuş ölkənin qəbul edilmiş və
bu gündən etibarən Avropa İttifaqı tərəfindən
dəstəklənən öz ərazi
bütövlüyünü güc yolu ilə təmin etmək
hüququ var. Bu isə Azərbaycanın öz ərazi
bütövlüyünü bərpa etmək
üçün bütün mümkün variantlardan istifadə
hüququna verilən dəstəkdir.
"ŞərqTərəfdaşlığıölkələrininhərbirininsuverenliyinəvəərazibütövlüyünəhörmətvacibdir"
Müəllif
qeyd edir ki, Avropa İttifaqı bu vaxta qədər Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı daha çox məsuliyyətdən yaxasını
kənara çəkmək, bütün məsuliyyəti
ATƏT-in Minsk üçlüyünün “üzərinə
yıxmaqla” seçilib. Həm də yalnız
bununla yox, Dağlıq Qarabağ münaqişəsindən fərqli
olaraq, Cənubi Qafqaz regionundakı oxşar münaqişələrə
daha obyektiv münasibət sərgiləməklə. Yəni, Aİ-nin münaqişələrə
selektiv yanaşması tez-tez rəsmi Bakını məyus
edib. Halbuki Azərbaycan Avropa
İttifaqına münasibətdə hər zaman etibarlı tərəfdaş
qismində çıxış edib. Avropa
İttifaqı ilə əməkdaşlıq Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindəndir, eyni zamanda,
Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Ölkəmiz Avropa İttifaqının milli təhlükəsizliyə
bərabər sayılan enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayır.
Azərbaycan Aİ-yə üzv 9 dövlət ilə
strateji tərəfdaşlıq haqqında sənəd
imzalayıb. Elə hazırda Aİ Şurasına sədrlik edən
məhz bu strateji tərəfdaşlardan biri – Xorvatiyadır.
Bu ölkənin Baş Naziri Andrey Plenkoviç
öz çıxışlarının birində
"Xorvatiya Avropa İttifaqına yaxınlaşmaq istəyən
ölkələrin ambisiyalarına güclü dəstək
verməklə Şərq Tərəfdaşlığı
ölkələri ilə Aİ arasında münasibətlərin
daha da inkişafını dəstəkləyir. Bu mənada Şərq Tərəfdaşlığı
ölkələrinin hər birinin suverenliyinə və ərazi
bütövlüyünə hörmət vacibdir, xüsusən
bir sıra dondurulmuş münaqişələr kontekstində”
söyləməklə Ermənistanın işğal siyasətinin
Şərq Tərəfdaşlığı ilə ziddiyyət
təşkil etdiyini vurğulamış oldu ki, bu da əslində,
Avropa İttifaqının mövqeyi kimi qəbul olunur.
Xorvatiyanın Aİ Şurasının sədri kimi bu ədalətli
və prinsipial mövqeyinə Bakı-Zaqreb strateji tərəfdaşlıq
prizmasından baxdıqda tam aydın olur ki, dövlətlərarası
münasibətlərdə strateji tərəfdaşlıq
qarşılıqlı şəkildə milli maraqların
adekvat və praqmatik təmin olunması ilə xarakterizə
edilir. Strateji tərəfdaş həm də qlobal problemlərin
həllində əsas rol oynayan aktor olmalıdır. Biz 25 illik tarixi olan Azərbaycan-Xorvatiya münasibətlərində
bunun real nəticəsini görürük.
Deputat məqaləsinin sonunda vurğulayır ki, Avropa
İttifaqının son vaxtlar milli suverenlik və ərazi
bütövlüyü məsələsi ilə bağlı
daha obyektiv mövqe nümayiş etdirməsi, strateji tərəfdaşların
beynəlxalq müstəvidə ölkəmizə dəstəyi
onu deməyə əsas verir ki, “orta güc” (middle power) kimi Azərbaycan
mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda
bütün diplomatik vasitələri öz perspektivinə
çevirə bilir. Məhz Azərbaycan təcrübəsinə
əsaslansaq - ağıllı xarici siyasət dövlətin
strateji vəzifələrini və dünyadakı real vəziyyəti
uzlaşdıraraq, mövcud olan bütün imkanlardan
çevik və maksimum effektiv istifadə etmək
bacarığıdır.
“Azərbaycanın
işğal olunmuş ərazilərindəki çox sayda Azərbaycan
tarixi və islam irsinə aid əsərlərdə daxil olmaqla
çox saylı tarixi, mədəniyyət və dini abidələr
vəhşicəsinə məhv edilib"
Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər
naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı
(İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə
virtual görüşü olub.
ElmarMəmmədyarov
deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində
Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan
Respublikası ərazisinin 20 faizi işğal edilmiş, habelə
bir milyondan çox insan qaçqın və məcburi
köçkünə çevrilib.
O bildirib
ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki
çox sayda Azərbaycan tarixi və islam
irsinə aid əsərlər də daxil olmaqla
çoxsaylı tarixi, mədəniyyət və dini abidələr
vəhşicəsinə məhv edilib.
“Azərbaycan
hökuməti Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik
Şurası və İƏT-in müvafiq qətnamələri
əsasında sülh yolu ilə həllinə sadiq qalsa da, Azərbaycan
ərazi bütövlüyü və suverenliyini tam əsasda
bərpa etmək üçün lazım olan bütün
vasitələrdən istifadə etmək qanuni haqqını
qoruyub saxlayır”, - deyə nazir vurğulayıb.
Fuad Hüseynzadə
Palitra.- 2020.- 24 iyun.
S. 13.