Prezident İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü
yeni salınmış
parkda olub
Martın 2-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub.
Prezident İlham Əliyev Mərkəzi Neftçilər
Xəstəxanasının yanında Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü
yeni salınmış
parka gəlib.
Dövlət başçısı heykəlin
önünə gül
dəstələri qoyub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov burada görülən işlər barədə məlumat verib.
Qeyd edək
ki, tarixi şəxsiyyət Şah
İsmayıl Xətainin
heykəli iki magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ
yaxınlaşmasını çətinləşdirirdi, eyni
zamanda, yolda tıxacın yaranmasına
səbəb olurdu.
Bununla bağlı əhali tərəfindən Bakı
Şəhər İcra
Hakimiyyətinə müraciətlər
edilib. Bütün bunlar və
Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu
nəzərə alınaraq
dövlətimizin başçısının
tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb
və burada yeni park salınıb.
Parkda əhalinin istirahəti üçün lazımı
şərait yaradılıb,
o cümlədən oturacaqlar
qoyulub və ətraf abadlaşdırılıb.
Bu addım şəhər
sakinləri və paytaxtımızın qonaqlarına
heykəli rahat ziyarət etməyə şərait yaradır.
Heykəlin postamenti də yenilənib. Heykəlin köçürülməsi prosesi abidəyə heç bir xələl gətirilmədən
həyata keçirilib.
Paytaxt Bakının
abadlaşdırılması, yeni istirahət məkanlarının salınması,
tarixi irsimizin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şah İsmayıl
Xətainin heykəlinin
uyğun yerə köçürülməsi və
burada parkın yaradılması bu istiqamətdə atılan
növbəti addımdır.
Bu layihə sakinlərin
istirahətinin təmin
olunması üçün
böyük rol oynayır.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dövlət başçısına bu
ərazidə yol-nəqliyyat
infrastrukturu barədə
məruzə edib.
Prezident İlham Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi
ilə bağlı tapşırıq və göstərişlərini verib.
Qeyd edək
ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi
paytaxtımızda yol-nəqliyyat infrastrukturuna mühüm
töhfə olacaq. Belə ki, bu, Nizami küçəsi ilə
Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May
küçəsi istiqamətində yolları birləşdirən
nəqliyyat qovşağının yaradılmasına şərait
yaradır. Bu isə öz növbəsində, bu ərazidə
yarana biləcək tıxacların qarşısının
alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin
intensivliyinin təmin edilməsinə imkan verəcək.
Palitra.- 2020.- 3 mart.-
S.3.