Meksikanın radiosunda Azərbaycan həqiqətləri barədə məlumat verilib
Azərbaycan
Respublikasının Meksika Birləşmiş
Ştatlarındakı səfiri Məmməd Talıbov
Meksikanın geniş dinləyici auditoriyasına malik
“Chapultepec 560” radiosunda yayımlanan “Rosalia Buaun ilə söhbət”
proqramının qonağı olub.
AZƏRTAC xəbər verir ki, səfir
müsahibəsində Azərbaycanın,
tarixi, mədəniyyəti,
müxtəlif sahələrdə
əldə etdiyi nailiyyətlər, Ermənistanın
ölkəmizə təcavüzü
və Xocalı soyqırımı barədə
geniş məlumat verib. Proqram, həmçinin canlı şəkildə kanalın
rəsmi sosial şəbəkə profillərində
video formatında da yayımlanıb.
Müsahibədə səfir Xocalıda
dinc əhaliyə qarşı törədilmiş
vəhşiliklərdən bəhs edib, onların amansızcasına
qətlinin bütün
bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi vurğulayıb, soyqırımı
barədə radio dinləyicilərinə məlumat
verib. Xocalı soyqırımını XX əsrin əvvəllərindən
başlayaraq ermənilər
tərəfindən azərbaycanlılara
qarşı müntəzəm
olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin
ən qanlı səhifəsi adlandırıb.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə
məlumat verərək
Ermənistanın beynəlxalq
hüququn bütün
normalarını pozaraq
Azərbaycanın suveren
və hamılıqla
tanınmış ərazisinin
20 faizini işğal altında saxladığını
və həmin torpaqlarda yaşamış
Azərbaycan xalqını etnik təmizləməyə məruz
qoyduğunu vurğulayıb.
Bildirib ki, Ermənistan BMT Təhlükəsizlik
Şurasının münaqişə
ilə bağlı dörd qətnaməsinə
indiyədək məhəl
qoymur.
Diplomat, həmçinin suallara cavab verərək ölkəmizin
müstəqillik tarixi
haqqında ətraflı
danışıb, 1918-ci ildə
Azərbaycan xalqının
müsəlman dünyasında
ilk dünyəvi və demokratik respublika yaratdığını,
eləcə də qadınlara səsvermə
hüququ verən ilk müsəlman ölkəsi olduğunu bildirib.
Azərbaycanda mövcud olan
dinlərarası harmoniya,
qədim tolerantlıq
və multikulturalizm ənənələri haqda
ətraflı məlumat
verən səfir ölkəmizdə müxtəlif
din və mədəniyyətlərə mənsub
insanların heç zaman, heç bir diskriminasiya ilə üzləşmədən
qarşılıqlı anlaşma
və əmin-amanlıq
şəraitində yaşadıqlarını
diqqətə çatdırıb.
Səfir Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri, güclü
iqtisadi potensialı ilə Cənubi Qafqazın lideri olduğunu, ölkəmizin
iqtisadiyyatında enerji
sektoru ilə yanaşı, son illərdə qeyri-neft sektorunun da sürətlə
inkişaf etdiyini deyib, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə genişmiqyaslı islahatların uğurları barədə
fikirlərini bölüşüb.
Verilişin qonağı olan
Meksika Deputatlar Palatasının Daimi Əmək Komissiyasının
üzvü, millət
vəkili Anita Sançez Kastronun sualına cavab olaraq, Azərbaycan səfiri ölkəmizdə
bütün sahələrdə
olduğu kimi sosial müdafiə sahəsində də həyata keçirilən
islahatlardan və müşahidə olunan müsbət dinamikadan bəhs edib. Həmçinin Azərbaycanın dövlət xidmətlərinin
göstərilməsi sahəsində
qabaqcıl modeli olan “ASAN xidmət” barədə məlumat verən diplomat şəffaflığın artırılması
və müasir innovasiyaların tətbiqi
baxımından “ASAN xidmət”in
yaradılması ilə
səmərəli dövlət idarəçiliyinin
təmin edilməsi sahəsində ciddi nailiyyətlərin əldə
olunduğunu söyləyib.
Xocalı soyqırımının
28-ci ildönümü ilə
əlaqədar səfir
M.Talıbov həmçinin
Meksikanın ABC radiosuna,
Sofando radiosuna və “Asociacion Nacional de Locutores”
televiziya proqramında
müsahibələr verib.
Palitra.- 2020.- 4 mart.-
S.7