The Korea Times” qəzeti Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatını dərc edib

Tural Gəncəliyev: “Təcavüzkar Ermənistanın siyasi dairələrinin qeyri-konstruktiv mövqeyi münaqişənin tənzimlənməsi, Ermənistanın işğalına son qoyulması və regionda sülhə nail olunmasına qarşı yönəlib”

NüfuzluThe Korea Times” qəzetində “İşğal olunmuş bölgələrdən olan azərbaycanlılar erməni təcavüzünə cavab verirlər” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı bəyanatının mətni əks olunub.

Bəyanatda qeyd edilir ki, 1988-ci ildə azərbaycanlılara qarşı başlayan etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal edib. Bir gecədə 613 mülki şəxsin, o cümlədən qadınların, uşaqların və qocaların erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində törədilən soyqırımı azərbaycanlılara qarşı həyata keçirilən böyük qətliam kimi tarixə həkk olunub. Bildirilir ki, BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dünya birliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tanıyıb.

Məqalədə dünya ictimaiyyətinin, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünüsuverenliyini dəstəklədiyi, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququnu tanıdığı qeyd olunub.

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin edə biləcək, eləcə də zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmaları, ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu şəraitdə, ayrı-seçkiliyə yol verilmədən dinc şəraitdə birgəyaşayışına imkan yaradan, bir sözlə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir", - deyə bəyanatda bildirilir.

Yeri gəlmişkən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Xarici İşlər naziri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında keçirilmiş görüşdən sonra Ermənistan siyasi dairələrində yaranmış təşvişə münasibət bildirib.

İcmadan verilən məlumata görə, T. Gəncəliyev bildirib ki, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

“Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk Qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb. Mövlud Çavuşoğlubu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” fikrini bəyan edib. Bu görüşdən sonra Ermənistanın siyasi dairələri bir sıra anlaşılmaz bəyanatlar səsləndirərək Türkiyə XİN rəhbərinin həmsədrlərlə görüşünə neqativ münasibət sərgiləyiblər.

Mən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bəyan edirəm ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir və həmsədrlərlə bu ölkənin Xarici İşlər nazirinin görüş keçirməsində təəccüblü bir şey yoxdur. Digər tərəfdən, Türkiyə istər beynəlxalq səviyyədə, istərsə regionumuzda təhlükəsizliyə və tərəqqiyə töhfə verən bir ölkə kimi mövcud olan münaqişələrin həllində maraqlıdır.

Ermənistan siyasi dairələrində sözügedən görüşdən sonra yaranmış təşviş əslində onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını və işğalçı siyasətinin davam etdirilməsinə çalışmalarını göstərir.

Təcavüzkar Ermənistanın siyasi dairələrinin qeyri-konstruktiv mövqeyi münaqişənin tənzimlənməsi, Ermənistanın işğalına son qoyulması və regionda sülhə nail olunmasına qarşı yönəlib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bir daha bəyan edirəm ki, iki icmanın sülh şəraitində birgə yaşayışına yeganə maneə Ermənistan qoşunlarının bizim ərazilərimizdə mövcudluğudur. İşğalçı qoşunlar oradan çıxarıldıqdan və azərbaycanlı əhali öz torpaqlarına qayıtdıqdan sonra, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə mövcudluğumuz üçün heç bir problem qalmayacaq”, - deyə T. Gəncəliyev qeyd edib.

BAMF-ın bəyanatı BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının sənədləri arasında yer alıb

Bu arada ofisi Azərbaycanda yerləşən və BMT-nin İqtisadiSosial Şurası (ECOSOC) yanında əsas məşvərətçi statusa malik Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının sənədləri çərçivəsində yazılı bəyanatı yayılıb.

BAMF-ın prezidenti Umud Mirzəyevin AZƏRTAC-a verdiyi məlumata görə, “Münaqişə zonalarında mədəni və dini irsin məhv edilməsi” adlı bəyanatda qonşu Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalına səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilir. Bəyanatda, həmçinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə, Dağlıq Qarabağdaona bitişik 7 rayonda dağıdılmış maddi, mədəni və dini obyektlər barədə məlumatlar yer alıb.

BAMF səyləri birləşdirməyə və İnsan Hüquqları Şurasını və hər bir dövləti ayrı-ayrılıqda müharibə zonalarında, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irs və əmlakların məhv edilməsi ilə bağlı yaranmış vəziyyətə diqqətlə yanaşmağa çağırır.

Eyni zamanda, BAMF Cenevrədəki Beynəlxalq İnsan Hüquqları və İnkişaf İnstitutu ilə əməkdaşlıq çərçivəsində 17 mart 2020-ci il tarixdə BMT-nin Cenevrə ofisində "Müharibə bölgələrində mədəni irs" adlı paralel sessiya təşkil etməyi planlaşdırmışdı. Təəssüf ki, İnsan Hüquqları Şurasının Katibliyi Birləşmiş Millətlər Təşkilatının Cenevrə nümayəndəliyinin Baş direktorunun koronavirusla bağlı yaranmış qlobal vəziyyətə (COVID-19) və mümkün nəticələrə dair tövsiyələrinə əsasən İnsan Hüquqları Şurasının 43-cü iclası çərçivəsində planlaşdırılan bütün tədbirləri ləğv edib. Buna baxmayaraq, BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyası çərçivəsindəki sənədlər arasında Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş bütün vandalizm aktlarını, işğal faktını əks etdirən rəsmi bəyanat hər kəsin istifadəsi üçün açıqdır.

Sənəddə qeyd olunur ki, münaqişə zonalarında mədəniyyət abidələrinin və memarlıq məkanlarının qorunması problemi bir neçə onilliklər ərzində ən aktual problemlərdən biri olub. Bildirilir ki, Azərbaycan tarixi abidələrin qorunması ilə məşğul olan bir çox beynəlxalq konvensiya və komitələrin iştirakçısıdır, eyni zamanda, 90-cı illərin əvvəllərindən bəri qonşu Ermənistan tərəfindən ərazisinin təxminən 20 faizinin işğal olunması problemi ilə üzləşən ölkələrdən biridir: “İndiyə qədər də Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət abidələri, əmlak, dini yerlər dağıdılmaqda davam edir. Bu gün Azərbaycanda 1,2 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Təkcə 1989-cu ildə təxminən 300.000 azərbaycanlı Ermənistandan zorla deportasiya edildi. Bu gün Azərbaycan əhalisinin 10 milyon nəfərə çatdığını nəzərə alsaq, 1 nəfərə düşən qaçqın və məcburi köçkünlərin sayı digər ölkələrlə müqayisədə xeyli çoxdur. Azərbaycanın işğal olunmuş ərazilərində 900 mindən çox yaşayış məntəqəsi və ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min mənzil, 4666 sosial və mədəniyyət obyekti, 7000 ictimai tikili, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-kurort kompleksi, 798 tibb müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti, 40 mindən çox muzey eksponatı məhv edilib. Bir milyondan çox insanın mülkiyyət hüququ, dinc və davamlı şəraitdə yaşamaq hüququ ciddi şəkildə pozulub. İşğal olunmuş bölgələrin kənd təsərrüfatına, infrastruktura, sənayeyə və tarixi irsə ziyan vurulması qayda-qanunun dinc şəkildə bərpa edilməsi üçün mümkün qədər tez dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət təxminən 30 ildir davam edən bu vəziyyətə daha çox diqqət yetirməlidir. BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) baxmayaraq, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçünöz növbəsində, Cənubi Qafqaz bölgəsinin davamlı və bərabər inkişafına gətirəcək əsas amil olan bu qətnamələrə məhəl qoymur”.

Fuad Hüseynzadə

Palitra  2020.- 6 mart.- S.11.