“Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək”

Vaşinqtonda məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətində rolunun artırılması mövzusunda müzakirələr aparılıb

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan məcburi köçkünlərlə əlaqədar aparılan siyasətdə mühüm irəliləyişlərin əldə olunduğunubu istiqamətdə işlərin davam etdirildiyini bildirilib

Ppolitoloq: “Ermənistanın hazırda qorxu içində yaşayır, işğalçı ölkə Azərbaycanın gücləndiyini və hərbi potensialımızın nə vaxtsa işə düşəcəyini çox yaxşı anlayır. Bu baxımdan Ermənistan təxribat törətməklə onlara havadarlıq edən ölkələrə də guya bunu etməyə məcbur olduqlarını göstərməyə çalışırlar”

Vaşinqtonda Müsəlman Amerika Liderlik Alyansının (MALA) təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatası, ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə Palatanın mənzil-qərargahında “Sosial sahibkarlıq fəaliyyəti vasitəsilə gender boşluğunun aradan qaldırılması: irəliləyiş və çağırışlarmövzusunda panel müzakirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, panel müzakirəsi məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məzmununu əhatə edib.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov müzakirə mövzusunun hazırda aktual olduğunu qeyd edərək Azərbaycan dövlətinin bu məsələyə xüsusi diqqət yetirdiyinibu istiqamətdə tədbirlərin dəstəkləndiyini vurğulayıblar. Bundan əlavə, ölkəmizdə qadınlara seçki hüququnun ABŞ-dan öncə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə verildiyi, bu güngender bərabərliyini təmin etmək üçün işlərin aparıldığı və bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu xüsusi vurğulanıb.

Daha sonra panel müzakirəsinin moderatoru, Müsəlman Amerika Liderlik Alyansının (MALA) icraçı direktoru Zeynəb Xan mövzu haqqında məlumat verərək panel müzakirəsinin iştirakçılarını auditoriyaya təqdim edib. Müzakirələr “Məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı dövlət siyasəti və layihələr”, “Şəxsi təcrübə, bu qadınların sahibkarlığa cəlb olunması ilə bağlı təhsilin rolu” və “Azərbaycanda qadınların sahibkarlıqda rolunun təhlili” istiqamətlərini əhatə edib.

Ölkəmizin ABŞ-dakı Səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva çıxış edərək məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ideyası barədə məlumat verib. O, qadınların iqtisadi gücü və potensialının inkişaf etdirilməsinin vacib səbəblərini qeyd edib.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan məcburi köçkünlərlə əlaqədar aparılan siyasətdə mühüm irəliləyişlərin əldə olunduğunubu istiqamətdə işlərin davam etdirildiyini bildirilib. Bu xüsusda, Azərbaycan hökumətinin Dünya Bankı ilə bu sahədə əməkdaşlıq layihəsi, dövlət tərəfindən aparılan layihələr, o cümlədən Azərbaycanda bölgələr üzrə ABŞ-ın Azərbaycandakı səfirliyi və digər beynəlxalq təşkilatlar tərəfindən aparılan layihələr, onların müsbət təsir və faydaları barəsində məlumat verərək bu kimi layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti haqqında danışıb. Eyni zamanda, ötən il ABŞ-da qadınların iqtisadi inkişafının gücləndirilməsi istiqamətində qadınların qlobal inkişafrifah təşəbbüsünün başlanılması bu layihə çərçivəsində təcrübədən faydalanmağın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, Azərbaycanda qadınların sahibkarlığa cəlb olunmasına misal olaraq, “Azərxalça” ASC məcburi köçkünlərin yerləşdiyi ərazilərdə xalça müəssisələrinin yaradılmasından danışılıb. Səfirliyin əməkdaşı Fidan Muradzadə daha ətraflı məlumat verərək bu layihənin məcburi köçkün qadınların bu sahədə fəal iştirakı, xalçaçılıq məktəblərinin açılması və Azərbaycan mədəniyyətinin inkişafına təsiri barədə məlumat verib. İştirakçılar ABŞ-Azərbaycan Ticarət Palatasında məcburi köçkün qadınların əməyi ilə toxunulan xalça sərgisi ilə yaxından maraqlanıb və çoxsaylı suallar ünvanlayıb. MALA təşkilatını həmtəsisçisi Əhməd Fleks Ömər üç bacısı ilə qaçqın kimi ABŞ-a köçdüyü zaman onların təhsil və ilə bağlı üzləşdiyi çətinliklər və çıxış yolları ilə bağlı təcrübəsini paylaşıb. O, qadınların cəmiyyətə inteqrasiyası və iqtisadi gücünün artırılması üçün praktiki tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Corc Vaşinqton Universitetinin təhsil üzrə elmlər namizədi Sevinc Məmmədova qadınların sahibkarlıq sahəsində sayının artırılmasında təhsilin vacib rolu haqqında danışıb. Ümumi olaraq Azərbaycanda məcburi köçkünlər üçün təhsil sahəsində verilən üstünlüklər və növbəti addımlar üçün təkliflərlə çıxış edib. Corc Vaşinqton Universitetinin insan resurslarının inkişafı üzrə elmlər namizədi Çilənəy Səfərli Azərbaycan məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin artırılması barədə statistik təhlil təqdim edərək bu mövzu üzrə dünya təcrübəsini və mövcud tədqiqatın qısa xülasəsini paylaşıb və bu nəticələrin Azərbaycan kontekstində necə tətbiq olunması ilə bağlı müzakirələr aparıb. Qeyd edək ki, tədbirdə müxtəlif təşkilat və şirkətlərin nümayəndələri iştirak edibsonda mövzu ilə bağlı panel iştirakçılarına çoxsaylı suallar ünvanlanıb.

“Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək”

Bu arada politoloq Fikrət Sadıqov SİA-ya açıqlamasında deyib ki, Ermənistan hər zaman hər hansı tədbirlər ərəfəsində təxribatlarını daha da artırmaqla öz daxili auditoriyalarını sakitləşdirməyə çalışırlar. O bildirib ki, düşmən ölkə təmas xəttində təxribat törətməklə auditoriyasına guya təhlükəsizliyi təmin etdikləri ilə bağlı mesaj verməyə çalışır: “Onlar öz təxribatlarını Azərbaycanın adını yazmağa çalışırlar”.

Ermənistanın hazırda qorxu içində yaşadığını deyən politoloq bildirib ki, işğalçı ölkə Azərbaycanın gücləndiyini və hərbi potensialımızın nə vaxtsa işə düşəcəyini çox yaxşı anlayır: “Bu baxımdan Ermənistan təxribat törətməklə onlara havadarlıq edən ölkələrə də guya bunu etməyə məcbur olduqlarını göstərməyə çalışırlar. Düşmən ölkə çox yaxşı bilir ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Bunu Azərbaycan dövləti də hər zaman bildiriröz mövqeyində qətidir”. F.Sadıqov qeyd edib ki, Ermənistanda son baş verənlər prosesə nəzərə yetirdikdə orada hakimiyyət dəyişikliyin baş verəcəyini deməyə imkan verir: “Çünki Nikol Paşinyan kimi baş nazirin uzun müddət hakimiyyətdə qalması ermənilərin və eləcə də müəyyən dairələri qane etmir. Artıq müxalifət, eləcə də digərləri ona qarşı çıxmağa başlayıblar. Ölkədəki nə iqtisadi vəziyyət, nə də xarici siyasət istiqamətində sabitlik normaya düşmür. İnsanlar yoxsulluqla yanaşı, həm də təşviş içində yaşayır. Belə olan vəziyyətdə Paşinyanın uzun müddət hakimiyyət qalması mümkünsüzdür. Əks halda, baş nazir ölkənin xarici siyasət istiqamətində yenilik etməlidir”.

Fuad Hüseynzadə

Palitra  2020.- 11 mart.- S.11.