Almaniya qəzetində erməni işğalı haqqında məlumat
verilib
“Der
Freitag” qəzetində Ermənistan-Azərbaycan
münaqişəsi barədə məqalə dərc edilib
Lukaşeviç: “Mənə
elə gəlir ki, tərəflər siyasi tənzimləmənin parametrləri ilə
bağlı ciddi müzakirələr aparmaq üçün əlavə
imkanlardan istifadə etməyə
çalışacaqlar”
“Meyn
ştatında hər il Ermənistanın
işğalçılıq siyasətinə etiraz
olaraq və erməni silahlı birləşmələri
tərəfindən törədilən Xocalı
soyqırımı ilə bağlı müxtəlif tədbirlər
təşkil olunur. İcmanın səyləri
nəticəsində Meyn ştatının
qanunvericiləri Xocalı soyqırımının
anılmasına dair sənəd qəbul
ediblər. Həmin sənəddə ABŞ-ın Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü
dəstəkləməsi siyasəti müdafiə olunub”
Almaniyanın “Der Freitag” qəzetində azərbaycanlı doktorant Asif Məsimovun Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
barədə məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, tarixi faktlara
əsaslanan məqalədə erməni tərəfinin
arqumentlərinin əsassızlığı qeyd
edilir. Azərbaycan tərəfinin mövqeyinin isə tarixi
nöqteyi-nəzərdən və beynəlxalq hüquq baxımından əsaslı olduğu diqqətə
çatdırılır.
ABŞ-ın Meyn
ştatında Xocalıdan bəhs edən rəsm sərgi
Onu da qeyd edək ki, ABŞ-ın Meyn Ştatında "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Meyndə fəaliyyət göstərən Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Xocalı soyqırımı zamanı baş verənləri özündə əks etdirən 30 əsər nümayiş olunub. Rəsm əsərlərində Xocalıda vəhşiçəsinə öldürülən qadınlarin, qocaların və körpələrin obrazları canlandırılıb. Sərgidə yerləşdirilən məlumat lövhələrində ziyarətçilərə Xocalı soyqırımı haqqında informasiyalar təqdim edilib. Tədbirdə çıxış edən T.Əhmədov bildirib ki, Meyn ştatında hər il Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq və erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. İcmanın səyləri nəticəsində Meyn ştatının qanunvericiləri Xocalı soyqırımının anılmasına dair sənəd qəbul ediblər. Həmin sənəddə ABŞ-ın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi siyasəti müdafiə olunub. İcma rəhbəri qeyd edib ki, məqsədləri – Xocalıda baş verən dəhşətləri daha çox amerikalıya çatdırmaqdır: "Ötən illər ərzində buna bir qədər nail olmuşuq. Ancaq davam edəcəyik. Bu sərgidə nümayiş olunan rəsmlərdə faciənin reallıqları əks etdirilib. İnanırıq ki, haqq səsimiz eşidiləcək, soyqırımı törədən canilər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər". Misirin nüfuzlu “Alldiplomasy” nəşrində də Xocalı soyqırımından bəhs edən geniş məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, Əşrəf Abo Arafenin müəllifi olduğu “Ey dünya, ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri qırğını unutma!” sərlövhəli məqalədə bəşər tarixində ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından ətraflı bəhs edilir. Müəllif yazır: “Bu faciə 28 il bundan əvvəl baş verib, lakin onun sağ qalmış şahidləri hələ də yas tuturlar, qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə qayıda bilmirlər. Artıq 28 ildən çoxdur aparılan danışıqlara baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında gərginlik davam edir. Vəziyyət bu cür davam edə bilməz, Avropa İttifaqı, BMT və ATƏT Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün daha fəal olmalıdırlar”. Məqalədə Azərbaycanın Misirdəki səfirliyində keçirilən anım mərasimində təqdimatı olmuş “Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filmindən də geniş bəhs olunub.
Ermənilərin növbəti təxribatı
Yeri gəlmişkən qeyd edək ki, Moskvanın
Azərbaycan İcması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar
Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına
müraciət edib. APA-nın
verdiyi məlumata görə, icma sədri Şamil
Tağıyevin adından Moskva hökumətinin
Mədəniyyət Departamentinin rəhbəri
Aleksandr Kibovskiyə və
Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən
müraciətdə ermənilərin Rusiya
paytaxtında Dağlıq Qarabağda
90-cı illərdə gedən müharibədən bəhs
edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın
“Qayıdış” adlı sənədli filminin
təqdimatının ləğv edilməsinin vacibliyi
qeyd olunub. Bildirilib ki, martın 11-də
Vasilyevskaya küçəsində yerləşən
Kino Evində keçirilməsi nəzərdə
tutulan sənədli filmdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tarixi təhrif olunub:
"Bu münaqişə nəticəsində
Azərbaycan ərazisinin 20 faizi erməni
silahlıları tərəfindən işğal
olunub. Nəticədə çoxlu
sayda dinc azərbaycanlı
həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan
İcması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni
diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb
ola biləcək məlum təxribatının
qarşısını almaq üçün tədbirlər görəsiniz".
Qeyd edək ki,
Dağlıq Qarabağda 90-cı illərdə
gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana
Kulçitskayanın hazırladığı
“Qayıdış” adlı sənədli film
Ermənistan Respublikasının maliyyə dəstəyi ilə
çəkilib. Filmdə tarixi Azərbaycan
əraziləri Şərqi Ermənistan adı altında
göstərilir. Dağlıq Qarabağda
ermənilərin 90-cı illərdə müharibə
zamanı ordusuz, blokada
şəraitində öz "müstəqilliyi"
və "azadlığı" uğrunda
mübarizə aparmasından bəhs edilir.
Xatırladaq ki, bu ilin yanvarın 26-da da
Rusiyadakı erməni diasporu Moskvadakı
“Pobeda” kinoteatrında Azərbaycanın ərazi
bütövlüyünün əleyhinə
olan “Sehrli ölkə-Aran”
adlı filmi nümayiş
etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan
İcmasının Moskva hökumətinə
müraciətindən sonra filmin nümayişi təxirə
salınıb.
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsində vəziyyət sadə deyil"
Qeyd edək ki, dünən Moskva-Vyana videokörpüsündə çıxış edən Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, Dağlıq Qarabağ münaqişəsində vəziyyət yumşaq desək, sadə deyil. APA-nın məlumatına görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət və münaqişənin həlli prosesində yaxın vaxtlarda hansısa konkret tədbirlərin görülüb-görülməyəcəyi ilə bağlı sualı cavablandıran rusiyalı diplomat vəziyyətin sadə olmadığını bildirib. “Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra müşahidə etdiyimiz tendensiyalara gəlincə, bu haqda danışmaq mənim üçün hələlik çətindir. Mövzu mürəkkəb, çoxşaxəlidir. Bu mövzu ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olur, regiona səfər edir, fəaliyyətdə olan sədrə məruzə edirlər. Yaxın vaxtlarda həmsədrlərin Minsk qrupu iştirakçılarını məlumatlandırmaq üçün Vyanaya səfərini gözləyirik. Əlbəttə ki, vəziyyət, yumşaq desək, sadə deyil. Ancaq böyük insidentlər yoxdur, silahlı fəaliyyət geridə qalıb. Fikrimcə, bunu ATƏT daimi şurasında müzakirələrlə mühakimə edə bilərəm. Münaqişə tərəfləri arasındakı mübahisə bir az soyuyub. Mənə elə gəlir ki, tərəflər siyasi tənzimləmənin parametrləri ilə bağlı ciddi müzakirələr aparmaq üçün əlavə imkanlardan istifadə etməyə çalışacaqlar. Sizi də bütün 57 iştirakçı dövlətin dəstəyindən istifadə edən ATƏT-in Minsk qrupu həmsədrləri "üçlüyünün" razılaşdırılmış bəyanatlarına yönləndirərdim” - deyə A. Lukaşeviç vurğulayıb.
A.Miriyev
Palitra 2020.- 11 mart.- S.8.