Azərbaycan BMT-yə
Sumqayıt hadisələri ilə bağlı sənəd təqdim
edib
“Tarixi
hadisələrin gedişi bizə Ermənistanın
heç də münaqişələrin sülh yolu ilə həll
olunmasının tərəfdarı olmadığını
göstərir”
“Ermənilərin xəstə təxəyyülünə
görə guya “qonşu
dövlətlərin əraziləri, maddi-mədəniyyət
abidələri və mədəni irsləri tarixən onlara məxsus olmuşdur”.
Ona görə də bu
gün ermənilər işğal
etdikləri ərazilərin adlarını dəyişərək,
Samtsxe-Cavaxetiyanı “Cavaxk”, Dağlıq
Qarabağı isə “Arsax” kimi qələmə verirlər ki, bunların da heç bir tarixi əsası yoxdur.
Ermənistan beynəlxalq ictimai rəyi
çaşdırmağa və yalan
üzərində tarix qurmağa
çalışır”
Azərbaycan hökuməti 1988-ci il fevral ayında
Sumqayıt şəhərində baş
verən hadisələrlə bağlı BMT Təhlükəsizlik
Şurası və Baş Assambleyasına
sənəd təqdim edib. Trend-in
məlumatına görə, bu barədə
Xarici İşlər Nazirliyinin
“Twitter” səhifəsində məlumat verilib. Sənəddə
vurğulanıb ki, rəsmi
araşdırma 1988-ci ilin fevral
ayında cərəyan edən hadisələrin erməni ekstrimist təşkilatları tərəfindən
Azərbaycanı nüfuzdan salmaq və Ermənistanın qeyri-qanuni
işğalçı niyyətlərini ört-basdır etmək
məqsədi ilə hazırlanıb həyata keçirildiyini təsdiqləyib. Sənəd
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi
səfir Yaşar Əliyev tərəfindən
BMT-nin Baş
Assambleyasına təqdim edilib. Qeyd edək ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən
gecə Sumqayıt şəhərində baş
vermiş iğtişaşlar
nəticəsində 32 nəfər ölüb.
Onlardan 26-sı erməni, 6-sı isə
azərbaycanlı olub. Bu
hadisələr də SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin ermənilərin özləri ilə birgə təşkil
etdiyi və həyata keçirdiyi
ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni
təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş
Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı
kimi azərbaycanlı Əhməd Əhmədov
güllələnib, amma şahid
ifadələri əsl günahkarın əslində erməni
əsilli Eduard Qriqoryan
olduğunu sübut edir.
Ermənilərin Gürcüstanda yalan üzərində qurduqları tarix
Qeyd edək ki, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi Kamal Salayev erməni işğalı və yalanları ilə bağlı “Palitra”ya bildirib ki, 2020-ci il martın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə rəsmi səfər edib: “Səfər çərçivəsində Paşinyan, Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə, Baş nazir Giorgi Qaxariya ilə, Xarici İşlər naziri David Zalkaliani ilə, Müdafiə naziri İrakli Qaribaşvili ilə və parlamentin sədri Arçil Talakvadze ilə rəsmi görüş keçirmişdir. Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın hökumət administrasiyasında keçirilən görüş zamanı belə bir fikir ifadə etmişdir: “Biz, bütün münaqişələrin sülh yolu ilə həll olunmasına dair Gürcüstanın mövqeyinin tərəfdarıyıq”. Bununla yanaşı, martın 4-də Gürcüstanın erməni diasporu ilə görüşündə Paşinyan, əvvəllər İrəvan və Tbilisi arasında etibarın olmadığını, baş verən hadisələrdə tərəflərin bir-birlərini təqsirkar hesab etdiklərini, Ermənistanda baş verən “məxməri inqilab” zamanı hakimiyyət devrildikdən sonra isə bu prosesin guya dayandığını qeyd etmişdir. Tarixi hadisələrin gedişi bizə Ermənistanın heç də münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarı olmadığını göstərir”. Onun sözlərinə görə, hələ 1991-ci ildə dövlət müstəqilliyi elan olunduqdan sonra Gürcüstan separatizm təhlükəsi ilə, təhdidlərlə üz-üzə qalmış və qlobal səviyyədə baş verən geosiyasi oyunun qurbanına çevrilmişdi: “Regionda törədilən qətliamların əsas səbəbkarı isə öz ağalarına nökərlik edərək tarix boyu alət rolunu oynayan ermənilər olublar. Gürcüstanla Ermənistanın arasındakı ikitərəfli diplomatik münasibətlərin 1992-ci ilin iyulun 17-də qurulmasına baxmayaraq 1993-cü il fevralın 9-da marşal İvan Baqramyanın adına erməni batalyonunun yaradılması, Ermənistanın əslində necə bir təcavüzkar dövlət olmasından xəbər verir. Qeyd etmək lazımdır ki, Paşinyanın Tbilisiyə ilk rəsmi səfəri 2018-ci ilin mayın 30-da baş tutub. Həmin vaxt Ermənistan hökumətinin nümayəndə heyətini Gürcüstanın sabiq Xarici İşlər naziri Mixail Canelidze qarşılayıb. Daha sonra Paşinyanın, Gürcüstanın sabiq Baş Naziri Giorgi Kvirikaşvili ilə və sabiq parlament sədri İrakli Kobaxidze ilə rəsmi görüşü baş tutub. “Armenpress”-in verdiyi məlumata əsasən Paşinyan səfər zamanı Zalqa, Poka, Qandza, Satxa və Ninotsmindada yaşayan ermənilərlə görüş keçirib. Paşinyan Ayazma kəndindəki çıxışı zamanı belə bir fikir ifadə edib: “Biz Ermənistan və Gürcüstan arasındakı münasibətlərin səviyyəsini və keyfiyyətini daima artırmalıyıq. Nəinki ölkələrimiz arasında, xalqlarımız arasında da münasibətlərin səviyyəsi yüksəlməlidir. Əminəm ki, biz hamımız bunun üçün ciddi səylər göstərməyə hazırıq”.
Paşinyanın Ayazma kəndindəki çıxışının sətiraltı mənası əslində Samtsxe-Cavaxetiyadakı ermənilərin hər növ separatçı fəaliyyətlərini daha da genişləndirməkdən ibarət olub. Ermənilər bu yolla bir qayda olaraq gürcülərin yurdunu, dilini, mədəniyyətini və soyadlarını mənimsəməyə, özlərini isə Gürcüstanın “etnik əhalisi” kimi qələmə verməyə çalışırlar. Burada əsas məqsəd isə Gürcüstanın hesabına heç bir əsası olmayan “böyük Ermənistan”ı yaratmaqdan ibarətdir. Təsadüfi deyildir ki, 2016-cı ilin aprelində gürcülərlə ermənilər arasında kütləvi dava-dalaş baş verib. Bu hadisə zamanı ermənilər açıq şəkildə məqsədlərini bəyan edərək bildiriblər ki, guya “Samtsxe-Cavaxetiya onların torpağıdır, gürcülər isə burada qonaqdırlar”. Həmin günü ermənilərin böyük bir qrupu ənənəvi olaraq məşəl yürüşünü keçirməyə hazırlaşıblar. Bu zaman erməni mediası ermənilərə haqq qazandıraraq baş verən hadisədə gürcüləri günahlandırırdı. 2016-cı il aprelin 24-dəki yürüş zamanı ermənilər yolda bir qrup gənc gürcülərlə rastlaşıb və onları aqressiv şəkildə ittiham etməyə başlayıblar ki, “nəyə görə gürcülər “erməni soyqırımı”nı tanımır, ermənilərlə birlikdə kədərlənmir və erməniləri Qarabağda dəstəkləmirlər?” Gürcülər isə cavabında ermənilərə, “əbədi qurban” rolunu oynamaqdan imtina etmələrini tövsiyə ediblər. Gürcülərdən biri qeyd etmişdir ki, belə tədbirlər küçədə yox, kilsədə keçirilməlidir. Ermənilər isə cavablarında bildirmişlər: “Cavaxetiya bizim torpağımızdır, siz isə burada qonaqsınız. Bizə nə edəcəyimizi göstərməyin”. Daha sonra kütləvi dava-dalaş, ermənilərdən birinin gürcünü vurmasına görə başlamışdır. Erməni KİV-ləri bu hadisədə ermənilərə bəraət qazandıraraq guya “gürcülərin sərxoş vəziyyətdə olduqlarını” qələmə vermişlər ki, bu da həqiqətə uyğun deyildir.
Digər bir hadisəyə nəzər salsaq görərik ki, 2017-ci ilin sentyabrında Samtsxe-Cavaxetiyada ermənilərlə polislər arasında qarşıdurma baş verib. Münaqişəyə səbəb isə sentyabrın 30-da Kumurdo kəndində təmirə görə nəzarət altında olan X əsrə aid gürcü kilsəsinin ərazisində ermənilərin ənənəvi daş xaçlarını – xaçkarı qoymağa cəhd göstərmələri olub. Mühafizə polisləri onların əraziyə daxil olmasına icazə verməyiblər. Nəticədə ermənilər polislərə fiziki müqavimət göstərərək onları daşa basıblar. Hadisə zamanı bir neçə polis ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir ki, bu da ermənilərin necə vəhşi bir xalq olduğunu bir daha sübut edir.
Hadisələrin gedişindən belə bir qənaətə gəlmək olar ki, ermənilər Paşinyanın məkrli siyasətinə xidmət edərək alət rolunu yerinə yetirirlər. Ermənilərin xəstə təxəyyülünə görə guya “qonşu dövlətlərin əraziləri, maddi-mədəniyyət abidələri və mədəni irsləri tarixən onlara məxsus olmuşdur”. Ona görə də bu gün ermənilər işğal etdikləri ərazilərin adlarını dəyişərək, Samtsxe-Cavaxetiyanı “Cavaxk”, Dağlıq Qarabağı isə “Arsax” kimi qələmə verirlər ki, bunların da heç bir tarixi əsası yoxdur. Ermənistan beynəlxalq ictimai rəyi çaşdırmağa və yalan üzərində tarix qurmağa çalışır”.
A.Miriyev
Palitra 2020.- 13 mart.- S.8.