Çölçüfilmi son aylarda 7 mükafata layıq görülüb

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan Şamil Əliyevin “Çölçüfilmi bu il beynəlxalq film festivallarında 7 mükafata layiq görülüb.

ÇölçüfilmiGreen Chili Beynəlxalq Film Festivalın”da iki kateqoriya üzrə - Ən yaxşı bədii film və ən yaxşı rejissor işi, “La Dolce Vita Festivalın”da - Ən yaxşı bədii film, Ən yaxşı aktyor (Bəhruz Vagifoğlu), Ən yaxşı aktrisa (Salome Demuria), “Pattaya Beynəlxalq Film Festivalın”da - Ən yaxşı bədii film, “Andromeda Film Festivalın”da isə - Special Film mükafatlarına layiq görülüb.

Şamil Əliyevin “Çölçüfilminin gündəmdə olmasının səbəbi filmin qaldırdığı sualın aktuallığı ilə bağlıdır.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüseri M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçüfilmi 2012-ci ildə istehsal olunub. Beş qitəni əhatə edən film 73 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafat qazanıb.

 

Palitra.- 2020.- 8 may. S. 16.